
ALACALANMAQf. Ala-bula rəng almaq, ala-bula olmaq, rəngarəng olmaq.
□ Gözü alacalanmaq - gözü pər-pər çalmaq, ala-bula görmək. Bu nədir? Yerdə də mahtabmı yanır; Yoxsa gözlərimmi alacalanır? S.Vurğun. Verdiyevin gözü alacalandı, dili söz tutmadı. Mir Cəlal. Bayram ayağa durub qapıya tərəf getmək istədi. Başı hərlənib gözləri alacalandı. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|