
ADSIZsif. 1. Adı olmayan. Adsız ada. Adsız yerlər.
// Adı məlum olmayan. Deyir yana-yana adsız bir cisim: Günəş haqqımızı tapdayır bizim! M.Araz. Şöhrəti, adı-sanı olmayan, tanınmayan. İgid cavanlar bəxtini burada sınar, adsızlar burada ad qazanardı. M.Rzaquluzadə. İmzasız. Adsız məktub. Adsız barmaq - əldə orta barmaq ilə çeçələ barmaq arasındakı barmaq. Paylaşın - Hamı bilsin
|