İzahlı lüğət

AYDINLAŞDIRMAQ (ID - 2301)

f Aydın etmək, aşkar etmək, müəyyən etmək, bəlli etmək, açmaq, izah etmək. Məsələnin qaranlıq tərəfini aydınlaşdırmaq. Vəziyyəti aydınlaşdırmaq. - İzahat işləri fəhlələrə güclü təsir bağışlayır və məsələni aydınlaşdırırdı....

AYDINLAŞMA (ID - 2302)

“Aydmlaşmaq”dan f.is.

AYDINLAŞMAQ (ID - 2303)

f 1. Aydınlıq olmaq, açılmaq, buluddan və s.-dən təmizlənmək. Göy üzü aydınlaşdı. Axşamdan hava buludlu idi, səhərə yaxın aydınlaşdı.
Aşkar olmaq, aydın olmaq, bəlli olmaq, məlum olmaq, müəyyənləşmək. Məsələ aydınlaşdı....

AYDINLATMA (ID - 2304)

“Aydmlatmaq”dan fis.

AYDINLATMAQ (ID - 2305)

f. İşıqlandırmaq, nurlandırmaq.
// Məc. mənada. Qara simasını süni təbəssüm işığı ilə aydınlatmağa çalışdı. M.İbrahimov.

AYDINLIQ (ID - 2306)

is. 1. Ay işığı, mahtab; açıq və işıq hava.
// Sif. mənasında. Aydınlıq gecə.
Ülkər aydan ucadır; Nə aydınlıq gecədir; Mənim halım pis keçir; Sənin halın necədir? (Bayatı). Əvvəlinci məclis vaqe olur Heydər bəyin...

AYDIRMAQ (ID - 2307)

f. məh. Anlatmaq, sezdirmək, başa salmaq, qandırmaq.

AYƏ1 (ID - 2308)

is. [ər.] 1. din. Quran surələrinin müstəqil mənası olan cümlələrindən hər biri. Yasin surəsinin ayələri. - Ancaq böyüyüb savadımı artırandan sonra bildim ki, həmin ibarə Quran ayəsidir. C.Məmmədquluzadə.
2. məc. dan. Hökm,...

AYƏ2 (ID - 2309)

dan. b a x aya. [Məşədi İbad:] Qonaqlar bu evdə olanda, mən o biri otaqda səhərdən bəri fikirdə idim ki, ayə mənim eybim nədir? Ü.Hacıbəyov.

AYƏT (ID - 2310)

b a x ayə1#. Yetmiş min ayətə dəlil olursan. Xətayi.

AYƏTULLAH (ID - 2311)

is. [ər.] 1. Allahın nişanəsi.
2. Din xadimlərinə verilən rütbə.

AY-HAY (ID - 2312)

AYI (ID - 2313)

is. 1. Uzun tüklü, ağır gövdəli, hər şey yeyən iri yırtıcı heyvan. Boz ayı. Ağ ayı (ağtüklü, qütb ayısı). Qafqaz ayısı. - Meşənin dərinliklərində qaraqıllı ayılar hərlənir, sərt otlaqlarda canavarlar dolaşırdı. S.Rəhimov.
...

AYIB (ID - 2314)

is. [ər. eyb] 1. Utanılacaq şey, utanmağa səbəb olan hal; ar, biabırçılıq. Ayıb iş. -Ayıbsöyləyənin aybını söylərlər. (Ata. sözü). [Həpir:] Mənə ayıb olar ki, atam bu qoca vaxtında güzəran qeydi çəkə. Mir Cəlal.
Qüsur,...

AYIBALASI (ID - 2315)

is. məh. Saman qarışdırılmış palçıqdan hazırlanan çiy kərpic. Çayın qurtaracağında ayıbalasından tikilmiş bir bina vardı. S.Rəhimov. [Əkbər] daha qapı-qapı düşüb “ayıbalası ” kəsməyəcəkdi. Mir Cəlal.

AYIBALDIRĞANI (ID - 2316)

is. bot. Baldırğana oxşar yemlik yabanı bitki. Budaq müxtəlif qanqalları qırar, dəvədabanıları qoparar, ayıbaldırğanlarını doğrayar və silos maşınının yanına gətirərdi. Ə.Vəliyev.

AYIBLAMA (ID - 2317)

“Ayıblamaq”dan f.is.

AYIBLAMAQ (ID - 2318)

f dan. Töhmət etmək, məzəmmətləmək, danlamaq, qınamaq. [Həsən:] Xalq məni ayıblasa da, mən öz hissəmi ayırıb satıram. A.Şaiq.

AYIBLANMAQ (ID - 2319)

məch. Töhmət olunmaq, məzəmmətlənmək, danlanmaq.

AYIBLI (ID - 2320)

sif. Aybı olan, nöqsanlı, qüsurlu. Ayıblı bir söz danışan yoxdur. M.Hüseyn.
// İs. mənasında. [Vaqif:] Elə dərd də orasındadır: “Öküzün inildəməkdən qarnı quruldar ”. “Ayıblı aybını bilsəydi, heç dünyada ayıb...

AYIBSIZ (ID - 2321)

sif Nöqsansız, qüsursuz. Ayıbsız gözəl olmaz. (Ata. sözü).

AYIBSIZLIQ (ID - 2322)

is. Nöqsansızlıq, qüsursuzluq.

AYIDÖŞƏYİ (ID - 2323)

is. bot. Meşə altında bitən alaq otu; qıjı. Ayıdöşəyi sürətlə, lakin çəpəki inkişaf edən kökümsov gövdəyə və külli miqdarda incə köklərə malik, çoxillik.. bitkilərdəndir. R.Əliyev

AYIDÜDÜYÜ (ID - 2324)

is. bot. Dağlıq yerlərdə bitən, gövdəsinin içi koğuş bir bitki. Ayıdüdüyündən uşaqlar partıldaq qayırırlar.

AYIQ (ID - 2325)

sif və zərf 1. Bayğınlığı, məstliyi keçmiş, ağlı başında. İnsanlar(ın) elə bir vaxtı olur ki, ancaq sərxoş olduğu zaman özünü ayıq hiss edə bilir. M.S.Ordubadi.
Yuxuda olmayan, oyanıq, sərvaxt. Hamı yatmışdı, tək mən...

AYIQLIQ (ID - 2326)

AYIQ-SAYIQ (ID - 2327)

b a x ayıq 3-cü mənada. Ayıq-sayıq dayanmaq.

AYIQULAĞI (ID - 2328)

is. bot. Həmişəyaşıl yarımkol bitki. Ayıqulağı həmişəyaşıl halda olan yarımkol bitkidir, yerlə sürünən qol-budaqlı gövdəyə malikdir, .. çəhrayı rəngli gözəl, salxım çiçəkləri vardır. R.Əliyev.

AYIQYATAN (ID - 2329)

f.sif. Bərk yatmayan, hər hansı səs və ya hərəkətdən yuxudan tez oyanan. Havva ayıqyatan adam idi. Mir Cəlal.

AYILMA (ID - 2330)

“Ayılmaq”dan f.is. Həkim xəstənin ayılmasını gözlədi. M.Hüseyn.

AYILMAQ (ID - 2331)

f 1. Yuxudan oyanmaq, yuxudan durmaq. Gün dağlara yayıldı; Hər bir yatan ayıldı. A.Səhhət. Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatağının üstə oturdu. Çəmənzəminli.
Bayğınlığı, sərxoşluğu keçmək,...

AYILTMA (ID - 2332)

“Ayıltmaq”dan f.is.

AYILTMAQ (ID - 2333)

f 1. Yuxudan oyatmaq, ayılmağa, gözlərini açmağa məcbur etmək. Telefonun zəngi biziyuxudan ayıltdı. - Kərim bəy dərhal Güləndamı ayıltdı; qız özünü itirdi. Mir Cəlal. Səhər yuxusundan ayıldır məni; Sinəmə sığmayan böyük...

AYIN-OYUN (ID - 2334)

is. dan. 1. Evin ehtiyacı üçün bazardan alınan gündəlik şeylər, xırda-xırda. [Şahmar bəy:] Mən gedirəm Hacı Osmanın yurduna, görüm nə var, nə yox, .. bir az da ayın-oyun gətirim. N.Vəzirov.
// Ümumiyyətlə, xırım-xırda...

AYIN-ŞAYIN (ID - 2335)

zərf dan. Arxayın, nigarançılıqdan uzaq, rahat, asudə. [Hacı Baxşəli:] Cəlilin toyunun tədarükündə idim ki, birdən ayın-şayın gəzdiyi yerdə, bax, boynunun burasından .. bir yara çıxdı.
C.Məmmədquluzadə.

AYIOYNADAN (ID - 2336)

is. köhn. 1. Keçmişdə ayı oynadıb pul yığmaqla məşğul olan adam.
2. məc. Məsxərəçi, zarafatçı, oyunbaz.

AYIRD (ID - 2337)

ayırd etmək (eləmək) - 1. Yoxlayıb müəyyənləşdirmək. Məsələni ayırd etmək. - [Qoca keşikçi:] Mən davanızı ayırd edərəm, - dedi. M.Hüseyn. [Kərəmov:] Yaxşı, bu məsələlərin hamısını iclasda ayırd eləyərik. S.Rəhman. Ayırmaq,...

AYIRICI (ID - 2338)

is. xüs. Bir şeyi növlərə, çeşidlərə ayıran, çeşidçi (fəhlə, maşın).

AYIRMA (ID - 2339)

“Ayırmaq”dan f.is.

AYIRMAQ (ID - 2340)

f 1. Bütöv halda olan şeyi parçalamaq, yaxud onun bir hissəsini götürmək, qoparmaq. Yumurtanın sarısını ağından ayırmaq. Sümüyü ətdən ayırmaq. Maddəni tərkib hissələrinə ayırmaq.
Əlaqəsini kəsmək, rabitəsini kəsmək,...

AYISOĞANI (ID - 2341)

is. bot. Çəmənlərdə bitən soğanaqlı bitki.

AYIŞMA (ID - 2342)

“Ayışmaq”dan fis.

AYIŞMAQ (ID - 2343)

f Gicişmək. Gözü ayışmaq.

AYITMAQ (ID - 2344)

f qəd. Demək, söyləmək. Olma məlul, ayıtma kim, bəndü hasar içindəyəm. Nəsimi. Şah Xətayi aydır: - sirrini yayma. Xətayi.

AYİN (ID - 2345)

is. [fars.] 1. Qayda, qanun. Gəlmədi, saçı arasında yəqin itdi könül; Rəsmayindir, olur şami-qaranqudə bəla. Q.Zakir.
// Dəb, adət, üsul.
Dini mahiyyətdə olan mərasim; ibadət. Dini ayinlərin icrası. - Aldanmaram ki, doğrudur...

AYİNƏ (ID - 2346)

is. [fars.] b a x ayna 1-ci mənada.
Ol məhi-namehriban istər ki, zülfün darasın; Sən götür ayinə, ey gün, ey qəmər, sən şanə tut. S.Ə.Şirvani. Şairəm, əsrimin ayinəsiyəm; Məndə hər kəs görür öz qaşgözünü. M.Ə.Sabir....

AYİNƏDAR (ID - 2347)

is. [fars.] Aynatutan (keçmiş zamanlarda bir böyük adam geyinərkən, onun qabağında güzgü tutan xidmətçi).

AYQABAQ(LI) (ID - 2348)

b a x aybəniz. Buludzülflü, ayqabaqlı gözəlin; Duruban başına dolanmaq gərək. M.P.Vaqif.

AYQIR (ID - 2349)

is. Döllük erkək at. At zavodunda cins ayqırlar yetişdirilir. - Ayqır başını qaldırıb ilxıya gələn qatıra diqqətlə baxdı. S.Rəhimov.

AYLAM (ID - 2350)

is. məh. Dairə, dövrə, halqa.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed