İzahlı lüğət

ALA-BABAT (ID - 901)

sif. və zərf dan. Nə yaxşı, nə pis; orta, babat, birtəhər. Ala-babat palto. Çəpəri ala-babat düzəltmək.
// Başdansovma. Ala-babat iş. - [Tapdıq] şəkilləri də ala-babat çəkib qurtardı. Ə.Vəliyev.

ALA-BABATLIQ (ID - 902)

is. Ala-babat şeyin halı.

ALABAXTA (ID - 903)

is. zool. Meşə göyərçini. Qəhrəman naxırçı yoldaşları ilə birlikdə meşələrdən dələyən yuvasını çıxarır, evdə bir cüt alabaxta balası saxlayırdı. S.Rəhimov.

ALABALIQ (ID - 904)

is. zool. b a x qızılxallı.

ALABANÇI (ID - 905)

məh. b a x alamançı.

ALABANÇILIQ (ID - 906)

məh. b a x alamançılıq.

ALABAŞ (ID - 907)

is. İt adı. Bildi hardansa bunların sorağın; Alabaş kəsdi dəstənin qabağın. A.Səhhət. [Əlibəndənin] ..qəbrinin üstündə bir alabaş köpək bağlanmışdır ki, meyiti aparıb yandırmasınlar. H.Sarabski.

ALABAYDAQ (ID - 908)

is. məh. Camaat arasında pis cəhətdən məşhur olmuş, pis ad qazanmış, rüsvay olmuş adam.
□ Alabaydaq etmək - aləmə yaymaq, rüsvay etmək.

ALA-BƏZƏK (ID - 909)

sif. 1. Müxtəlif rənglərdən ibarət, rəngbərəng, ala-bula. Ala-bəzək parça. Ala-bəzək qutu. Ala-bəzək xalça. Ala-bəzək xoruz. - Bir dəfə bağda alabəzək bir qurdu yarpağa büküb gətirdim. S.S.Axundov. [Ceyran] xalasının da...

ALA-BƏZƏKLİK (ID - 910)

is. Alabəzək şeyin halı, ala-bulalıq.

ALABƏZGƏK (ID - 911)

b a x bəzgək.

ALA-BİŞMİŞ (ID - 912)

sif. Yarıbişmiş, ala-çiy, lazımınca bişməmiş. Ala-bişmiş ət.

ALABUĞA (ID - 913)

is. zool. Qanadı pərdəli bir cücü.

ALA-BULA (ID - 914)

sif. Rəngbərəng xallardan, zolaqlardan ibarət, cürbəcür rənglərə boyanmış, müxtəlif rəngli. Ala-bula pişik. Ala-bula tula. - Ağaclar ala-bula rəng alırdı. M.Hüseyn. Bu gün Kosa təmizlik işində irəliyə gedib dəsmalı ilə mürəkkəb...

ALA-BULALIQ (ID - 915)

is. Ala-bula şeyin halı, ala-bəzəklik.

ALA-BULANIQ (ID - 916)

1. sif. Yarıbulanıq, bir yeri bulanıq, bir yeri duru.
2. zərf Ala-bula. Ala-bulanıq görmək.

ALACA1 (ID - 917)

ALACA2 (ID - 918)

b a x ala-bula. [Dilbər:] ..Gündə 3-4 manat faytona verəndə özünü itirir, elə bil, mən də onun üçün çitalaca geyəcəkdim. C.Cabbarlı.

ALACAQ (ID - 919)

is. Alınacaq borc, birinə çatacaq pul, tələb. Alacağı verəcəyindən çoxdur.
Üçdə alacağı yox, beşdə verəcəyi. (Məsəl). Hələlik Culfada müxtəsər bir alacağım var, onun üçün gedirəm. M.S.Ordubadi.

ALACAQANAD (ID - 920)

is. zool. Oxuyan kiçik meşə quşu.

ALACAQLI (ID - 921)

is. və sif. Başqasından alacağı, tələbi olan. Alacaqlı ikən, verəcəkli olduq. (Məsəl).

ALACAQ-VERƏCƏK (ID - 922)

is. Bir adamın, idarənin və s.-nin başqasından alacağı və ya başqasına borclu olduğu pul.

ALACALANMA (ID - 923)

“Alacalanmaq”dan f.is.

ALACALANMAQ (ID - 924)

f. Ala-bula rəng almaq, ala-bula olmaq, rəngarəng olmaq.
□ Gözü alacalanmaq - gözü pər-pər çalmaq, ala-bula görmək. Bu nədir? Yerdə də mahtabmı yanır; Yoxsa gözlərimmi alacalanır? S.Vurğun. Verdiyevin gözü alacalandı, dili...

ALACALI (ID - 925)

sif. dan. Rəngbərəng, ala-bula.

ALACALIQ (ID - 926)

is. Ala-bulalıq.

ALACƏHRƏ1 (ID - 927)

is. zool. Kolluqlarda yaşayan cücülərlə qidalanan sərçə fəsiləsindən bir quş. [Bibimgilin] bağında, gözümə ağac deşiyində qayrılmış bir alacəhrə yuvası sataşdı. S.S.Axundov.

ALACƏHRƏ2 (ID - 928)

is. bot. Dağlıq yerlərdə bitən qabığı zolaq-zolaq ağac.

ALA-ÇALPOV (ID - 929)

is. 1. Yağış ilə bir yerdə yağan qar, küləkli qar; fırtına, çovğun (adətən mart ayında olur). Ala-çalpov qar yağırdı. Ə.Vəliyev.
2. Qışın kiçik çillədən sonra gələn və martın ortalarına düşən hissəsi.

ALA-ÇARPAZ (ID - 930)

b a x çarpaz.

ALAÇI (ID - 931)

b a x alaqçı.

ALAÇIQ (ID - 932)

is. Çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili; çadır. [Bayram:] ..Gecə vaxtı qorxudan alaçığın çətinindən başımı dışarı çıxara bilmənəm. M.F.Axundzadə. Bizi keçədən qayrılmış bir alaçığa gətirdilər.....

ALA-ÇİY (ID - 933)

sif. Yarımçıq bişmiş, yarıçiy (ət və s.). Ala-çiy (z.) bişən əti adamlar tüstülü-tüstülü, alovlu-alovlu qapış-qupuş elədilər. S.Rəhimov.

ALADAĞ (ID - 934)

sif. dan. Yanıq bişirilmiş (çörək və s.).

ALA-DƏYMİŞ (ID - 935)

sif. Yarımkal, yarımdəymiş (meyvə).

ALADODAQ (ID - 936)

sif. məh. Dodağının rəngi ağ, bədəninin rəngi isə başqa olan (at haqqında).

ALAF (ID - 937)

is. Heyvan yemi (ot, saman, küləş və s.). Atlara alaf vermək. Alaf tədarükü. Alaf anbarı. Heyvanları qış üçün alafla təmin etmək. - Murad öküzlərin yerinə, alafına baxıb qayıdanda günəş Çiçəkli kəndini tamam bürümüşdü....

ALAFA (ID - 938)

is. məh. Böyük, nazik baş örtüyü. Üfüqlərdə günəş güldüyü zaman; Üstünə bəzəkli yumşaq taftadan; Alafa çəkərdi, nazlardı səni. R.Rza.

ALAFİRƏNGİ (ID - 939)

b a x alafranqa.

ALAFLAMA (ID - 940)

“Alaflamaq”dan f.is.

ALAFLAMAQ (ID - 941)

f dan. Heyvana alaf vermək, yem vermək.

ALAFRANQA (ID - 942)

ALAGÖL (ID - 943)

is. Adda-budda göllər olan yer.

ALAGÖZ(LÜ) (ID - 944)

sif. İri açıq-mavi gözlü. Alagöz oğlan. Alagöz qız. - Kirpiginin əsiriyəm şol alagözlü fitnənin. Nəsimi. Darvaza açıldı; içəri alagözlü, sarı, qısa saqqallı, geniş kürəkli .. bir adam girdi. Çəmənzəminli. Alagöz bir...

ALAGÜLLÜK (ID - 945)

is. zool. Rəngi ala-bula uzunsov bir cücü.

ALAĞAC (ID - 946)

is. dan. 1. Sərhədlərdə basdırılan nişan ağacı.
2. Məsafəni göstərmək üçün yol kənarlarında basdırılan ağac.

ALAHI (ID - 947)

sif. [ər.] dan. Ayrı, başqa, digər, əlahiddə. [İçərişəhərli:] Hər dəfə ki, mənim köpəyim bir alahı köpəyi boğurdu, elə bilirdim ki, on buruğum birdən fantan verirdi. Ə.Haqverdiyev.

ALAX-BULAX (ID - 948)

sif. məh. Sözünün üstündə durmayan, fikrini tez-tez dəyişən. Alax-bulax adam.

ALAKEŞ1 (ID - 949)

is. Alaq otlarını kəsmək üçün alət. Kəndli qadın əlində alakeş, kürək, toxa gəlirdi. Mir Cəlal.

ALAKEŞ2 (ID - 950)

sif. məh. Qarnının altı ala olan heyvan. Alakeş inək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed