
ADLIsif 1. Müəyyən adı olan, ...adında. Birdən tələbələrdən Merac adlısı bərkdən qışqırdı. Ə.Vəliyev. Komandir, Əliyev adlı bir azərbaycanlı kapitan idi. Mir Cəlal.
Məşhur, adlı-sanlı, adı çıxmış, tanınmış. Ölkəmizin adlı alimləri. - Bundan əvvəl bu gözəl ölkədə canlar var idi; Yaxşı-yaxşı qocalar, adlı cavanlar var idi. M.Ə.Sabir. [Mirzə:] Buradan neçə nəfər adlı xanəndələr çıxıbdır. Ə.Haqverdiyev. ..Bayandır xan misilsiz bir bayram şənliyi qurmuş, sağında, solunda .. adlı cəngavərlər, hünərli ərlər durmuşdular. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|