ADIGEY (ID - 301)is. Şimali Qafqazda xalq adı. Adıgeylərin xalq poeziyası.
|
ADIGEYCƏ (ID - 302)sif. və zərf Adıgey dilində.
|
AD(I)NA (ID - 303)is. Cümə axşamı, həftənin dördüncü günü. Adna günü. Adına axşamları. Burada oğlan anası qudasına cavab verəcək ki, biz adına günü toy başlayırıq. R.Əfəndiyev.
|
ADINALIQ (ID - 304)is. məh. Ölən adam üçün cümə axşamı günləri verilən ehsan.
|
ADIVAYQANLI (ID - 305)is. dan. Haqsız olaraq hər bir pis iş isnad edilən adam.
|
ADİ (ID - 306)sif [ər.] 1. Adət halına keçmiş, gündəlik, hər vaxtkı. Adi hal. Adi işlər. Adi qayda.
// Həmişəki. Ən çətin zamanlarda Əsgər kişi öz kitabxanasını adi səliqəsi ilə saxlamışdı. Mir Cəlal. Günəş qalın buludları yırtıb... |
ADİL (ID - 307) |
ADİLANƏ (ID - 308)zərf [ər. adil və fars. ...anə] Adilcəsinə, ədalət üzrə, ədalətlə, insafla.
|
ADİLƏŞDİRİLMƏ (ID - 309)“Adiləşdirilmək”dən fis.
|
ADİLƏŞDİRİLMƏK (ID - 310)məch. 1. Adi hala salınmaq.
2. Bəsitləşdirilmək, sadələşdirilmək; bayağılaşdırılmaq. |
ADİLƏŞDİRMƏ (ID - 311)“Adiləşdirmək”dən fis.
|
ADİLƏŞDİRMƏK (ID - 312)f 1. Adi hala salmaq.
2. Bəsitləşdirmək, sadələşdirmək; bayağılaşdırmaq. Mövzunu adiləşdirmək. |
ADİLƏŞMƏ (ID - 313)“Adiləşmək”dən fis.
|
ADİLƏŞMƏK (ID - 314)f 1. Adi şəklə düşmək, həmişəki kimi olmaq.
2. Bəsitləşmək, sadələşmək; bayağılaşmaq. |
ADİLİK (ID - 315)is. 1. Adi şeyin halı. Qız etiraz etdi: - Söhbətlərimizdə adilik yoxdur. M.S.Ordubadi.
Bəsitlik, sadəlik, bayağılıq. |
ADİLLİK (ID - 316)is. Ədalətlilik, ədalət.
|
ADİNƏ (ID - 317)[fars.] b a x adına.
|
ADQOYDU, ADQOYMA (ID - 318)is. Uşağa ad verilməsi münasibətilə düzəldilmiş ziyafət. Adqoydu günü. Adqoyma bayramı (bir adamın adqoyma günü münasibəti ilə edilən bayram).
|
ADLAMA (ID - 319)“Adlamaq”dan f.is.
|
ADLAMAQ (ID - 320)b a x addamaq. Nalqıran dağları adlayıb aşarkən; Məni də alınız, uçayım dağlara; Könlümdə nə varsa açayım dağlara. M.Müşfiq. Qız kəndə gedən cığıra adlayaraq dağa qalxdı. Ə.Sadıq. [Qəhrəmani] vağzalın böyük binasından...
|
ADLANDIRILMA (ID - 321)“Adlandırılmaq”dan fis.
|
ADLANDIRILMAQ (ID - 322)“Adlandırmaq”dan məch. Görülmüş iş əla bir iş adlandırıla bilməz.
|
ADLANDIRMA (ID - 323)“Adlandırmaq”dan f.is.
|
ADLANDIRMAQ (ID - 324)f 1. Ad qoymaq, ad vermək, ləqəb qoymaq. Bütün el onu şair atası adlandırırdı. Yoldaşları onu qorxaq adlandırdılar.
Adını çəkmək, adını dilinə gətirmək. Naməlsəm məhəlləsində böyükləri öz adları ilə adlandırmaq... |
ADLANMA (ID - 325)“Adlanmaq”dan fis.
|
ADLANMAQ (ID - 326)f Müəyyən ad daşımaq, müəyyən adı olmaq. Hər şey öz adı ilə adlanmalıdır.
|
ADLANMA(N)C (ID - 327)is. məh. 1. Dar dərə, çay və yarğanlar üzərindən atılan kiçik körpü.
2. Çəpər yolu, çəpərin üstündən keçən yol. |
ADLI (ID - 328)sif 1. Müəyyən adı olan, ...adında. Birdən tələbələrdən Merac adlısı bərkdən qışqırdı. Ə.Vəliyev. Komandir, Əliyev adlı bir azərbaycanlı kapitan idi. Mir Cəlal.
Məşhur, adlı-sanlı, adı çıxmış, tanınmış. Ölkəmizin... |
ADLIQ: (ID - 329) adlıq hal qram. - kim, nə sualına cavab olan hal.
|
ADLI-SANLI (ID - 330)sif 1. Hər hansı bir sahədə öz fəaliyyəti ilə ad qazanmış, tanınmış, şöhrət tapmış. Ölkəmizin adlı-sanlı adamları. Adlı-sanlı buruq ustaları. - Böyük qızını adlı-sanlı bir mühəndis görən Nərgiz xanım kiçik qızı...
|
ADMİRAL (ID - 331)is. [ər. əmirülbəhr - “dəniz əmiri” sözündən] Bütün dövlətlərdə qəbul edilmiş hərbi dəniz donanmasında yüksək rütbə. Admiral Naximovun vaxtından bu sahillərə düşmən gəmisi yan ala bilməmişdi. M.Hüseyn. Çək lövbəri,...
|
ADMİRALLIQ (ID - 332)is. 1. Admiral rütbəsi.
2. köhn. Hərbi donanmanı idarə edən ali orqan. |
ADRES (ID - 333)[fr.] 1. Bir şəxsə, ya idarəyə göndərilən məktub və s.-nin üstündə həmin şəxsin yaşadığı, yaxud idarənin olduğu yeri və adını göstərən yazı; ünvan.
Bir şəxsin yaşadığı və ya bir idarənin olduğu yer; ünvan. Ancaq... |
ADRESAT (ID - 334)[fr.] Adına məktub, teleqram və s. göndərilən şəxs.
|
AD-SAN (ID - 335)is. Nüfuz, şöhrət, etibar, hörmət, şan, yaxşı ad. Ol keçən dəmləri hanı Zakirin; İtkin olub adı-sanı Zakirin. Q.Zakir. Əsrin caynağında yumaqdı ad-san; Gecə pəncərəmə dırmaşan pişik! M.Araz. [Hacı Kazım:] Ə, sənin mahalda...
|
ADSIZ (ID - 336)sif. 1. Adı olmayan. Adsız ada. Adsız yerlər.
// Adı məlum olmayan. Deyir yana-yana adsız bir cisim: Günəş haqqımızı tapdayır bizim! M.Araz. Şöhrəti, adı-sanı olmayan, tanınmayan. İgid cavanlar bəxtini burada sınar, adsızlar... |
ADSIZLIQ (ID - 337)“Adsız”dan mücər.
|
ADSIZ-SANSIZ (ID - 338)sif. Adı-sanı olmayan, tanınmayan, heç bir cəhətdən məşhur olmayan, adi. Adsız-sansız adam. - Amma indi ikinci dəfə onu xəcil edən bu adam o vaxtkı adsız-sansız odunçu oğlu deyildi, xalqın sevimlisi idi və yüzlərlə havadarı vardı....
|
ADVOKAT (ID - 339)is. [lat.] hüq. Məhkəmədə bir tərəfə xidmət göstərən hüquqşünas. b a x vəkil 2-ci mənada. Sat var-yoxunu, advokata ver neçə xələt; Puç ol hələ-həlbət. M.Ə.Sabir. Çox yazmaq yazıçı peşəsidir, çox kitab oxumaq bikar advokatların...
|
ADVOKATLIQ (ID - 340)b a x vəkillik. Rusiyada övrətlərə izn var idi ki, teleqrafxanalarda və dəmiryollarda qulluq etsinlər. İndi onlara ixtiyar verilib ki, vəkillik, yəni advokatlıq etsinlər. “Əkinçi”.
|
ADYAL (ID - 341)is. [əsli rus.] Yun və ya iplikdən toxunma birqat yorğan. Nəriman gah adyal üstünə atılmış sədəfli tara, gah bu saat ayrılmalı olduğu babasına baxır.. Mir Cəlal. [Kəyan] oturduğu yerdən adyal döşənmiş tirədə uzanıb, şinelin...
|
ADYUTANT (ID - 342)is. [əsli lat.] hərb. Hərbi hissə komandirinin tapşırığını icra edən, yaxud qərargah işlərini icra edən hərbi qulluqçu. Qara, Çernışevin adyutantına da yer göstərdi. Ə.Əbülhəsən.
|
ADYUTANTLIQ (ID - 343)is. Adyutant vəzifəsi və işi
|
aero... (ID - 344)[yun.] Mürəkkəb sözlərin əvvəlində həmin sözlərin havaya, havada uçuşa, aviasiyaya aid olduğunu bildirir; məs.: aerologiya, aeroplan, aerostat.
|
AERODİNAMİK (ID - 345)sif. Aerodinamikaya aid olan, xas olan. Aerodinamik tədqiqat. Cisimlər havada hərəkət etdikdə aerodinamik qüvvə əmələ gəlir.
|
AERODİNAMİKA (ID - 346)[yun.] Havanın və digər qazların hərəkətindən, habelə qazların, onların içində olan cisimlərə təsirindən bəhs edən elm.
|
AERODROM (ID - 347)[yun.] Təyyarələrin və ya başqa uçucu aparatların havaya qalxması, enməsi və durması, habelə onların uçuşunu təmin etmək üçün müvafiq tikililəri olan meydança.
|
AEROFOTOQRAFİYA (ID - 348)[yun.] Təyyarədən bir yerin fotoşəklini çəkmə. Aerofotoqrafiya hava kəşfiyyatında xüsusilə əhəmiyyətli rol oynayır.
|
AEROXİZƏK (ID - 349)is. [yun. aero və xizək] Propeller vasitəsilə hərəkət edən xizək.
|
AEROKLUB (ID - 350)[yun. aero və ing. klub] Təyyarəçilik ilə maraqlanan və ya məşğul olan şəxslərin ictimai təşkilatı (klubu). Aeroklub təyyarəçilik mədəniyyətinin gözəl idarələrindən biridir. - Əli aerokluba yola düşər, Gülnaz Alya ilə teatra...
|
Bu səhifə dəfə baxılıb