İzahlı lüğət

ASFALT-BETON (ID - 1801)

[yun. asfalt və fr. beton] Çınqıl, qum və asfalt qatışığından ibarət tikinti materialı. Asfalt-betonun tərkib hissələri.

ASFALTLAMA (ID - 1802)

“Asfaltlamaq”dan f.is. Asfaltlama işləri. Asfaltlama planı.

ASFALTLAMAQ (ID - 1803)

f. Asfalt çəkmək, asfaltla örtmək, asfalt döşəmək. Küçələri asfaltlamaq. Meydançanı asfaltlamaq.

ASFALTLANMA (ID - 1804)

“Asfaltlanmaq”dan f.is.

ASFALTLANMAQ (ID - 1805)

məch. Asfalt döşənmək, asfalt çəkilmək, asfaltla örtülmək. Yolların çoxu asfaltlanmışdır. Asfaltlanmalı yer az qalmışdır.

ASFALTLANMIŞ (ID - 1806)

f.sif. Asfaltla örtülmüş, asfalt döşənmiş. Asfaltlanmış küçə. Asfaltlanmış səki.

ASFALTLI (ID - 1807)

sif. 1. Üzərinə asfalt çəkilmiş, asfalt döşənmiş, asfaltla örtülü. Asfaltlı yollar. Asfaltlı küçələr. - “L-1 ” maşınları çay üstündə uçan qaranquş kimi asfaltlı küçələrlə süzüb gedirdi. Mir Cəlal. Beş dəqiqə...

ASFALTSIZ (ID - 1808)

sif. Asfalt salınmamış, asfalt döşənməmiş. Asfaltsız yol.

ASGÜLÜ (ID - 1809)

is. bot. Rəngi ağ, ya sarı bir çiçək.

ASILI (ID - 1810)

sif. 1. Asılmış halda olan, asılmış vəziyyətdə duran. Asılı nərdivan. Asılı paltar. Asılı ip. - Qulam müəllim divardan asılı çantanı endirib açdı və içindəki şeyləri çıxarıb çarpayının bəri başına tökdü. S.Rəhimov.
2....

ASILILIQ (ID - 1811)

is. 1. Birinin iradəsinə, hökmünə tabelik, birinin yardım və köməyinə möhtac olma; sərbəstliyin, müstəqilliyin olmaması. - Getdikcə Mirzə Valeh bir asılılıq, bir məhkumluq hiss edirdi. S.Rəhimov. Kürd Əhməd böyük .. vəzifə...

ASILQAN1 (ID - 1812)

is. Paltar və başqa şeylər asılan taxta və ya dəmir mebel. Səkinə qarı .. Züleyxanın yüngül boz .. paltosunu aldı və asılqana taxdı. M.İbrahimov. Fərhad şinelini çıxardıb asılqana keçirtdi. M.Hüseyn.

ASILQAN2 (ID - 1813)

is. Zəncirə bağlanmış qiymətli daş, qızıl və s. düzəldilmiş bəzək şeyləri.

ASILMA1 (ID - 1814)

“Asılmaq1’dan f.is.

ASILMA2 (ID - 1815)

“Asılmaq2”dan f.is.

ASILMAQ1 (ID - 1816)

1. t-siz. Bir yerə ilişib, yaxud bir yerdən tutub sallanmaq. Budaqdan asılmaq. - ..Bir dəstə gül olaydım; Asılaydım yaxandan. (Bayatı).
məch. Bir yerə ilişdirilərək, keçirilərək, bir yerə bənd edilərək asılı vəziyyətə salınmaq....

ASILMAQ2 (ID - 1817)

məch. Bişmək üçün od üstünə qoyulmaq (xörək, qazan. və s.). Xörək çoxdan asılıbdır. - Gəldiyev gələn kimi düyü islanar, qazan asılardı. Mir Cəlal. Bir gün qabaq, həyətdə böyük ocaqlar qurulub, böyük qazanlar asılardı....

ASILMIŞ1 (ID - 1818)

ASILMIŞ2 (ID - 1819)

f.sif. Bişmək üçün od üstünə qoyulmuş (xörək).

ASIM-ASIM (ID - 1820)

ASIRQAL (ID - 1821)

is. bot. Qarğıdalı şaxına oxşar yarpaqları olan acı ot. Asırqalın bütün növləri zəhərlidir.

ASIRQALLIQ (ID - 1822)

is. Asırqal bitən yer.

ASİ (ID - 1823)

is. və sif. [ər.] 1. Üsyançı, hökumət əleyhinə baş qaldıran, hökumətə ağ olan. ..Budaq, Rəhman, Qəhrəman və Səlma bir neçə asi ilə vuruşa-vuruşa səhnəyə daxil olurlar. A.Şaiq.
□ Asi olmaq - tabe olmamaq, əleyhinə baş...

ASİ-KİFİR (ID - 1824)

sif. dan. Bu və ya digər səbəb üzündən hirslənmiş, acıqlanmış, narazı, bezikmiş, cana doymuş.
□ Asi-kifir etmək hirsləndirmək, bezikdirmək, cana doydurmaq. Asi-kifir olmaq - bərk hirslənmək, bezikmək, cana doymaq.

ASİLƏNDİRMƏK (ID - 1825)

f Üzə qaldırmaq; hirsləndirmək, acıqlandırmaq.

ASİLƏŞMƏ (ID - 1826)

“Asiləşmək”dən f.is.

ASİLƏŞMƏK (ID - 1827)

f Üzə qalxmaq; hirslənmək, qəzəblənmək.

ASİLİK (ID - 1828)

is. 1. İtaətsizlik, azğınlıq.
2. Günahkarlıq.

ASİMAN (ID - 1829)

is. [fars.] Göy, səma. Könülpərvaz etdi qalxdı havaya; Yer üzündən asimana yetişdim. M.P.Vaqif. Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar! M.V.Vidadi. İnsan övladının asiman qədər; Ulduzu sayrışan bir lisanı...

ASİMANXƏRAŞ (ID - 1830)

sif. [fars.] Çox uca, çox hündür. Təzəpir məscidinin asimanxəraş minarələri başındakı aypara [və] çarlıq dövrünün sönmüş dəhşətlərini nişan verən kilsələr görünürdü. M.S.Ordubadi.

ASİMANİ (ID - 1831)

sif. [fars.] 1. Açıq-mavi, göy rəngində.
Göyə mənsub və aid olan.
məc. şair. Təmiz, ləkəsiz, pak, müqəddəs mənasında. [Qətibə:] Çünki şair mənim qeyd etdiyim asimani və nümunəvi kişilərdəndir. M.S.Ordubadi.

ASİYALI (ID - 1832)

is. Asiya əhli, Asiya qitəsində yaşayan adam. Avropanı viran qoyan da asiyalılar olmuş, Avropanı mədəniləşdirən də... - [Xəlifə Məmun] Orta Asiyalı məşhur şahmatçı Rəb-rəbi sarayına gətirdərək, teztez hüzurunda şahmat yarışları...

ASKARİD (ID - 1833)

[yun.] zool. İnsan və ev heyvanlarının bağırsaqlarında parazitlik edən girdə qurd. İnsanın bəzi qurdları, məsələn, bizquyruqlar, askaridlər çox vaxt bağırsaqlardan özbaşına və ya ifrazat ilə çıxır.

ASKETIZM (ID - 1834)

[yun. askeo - cəhd edirəm] Əxlaqi və yaxud dini ideala çatmaq məqsədi ilə Yer üzərindəki nemətlərdən son dərəcə imtina edilməsi ilə səciyyələnən davranış prinsipi və həyat tərzi.

ASQI (ID - 1835)

is. Paltar və ya başqa şeylər asmağa məxsus alət. Bu paltarlı skeletin iti çiyin sümükləri asqı kimi ağ abanı saxlayır. Mir Cəlal. Başqa vaxt olsaydı, çoxdan ev adamından biri cumub, onun [Həmzənin] paltosunu, papağını alaraq...

ASQIRDICI (ID - 1836)

sif. Asqırdan, asqırıq doğuran. Asqırdıcı maddələr. Asqırdıcı qaz.

ASQIRIQ (ID - 1837)

is. Burun sinirlərinin birdənbirə qıcıqlanması nəticəsində qeyri-iradi olaraq öskürməyə bənzər səs çıxarmaqla, burun və ağızdan selik püskürmə.

ASQIRIQOTU (ID - 1838)

is. bot. Asqırtmaq xassəsinə malik olan bir bitki. Asqırıqotu çoxillik bitki olub, hündürlüyü 1,5 m-ə çatan düz və yoğun gövdəyə malikdir. R.Əliyev

ASQIRMA (ID - 1839)

“Asqırmaq”dan f.is. Tənəffüs yollarına düşmüş toz asqırma və öskürməyə səbəb olur. - Öskürmələr, asqırmalar, boğaz arıtmalar bir-birinə qarışdı. M.S.Ordubadi.

ASQIRMAQ (ID - 1840)

f. Burun sinirlərinin birdənbirə qıcıqlanması nəticəsində qeyri-iradi olaraq öskürməyə bənzər səs çıxarmaqla burun və ağızdan selik püskürmək; səbir gətirmək. Zökəm olanda adam çox asqırır. Qripli adam asqırarkən ağzını...

ASQIRTI (ID - 1841)

b a x asqırıq.

ASQIRTMA (ID - 1842)

“Asqırtmaq”dan f.is.

ASQIRTMAQ (ID - 1843)

icb. Asqırmasına səbəb olmaq. Burunotu adamı bərk asqırdır.

ASLAN (ID - 1844)

is. 1. Şir, arslan. Aslanın pələng və bəbirlə mələzləri də var.
2. məc. Qoçaq, igid, qəhrəman mənasında. Aslan yatışından da bəllidir. - Bu dağlar qoynunda aslan yatmışdır; Burda Koroğlular at oynatmışdır. S.Vurğun.

ASMA (ID - 1845)

1. “Asmaq”dan f.is.
sif. Bir yerdən asılan, sallanan. Asma tərəzinin, əl tərəzisinin yanında və zəncirlərində hədsiz milçək qarasını görüb, Kəblə Novruzqulu özündən çıxırdı. H.Sarabski. Uzun çayxanada asma lampa yanırdı....

ASMAQ1 (ID - 1846)

f 1. Bir şeyi yuxarıdan bir yerə ilişdirib sallamaq, asılı hala salmaq. Lampanı asmaq. Divardan şəkil asmaq. - Gülnaz qaçıb, saxsı çırağı yandırdı və tövlənin iç tərəfindən qapının yanından asdı. M.İbrahimov. Gəldiyev sözünü...

ASMAQ2 (ID - 1847)

f Xörək və s.-ni ocaq (od) üstünə qoymaq. [Telli:] Ay Pərzad xala! Yeri onları [uşaqları] da yığ gətir, bir yerdə yeyək, bozbaş asmışam. Çəmənzəminli. Ocağı qalayıb süd qazanlarını qoca kişi ilə ocağa asdıq. A.Divanbəyoğlu....

ASMALIQ (ID - 1848)

1. sif. Bandaq vurulmağa, asılıb saxlanmağa yarar. Asmalıq üzüm. Asmalıq armud.
is. məh. Qaşıqları düzmək üçün ipdən və s.-dən toxunmuş tor, səbət.

ASORİ (ID - 1849)

b a x aysor.

ASPEKT (ID - 1850)

[lat.] Əşya, hadisə və anlayışlara münasibət, nöqteyi-nəzər. Fəlsəfi aspekt.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed