
AD-SANis. Nüfuz, şöhrət, etibar, hörmət, şan, yaxşı ad. Ol keçən dəmləri hanı Zakirin; İtkin olub adı-sanı Zakirin. Q.Zakir. Əsrin caynağında yumaqdı ad-san; Gecə pəncərəmə dırmaşan pişik! M.Araz. [Hacı Kazım:] Ə, sənin mahalda adın var, sanın var, balam, bu nə işdir? S.Rəhimov.
□ Ad-san qazanmaq (çıxarmaq) - yaxşılıqda şöhrət qazanmaq, məşhur olmaq, ad qazanmaq. [Namaz:] Əvvələn, malınız, pulunuz artar, ikinci ad-san çıxardarsınız. M.F.Axundzadə. Paylaşın - Hamı bilsin
|