İzahlı lüğət

AZAR

is. [fars.] 1. Xəstəlik, naxoşluq. [Ağakərim xan:] ..Mən heç ömrümdə azar çəkməmişəm, pamazı paltarım olur həmişə qalın.. N.Vəzirov. [Həkim:] ..Ciddi müalicə edilsə, ümid var ki, azar rəf olar. Ə.Haqverdiyev.
□ Azar gəzmək - yoluxma xəstəliyi düşmək, yayılmaq, sirayət etmək. Azar tutmaq - azarlamaq, xəstəlik tutmaq, xəstələnmək. Azara düşmək - xəstələnmək, naxoşlamaq. Azara salmaq - birisini xəstələndirmək, azara düşməsinə səbəb olmaq. Bir tərəfdən ticarət işlərinin getdikcə dolaşıb zərər gətirməsi, digər tərəfdən də evinin nizamsızlığı Hacı Nəsiri azara salıb mum kimi əridirdi. S.S.Axundov. Azardan qalxmaq - yenicə sağalmaq, xəstəlikdən durmaq. Uzun azar dan. - vərəm.
Əziyyət, əzab. Neyləsin yarın cəfasın çəkməyən aşiq müdam; Çünki yar istər həmişə aşiqin azarını. Nəsimi. Bəs neyləsin indi bu dili-zar; Gör kimlər ilə çəkərdim azar. X.Natəvan. Gülzarda bülbülə tikəndir azar. S.Ə.Şirvani.
□ Azar vermək (etmək)
incitmək, əziyyət vermək, narahat etmək. Öz aşiqi-zarinə gül azar etməz. S.Ə.Şirvani. [Yoldaşları Fərmana deyirlər:] Qardaş, bir qızyolunda özünə bir belə əziyyət, azar verməyin igid sifəti deyil. Ə.Haqverdiyev. Azarını çəkmək - başqasının əvəzində əziyyət çəkmək, zərər çəkmək.
məc. dan. Bəhanə, ürəyindən keçən arzu, məqsəd. Onun azarını mən yaxşı bilirəm. - Qədirin Musa kişiyə də, onun dəyirmanına da bərk azarı var idi. İ.Əfəndiyev. Ancaq [Habil] Bəxti ilə yol yoldaşı olmaq, .. dörd-beş düyəni haradan olsa da tapıb vermək və onun azarını üzünə demək istəyirdi. S.Rəhimov.
// məc. Xasiyyət, təbiət, adət, təmayül. Dava eləmək onun azarıdır. - Tükəzban xalanın qızlığından bir azarı vardı ki, indiyəcən başından çıxmamışdı. B.Talıblı.
□□ Azarı qalxmaq (tutmaq) məc. - tərk etdiyi adətə təzədən başlamaq, təzədən pis işə başlamaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

A2

AD

ARX

......
.....i_l_by_id_with_comments