
AĞARTIis. 1. B a x ağarantı. [Səfər:] Bu indiki inəyi Ağdamdan gətirmişəm. Kənddə böyümüş adamıq, ağartısız dolanmaq olmur. Çəmənzəminli. [Almurad:] Qaldı ağartı məsələsi, o barədə Qızxanımın yaxasından yapış, bu, arvad işidir. İ.Əfəndiyev.
Uzaqdan görünən ağ şey. Uzaqdan gözümə bir ağartı görünür. köhn. Kirşan. Bir əldə ağartı, birində daraq; Daranır üstündə muyu çeşmənin. (Qoşma). Paylaşın - Hamı bilsin
|