İzahlı lüğət

AVAR2 (ID - 2151)

is. məh. Keçmişdə kənd evlərinin damına döşənən qamışaoxşar ot; ümumiyyətlə, qaba quru ot.

AVAR3 (ID - 2152)

is. 1. Əsas kütləsi Dağıstanda yaşayan Qafqaz xalqlarından birinin adı və bu xalqa mənsub adam. Avar dili Qafqaz dillərinin Dağıstan qoluna daxildir.
2. tar. Qədim türkdilli tayfalardan birinin adı. Macarıstan ərazisində avarlara...

AVARA1 (ID - 2153)

[fars.] 1. is. Heç bir işlə məşğul olmayaraq boş-boş gəzən adam, işsizgücsüz adam. Burası xırda alverçilərin və bazar avaralarının dolandığı yer idi. M.İbrahimov.
// sif İş bacarmayan, bir iş yiyəsi olmayan heç şeyə...

AVARA2 (ID - 2154)

is. məh. Camış balası, ikiyaşar kəlçə.

AVARAÇILIQ (ID - 2155)

b a x avaralıq. Avaraçılıqla gününü keçirmək.

AVARALANMA (ID - 2156)

“Avaralanmaq”dan f.is.

AVARALANMAQ (ID - 2157)

f. Avara-avara gəzmək, veyllənmək, xeyirli bir işlə məşğul olmamaq, vaxtını boş-boşuna keçirmək.

AVARALAŞMA (ID - 2158)

“Avaralaşmaq”dan f.is.

AVARALAŞMAQ (ID - 2159)

f. dan. 1. Avara olmaq; tənbəlləşmək, intizamsızlaşmaq, heç bir işlə məşğul olmamaq.
2. Xarab olmaq, korlanmaq, pisləşmək.

AVARALIQ (ID - 2160)

is. 1. Heç bir işlə məşğul olmama, vaxtını boş-boş keçirmə; sərsərilik. Bu oğlan avaralığa öyrənib, heç bir işdən yapışmaq istəmir.
□ Avaralıq etmək
heç bir işlə məşğul olmamaq, veyl-veyl gəzmək.
2. Özündən...

AVARÇƏKƏN (ID - 2161)

is. Qayıqda avar çəkməklə məşğul olan adam. Avarçəkənlərin yarışı başa çatdı.

AVARÇI (ID - 2162)

is. b a x avarçəkən.

AVARƏ (ID - 2163)

[fars.] b a x avara1. Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi. Füzuli. Ey səba, yarə de ki, avarə gördüm Vaqifi. M.P.Vaqif. Doğru deyən olsaydı, yalançı
usanardı; Avarə qalanlar dəxi bir söz də qanardı. M.Ə.Sabir.

AVARİYA (ID - 2164)

is. [ital.] Qəza, nəqliyyat vasitələrinin toqquşması nəticəsində əzilərək sıradan çıxması. Çətin işdə, avariya vaxtlarında bir də görərdin qapıda maşın səsləndi. Mir Cəlal. Avariyalar çox vaxt onların [gənclərin] diqqətsizliyi...

AVARLAMA (ID - 2165)

“Avarlamaq”dan f.is.

AVARLAMAQ (ID - 2166)

f Avar çəkmək.

AVARLI (ID - 2167)

sif. Avarı olan, kürəyi olan, avarla hərəkətə gətirilən. Avarlı qayıq.

AVAZ (ID - 2168)

is. [fars.] 1. Səs, səda. Avazın yaxşı gəlir, oxuduğun Quran olsa. (Ata. sözü). Həkim özü yaxşıca avaz ilə oxuyurdu. C.Məmmədquluzadə.
2. Hava, ahəng. Aşıq Qərib sözün deyər avazla; Dindirəndə canım alar o, nazla. “Aşıq...

AVAZAT (ID - 2169)

is. [fars. “avaz” söz. cəmi] mus. Orta əsr Yaxın Şərq musiqi dəstgahlarında son altı pərdənin ibtidasını təşkil edən havacat silsiləsi. Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc...

AVAZƏ (ID - 2170)

is. [fars.] b a x avaz. Ta əzəldən var mənim guşimdə eşq avazəsi. Xətayi. Nalədəndir ney kimi avazeyi-eşqim bülənd. Füzuli.

AVAZIMA (ID - 2171)

“Avazımaq”dan f.is.

AVAZIMAQ (ID - 2172)

f Rəngi qaçmaq, rəngi solmaq.

AVAZIMIŞ (ID - 2173)

f.sif. Rəngi qaçmış, solmuş. Cəlalzadə Dəmirovun avazımış sifətinə baxdı. S.Rəhimov.

AVAZLANMA (ID - 2174)

is. Tələffüz tərzi, səsin tonu, yüksəlib-enməsi; intonasiya.

AVAZLAŞMA (ID - 2175)

“Avazlaşmaq”dan f.is.

AVAZLAŞMAQ (ID - 2176)

qarş. Səs-səsə vermək, bir yerdə oxumaq.

AVAZLI (ID - 2177)

sif Səsi olan; gözəl səsli, xoş səsli. Naz eləyən nazlı dilbər; Qumru tək avazlı dilbər; Salla yana siyah zülfü. Miskin Əli.

AVAZSIZ (ID - 2178)

zərf Ahəngsiz, adi səslə, hava ilə olmayaraq. Qənbər başını salır aşağı və bir də avazsız həmin sözləri deyir. C.Məmmədquluzadə.

AVDUĞ (ID - 2179)

b a x abduq.

AVESTA (ID - 2180)

is. Qədim, əfsanəvi peyğəmbər Zərdüştə isnad edilən müqəddəs kitablar külliyyatı. Avestanın yazıldığı dili bəzən Midiya dili adlandırırlar. Ərəb işğalları dövründə və sonralar Sasanilər dövrü Avestasının xeyli hissəsi...

AVIRTMAC (ID - 2181)

is. məh. Un ilə yağdan bişirilən bir xörək.

avia... (ID - 2182)

[lat.] Mürəkkəb sözlərin əvvəlində aviasiya mənasını ifadə edir, həmin sözlərin aviasiyaya aid olduğunu göstərir; məs.: aviabomba, aviabaza, aviatexnik və i.a.

AVİASİYA (ID - 2183)

[fr.] Hava nəqliyyatının hamısı, hava donanması. Mülki aviasiya. Hərbi aviasiya. Aviasiya bayramı. Aviasiya texnikasının inkişafı.

AVİASİYAÇI (ID - 2184)

is. Hava nəqliyyatı işçisi, hava donanması xidmətçisi. Aviasiyaçılar hərbi dənizçilərin təliminə həsr edilmiş montajlar və stendlər düzəldirlər.

AVİATOR (ID - 2185)

[fr.] Hava donanmasında təyyarəçi.

AVİTAMİNOZ (ID - 2186)

[xar.] tib. Qidada vitaminlərin olmaması və ya azlığı nəticəsində əmələ gələn xəstəlik; vitamin çatışmazlığı. Tibbi praktikada bəzən təkcə bir vitaminin deyil, bir çox vitaminlərin çatışmazlığına və bunların nəticəsində...

AVİZƏ1 (ID - 2187)

is. [fars.] köhn. Çilçıraq, qəndil. Tavandan asılan avizənin hər birisi dar ağacından asılan bir vücud kimi donub dururdu. M.S.Ordubadi.

AVİZƏ2 (ID - 2188)

is. [fars.] köhn. Sırğa.

AVİZƏLİ (ID - 2189)

sif Qəndilli, çilçıraqlı, qəndil asılmış. [Əbülhəsən bəy:] Biz balkonla avizəli və böyük lampalarla işıqlanmış otaqların qabağından keçərəkgedirdik. M.S.Ordubadi.

AVIZO (ID - 2190)

[ital.] mal. Qarşılıqlı bank hesablaşmalardakı dəyişikliklər haqqında göndərilən bildiriş vərəqəsi.

AVQUST (ID - 2191)

[lat.] Təqvim ilinin səkkizinci ayı. Avqust ayı Roma imperatoru Avqust şərəfinə adlandırılmışdır.

AVRAL (ID - 2192)

[ing.] 1. Gəmidə bütün komandanın iştirakı ilə görülən iş. Artıq avraldan çox nadir hallarda istifadə edilir.
məc. Növbədənkənar və çox təcili bir işi və ya tapşırığı yerinə yetirmək üçün bütün işçilərin səfərbər...

AVRALÇILIQ (ID - 2193)

is. Ciddi bir işin çox tələsik, başdansovma, eyni zamanda patıltı-gurultu ilə görülməsi (yalnız mənfı mənada işlənir). İşdə avralçılıq və özbaşına axın məhsulun həm keyfiyyətinə, həm də kəmiyyətinə çox pis təsir...

AVROPASENTRİZM (ID - 2194)

is. Elmin, incəsənətin, fəlsəfənin, ədəbiyyatın və s. həqiqi sərvətlərin, zənginliklərin inkişafmı yalnız Avropada görən konsepsiya. Avropasentrizmin mənbələri. Avropasentrizm ideyaları. Qabaqcıl mütəfəkkirlər avropasentrizmə...

AVSTRALİYALI (ID - 2195)

is. Avstraliya qitəsi əhalisinə mənsub adam.

AVSTRALOPİTEK (ID - 2196)

is. [lat.] Qazıntı zamanı tapılmış insanabənzər meymun (artıq nəsli kəsilmişdir). Avstralopiteklərin qalıqları.

AVSTRİYALI (ID - 2197)

is. Avstriyanın əsas əhalisinə mənsub adam.

AVŞAR (ID - 2198)

is. məh. Şəlalə, şır-şır, şırran.

AVŞARLAMAQ (ID - 2199)

f. məh. Südün hamısını sağmaq üçün heyvanın yelinini ovuşdurmaq, sıxmaq.

AVTO (ID - 2200)

[fr.] Avtomobil. Uzanmış şəhərin polad əlləri; Qatarlar, avtolar gəlir Muğana. S.Vurğun. Avto müfəttişi yoxdur ki, Ağabalanı tanımasın. Mir Cəlal.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed