AYSIZ (ID - 2401)sif Qaranlıq, ay işığı olmayan. Aysız gecədir. Dağlar donmuş nəhəng qara dalğalar kimi dörd tərəfdən Xınalığın üfüqlərini hasarlayıblar. R.Rza. [Adilə:] -Nə aylı, nə aysız gecələrdə mənim anam məni gəzməyə buraxmır....
|
AYSOR (ID - 2402)is. Əsas kütləsi İranda və Türkiyədə yaşayan və süryani dili ləhcələrindən birində danışan kiçik bir xalqın adı və bu xalqa mənsub adam. Aysorlar özlərini qədim assuriyalıların nəsilləri hesab edirlər.
|
AY-ULDUZ (ID - 2403)is. köhn. Ay-ulduz şəklində qızıldan qadın bəzəyi; boyunbağı. Ay-ulduz şəbəkə üsulu ilə düzəldilir.
|
AY-ULDUZLU (ID - 2404)sif. 1. Üzərində ay-ulduz şəkli təsvir olunmuş. Ay-ulduzlu bayraq.
2. Döşündə, boynunda ay-ulduz şəklində bəzəyi olan; ay-ulduz taxılmış. Ay-ulduzlu sinəbənd. |
AYÜZLÜ (ID - 2405)sif. şair. Gözəl, göyçək.
|
AZ (ID - 2406)sif. 1. Sayca çox olmayan, cüzi (çox ziddi). Az pul. Az miqdar. Az bilik. İclasa az adam gəlmişdi.
// Çox sürməyən, sürəksiz, çox davam etməyən, tez qurtaran. Az ömür. Az vaxt. Az (z.) yaşamaq. Az (z.) sürmək. - Az yeyənin azarı... |
AZACIQ (ID - 2407)sif. və zərf Çox az, çox az miqdarda, cüzi. Mənə azacıq su verin. Azacıq vaxt qalmışdır. Azacıq yemək. - Azacıq aşım, ağrımaz başım. (Məsəl). Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpik-qəpik kəsib, on ilin...
|
AZAD1 (ID - 2408)sif. [fars.] 1. Azadlıqdan istifadə edən, başqasından asılı olmayan, sərbəst. Azad xalq. Azad əmək. Azad həyat. Azad seçki hüququ.
Maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən. Azad ticarət. Azad satış. ... |
AZAD2 (ID - 2409)is. [fars.] bot. Cənubda bitən bərk oduncaqlı ağac növü. Azərbaycanda qarağac, dağdağan və azad ağacı cinslərindən olan yabanı şəkildəyayılmış və becərilən növün nümunələrinə təsadüf olunur. H.Qədirov. Zorxana oyunu...
|
AZADƏ (ID - 2410)b a x azad1 1-ci mənada. Aşiq azadə gərəkdir ki, dönər zindanə; Bərgigüldən ola gər bülbüli-şeydayə qəfə S.S.Ə.Şirvani. Sona xala ah çəkərək dedi:
Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi. S.S.Axundov. ... |
AZADƏLİK (ID - 2411)b a x azadlıq 1-ci mənada. Dünyada eşq dərdini huşyar olan bilir; Azadəlik səfasını bidar olan bilir. S.Ə.Şirvani. İstəyirəm gərçi mən azadəlik; Zənciri amma bacarıb açmaram. A.Səhhət. [Mirzə:] Qaranlıqda qalanların işıq arzusunda,...
|
AZADFİKİRLİ (ID - 2412)sif. Azad düşünən, müstəqil düşünən. Doktor hələ çar zamanı Rusiyadan Təbrizə və oradan da Tehrana mühacirət etmiş azadfikirli həkim idi. M.İbrahimov.
|
AZADFİKİRLİLİK (ID - 2413)is. Azad düşünən, müstəqil düşünən adamın dünya görüşü, məsləki. İntibah dövründə görkəmli alimlər, filosoflar, yazıçılar azadfikirlilik mövqeyindən çıxış etmişlər.
|
AZADXAH (ID - 2414)[fars.] b a x azadixah. Başqa bir azadxahı həbsxanada o qədər döydülər ki, oradaca öldü. P.Makulu.
|
AZADXAHLIQ (ID - 2415)is. Azadlıq istəmə, hürriyyətpərvərlik. [Hücrə sahibi:] Bu, azadxahlıq naminə yaraşan iş deyil. P.Makulu.
|
AZAD(İ)XAH (ID - 2416)sif. [fars.] köhn. Azadlıq istəyən, azadlıq yolunda mübarizə edən; hürriyyətçi. Mirzə Yusif xan keçən məktubunda müxtəsər olaraq yazmışdı ki, azadixah şahzadə Cəlaləddin Mirzə hal-hazırda xəstədir. M.F.Axundzadə. Şücaüddövlə...
|
AZADİYYƏT (ID - 2417)[fars. azad və ər. ...iyyət] b a x azadlıq 1-ci mənada. Sənin torpağın xarabdır və əhlin nadandır və sivilizasionicahandan bixəbərdir və azadiyyətdən məhrumdur. M.F.Axundzadə. [Rzaqulu xan] kəndlilər içində azadiyyət sözləri...
|
AZADLIQ (ID - 2418)is. 1. Hər hansı bir sinfin, yaxud bütün cəmiyyətin və ya onun üzvlərinin ictimai-siyasi həyatına və fəaliyyətinə mane olan sıxıntı və məhrumiyyətlərin olmadığı hal; müstəqillik. Siyasi azadlıq. Demokratik azadlıq. Azadlıq...
|
AZADLIQSEVƏN, AZADLIQSEVƏR (ID - 2419)sif. Azadlığı sevən, müstəqil olmağa çalışan; istiqlaliyyət uğrunda mübarizə edən, hürriyyətpərvər. Azadlıqsevən xalqlar. - ..Bu gün .. azadlıqsevən bütün xalqlar sülh uğrunda mübarizə aparır. Z.Xəlil.
|
AZADMAYI, AZADMAHI (ID - 2420)is. Cavan qızıl balıq.
|
AZADPƏRVƏR (ID - 2421)[fars.] b a x azadlıqsevən, azadlıqsevər.
|
AZADPƏRVƏRLİK (ID - 2422)is. Azadlıq sevmə. [C.Cabbarlı] doğma xalqının mübarizə tarixini əfsanə və nağıllarını öyrənməyə, xalqın mənəvi qüdrətini, azadpərvərliyini öz əsərlərində əks etdirməyə çalışır. M.Arif.
|
AZALDILMA (ID - 2423)“Azaldılmaq”dan fis.
|
AZALDILMAQ (ID - 2424)məch. Az hala salınmaq, az edilmək, əskildilmək. Xərclər xeyli azaldılmışdır. Vaxtı azaldılmaq.
|
AZALMA (ID - 2425)“Azalmaq”dan fis.
|
AZALMAQ (ID - 2426)f. Miqdarca, sayca, həcmcə və s. əskilmək, zəifləmək, çəkilmək, məhdudlaşmaq. Çayın suyu azaldı. Təhlükə azaldı. Həcmi azalmaq. Çəkisi azalmaq. Sürəti azalmaq. Xərci azalmaq. - Yazırsan ki, iştaham azalıb, belə ki, sübh...
|
AZALTMA (ID - 2427)“Azaltmaq”dan f.is.
|
AZALTMAQ (ID - 2428)f Əskiltmək, az etmək, ixtisar etmək (miqdarca, sayca, həcmcə və s.). Həcmini azaltmaq. Çəkisini azaltmaq. Xərcləri azaltmaq. - [Cuma] lampanın işığını azalt, - dedi. Ə.Əbülhəsən.
|
AZAN (ID - 2429)is. [ər.] Müsəlmanları namaza çağırmaq üçün azançının səhər, günorta və axşamüstü minarədən ucadan oxuduğu təkbir. Şəhəri bir qədər dolaşıb saat 12-də azan səsi eşitdim, bir qoca kişi.. azan oxuyurdu. Ə.Haqverdiyev....
|
AZANÇI (ID - 2430)is. din. Azan oxuyan, azanverən. [Xortdan:] Bəs necə olubdur ki, özünüz üçün bir xoşsövt azançı tapmayırsınız? Ə.Haqverdiyev.
|
AZANÇILIQ (ID - 2431)is. din. Azançı sənəti.
|
AZANVERƏN (ID - 2432)b a x azançı.
|
AZAR (ID - 2433)is. [fars.] 1. Xəstəlik, naxoşluq. [Ağakərim xan:] ..Mən heç ömrümdə azar çəkməmişəm, pamazı paltarım olur həmişə qalın.. N.Vəzirov. [Həkim:] ..Ciddi müalicə edilsə, ümid var ki, azar rəf olar. Ə.Haqverdiyev.
□ Azar... |
AZAR-BEZAR (ID - 2434)is. dan. Hər cür azar, xəstəlik. Muzdur Məşədi Əsgər iyirmi səkkiz ilin ərzində su ilə od arasında bişib bərkidikdə əsla azar-bezar bilməzdi. S.M.Qənizadə. Belə yerdə daha azar-bezar da yaddan çıxar. Mir Cəlal.
□ Azar-bezar... |
AZARGƏZDİRƏN (ID - 2435)sif. 1. Xəstəlik yayılmasına səbəb olan, xəstəlik mənbəyi olan, mikrobları yayan. Azargəzdirən milçəklər.
sif. məh. Həmişə xəstə olan. |
AZARXANA (ID - 2436)is. [fars.] köhn. Xəstəxana. [Hacı Fərəc:] Zəhmət olmasa bir yerdə gedək, o bədbəxt oğlunu azarxanadan alıb, aparıb verək anasına, yazıqdır. N.Vəzirov.
|
AZARKEŞ (ID - 2437)is. və sif. [fars.] məh. İdman həvəskarı. Futbol azarkeşləri. - “Azarkeşlər ” içində yenə bir həyəcan var. M.Rahim. Bəlkə də azarkeş oxucularım; Şəklimi axtarır, şəklimi gəzir. M.Araz.
|
AZARLAMA (ID - 2438)“Azarlamaq”dan f.is.
|
AZARLAMAQ (ID - 2439)f Xəstələnmək, naxoşlamaq. Azarladım ölmədim, üzüldüm öldüm. (Ata. sözü). Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. C.Məmmədquluzadə.
|
AZARLATMA (ID - 2440)“Azarlatmaq”dan f.is.
|
AZARLATMAQ (ID - 2441)f Xəstələndirmək, xəstəliyə salmaq, azarlamasına səbəb olmaq. Uşağı soyuğa verib azarlatmaq.
|
AZARLI (ID - 2442) |
AZARLIXANA (ID - 2443)is. köhn. Xəstəxana. [Usta:] Məni götürüb apardılar azarlıxanaya. Bir-iki ay orada qaldım ki, yaxşı olum. Çəmənzəminli.
|
AZARLILIQ (ID - 2444)is. Azarlı adamın vəziyyəti, halı.
|
AZARSIZ (ID - 2445)sif. Əziyyətsiz, əzabsız, zəhmətsiz, asan. Azarsız iş. Bu iş azarsız (z.) başa gəlməz.
|
AZAY (ID - 2446)is. məh. Şikayət, deyinmə, gileylənmə; giley.
|
AZAYLANMAQ (ID - 2447)f məh. Şikayətlənmək, deyinmək, gileylənmək. [Ağsaqqallardan biri:] ..Kərbəlayı, bizim də məqsədimizdə elə sənsən. Yoxsa Safo azaylansa da, bu qohumluqdan içi gülür. S.Rəhimov.
|
AZCA (ID - 2448)sif. və zərf Azacıq, bir az. Azca pul. Azca gəzmək. Azca yatmaq. - Azca keçməmiş onun [Musanın] ayaq səsləri qaranlıq və sakit payız küçəsinin qoynunda itib getdi. M.İbrahimov. Bir azdan günəşlə üfuq arasında azca məsafə qaldı....
|
AZCA-AZCA (ID - 2449)zərf 1. Hamısını birdən yox, az-az. Bu sudan azca-azca əlimə tök.
Yavaş-yavaş. Uşaq azca-azca yeriyir. |
AZCANA (ID - 2450)dan. b a x azacıq.
|
Bu səhifə dəfə baxılıb