AYAQCIQ (ID - 2251)is. 1.”Ayaq”dan kiç. Quşun ayaqcığı.
2. bot. Çiçək və meyvənin saplaqcığı. |
AYAQÇI1 (ID - 2252)is. məh. 1. köhn. Qapı-qapı gəzib, mal satan adam; çərçi.
Kağızpaylayan, kuryer. |
AYAQÇI2 (ID - 2253)is. qəd. Keçmişdə: qədəh gəzdirən, şərab paylayan; saqi. Cam içirən ayaqçıya döndü Füzuli; Şairlərə bir içim mey sundu Füzuli. Ə.Cavad.
|
AYAQDAŞI (ID - 2254)b a x dabandaşı. Hamamçının qabağında .. xırda bankaların içində rüşul, ayaqdaşı, xına, yumurta və bu kimi şeylər olardı. H.Sarabski.
|
AYAQDUZAĞI (ID - 2255)is. 1. Ayaq buxovu.
məc. Əngəl, maneə. |
AYAQKİRƏSİ (ID - 2256)is. köhn. dan. Getmək və gəzməklə əlaqədar olan bir iş üçün tələb olunan zəhmət haqqı.
|
AYAQQABI (ID - 2257)is. Ayağa geyilən şey. Dəri ayaqqabı. Rezin ayaqqabı. Ayaqqabı mağazası. Ayaqqabı fabriki.
|
AYAQQABIÇI (ID - 2258)is. Çəkməçi, ayaqqabı tikən, ya yamayan usta.
|
AYAQLAMA (ID - 2259)“Ayaqlamaq”dan f.is.
|
AYAQLAMAQ (ID - 2260)f 1. Tapdalamaq, tapdalayıb əzmək, ayaqları altında əzmək, ayağı ilə məhv etmək, xarab etmək. Əkini ayaqlamaq. Güllüyü ayaqlamaq. Otu ayaqlamaq.
// Məc. mənada. Avropanı ayaqlayıb gələn düşmən hələ bu cür inadlı müqavimətə... |
AYAQLANDIRMA (ID - 2261)“Ayaqlandırmaq”dan
|
AYAQLANDIRMAQ (ID - 2262)f Üzərinə qaldırmaq, təhrik etmək, cəsarətləndirmək.
|
AYAQLANMA (ID - 2263)“Ayaqlanmaq”dan f.is.
|
AYAQLANMAQ (ID - 2264)1. məch. Tapdalanmaq, tapdalanıb əzilmək, ayaq altında əzilmək, məhv edilmək, xarab edilmək.
// Ayaqla basılmaq, sıxılmaq; ayaqla vurulmaq, əzişdirilmək, ayaq altına salınıb döyülmək. t-siz. Ayağa qalxmaq, yerimək. Meşələrin... |
AYAQLAŞMA (ID - 2265)“Ayaqlaşmaq”dan f.is.
|
AYAQLAŞMAQ (ID - 2266)f 1. Biri ilə ayaq-ayağa gedə bilmək, bərabər getmək, birgə yerimək. Bizi müşayiət edən küçə adamları faytonla ayaqlaşıb bərabər gedə bilərdilər.
M.S.Ordubadi. [Səlim] atı yavaş-yavaş sürdü ki, Abbas kişi ayaqlaşa bilsin.... |
AYAQLATMAQ (ID - 2267)icb. Tapdalatmaq, ayaq altında əzdirmək, xarab etdirmək. Əkini malqaraya ayaqlatmaq.
|
AYAQLI (ID - 2268)sif. 1. Ayağı olan (b a x ayaq1
cü mənada). Ayaqlı şkaf. Ayaqlı paltarasan. 2. məc. Zirək, cəld, çevik, ayaqdan cəld. Ayaqlı tərpənmək - cəld tərpənmək, tez hərəkət etmək. Qoca bənna səsləyirdi bir gənc fəhləni;... |
AYAQLIQ (ID - 2269)is. 1. Dikinə duran və ya qoyulan şeylərin dayanacağı. Nərdivanın ayaqlığı. Heykəlin ayaqlığı. Sütunun ayaqlığı.
Ayaqqabının üzü. Tuflinin ayaqlığı yırtılmışdır. Qaloşun ayaqlığı. Səndəlin ayaqlığı. məh.... |
AYAQSEYRİ (ID - 2270)is. dan. Əylənmək və ya istirahət üçün yaxın yerlərə ayaqla səyahət. Ayaqseyrinə çıxmaq.
|
AYAQSIZ (ID - 2271)sif Ayağı olmayan, qıçsız. Ayaqsız adam. Ayaqsız taxt. - Oraq onun [quşun] hər iki ayağını biçmiş, o kiçik heyvan ayaqsız (z.) qalmışdı. A.Şaiq.
|
AYAQÜSTÜ (ID - 2272)1. zərf Tələsik, oturmadan, ötəri, ayaq üstündə. Ayaqüstü yemək. Ayaqüstü işləmək. Ayaqüstü xəstəyə baş çəkdim.
[Rüstəm kişi] ..işdən xəbərdar olmaq üçün .. ayaqüstü Kələntər lələşə baş çəkməyi qərara... |
AYAQÜSTÜLÜK (ID - 2273)is. Məclisdə, qonaqlıqda və s.-də qonaqlara xidmət etmə. Ayaqüstülük etmək.
|
AYAQYALIN (ID - 2274)sif 1. Yalınayaq, ayağı çılpaq, ayağında heç bir şey olmayan. Ayaqyalın uşaqlar qara düşüb, çil toyuğu basmarlayıb tutdular. S.Rəhimov.
// Zərf mənasında. Ayaqyalın gəzmək. - Laçın .. [uşaqların] hər ikisinin dalınca... |
AYAQYERİ (ID - 2275)is. 1. Quyuya düşmək üçün divarlarında ayaq keçirməkdən ötrü açılan oyuq.
2. Faytonda, karetdə və s.-də minmək üçün düzəldilmiş ayaq yeri. |
AYAQYOLU (ID - 2276)is. Təbii ehtiyacları rəf etmək üçün yer; abdəstxana, rahatxana.
□□ Ayaqyoluna düşmək - ishala düşmək, qamı işləmək. |
AYALAMA (ID - 2277)məh. b a x ayalqa.
|
AYALQA (ID - 2278)məh. b a x ayama.
|
AYAMA (ID - 2279)is. Bir adama el tərəfindən verilən ləqəb, ad. Sadıq bir az duruxub cavab verdi ki, “lağlağı ” onun ayamasıdır.
C.Məmmədquluzadə. |
AYAR (ID - 2280)is. dan. 1. Barama, pambıq və s. bu kimi xam mallardan əldə edilən xalis malın miqdarı.
B a x əyyar. |
AYAT (ID - 2281)is. [ər. “ayə” söz. cəmi] b a x ayə1 1-ci mənada. Ya ki, bir molla olub soymağa məxluqatı; Xahişi-nəfslə şərh eylər idi ayatı. A.Səhhət.
|
AYAZ (ID - 2282)is. Qışda buludsuz, aydın gecələrdə quru soyuq, şaxta; ümumiyyətlə, bərk soyuq. Qış yolunu yaz kəsdi; Qaranı bəyaz kəsdi; Gecə durdum qapıda; Əllərim ayaz kəsdi. (Bayatı). Gül rəngli havada toz, duman var; Dəhşətli soyuq, ayaz,...
|
AYAZIMA (ID - 2283)“Ayazımaq”dan f.is.
|
AYAZIMAQ (ID - 2284)f 1. Göy üzü açılmaq, buluddan, dumandan təmizlənmək, aydınlaşmaq. Bir az qabaq hava buludlu idi, indi ayazıyıbdır. - Payızın çiskinli, dumanlı günü ayazıyırdı. S.Rəhimov. Duman bir qədər ayazıdı, döyüşçülərə yol açdı....
|
AYAZITMAQ (ID - 2285)f Ayaza vermək, şaxtaya vermək, soyutmaq, dondurmaq.
|
AYAZLAMA (ID - 2286)“Ayazlamaq”dan f.is.
|
AYAZLAMAQ (ID - 2287)b a x ayazımaq 1 və 2-ci mənalarda.
|
AYAZLI (ID - 2288)sif. Şaxtalı, soyuq. Sən ayazlı gecələrdə ulduzların sirdaşısan; Boranların, çovğunların, dumanların qardaşısan. S.Vurğun.
|
AYAZLIQ (ID - 2289)is. 1. Buludsuz, aydın, eyni zamanda da soyuq gecə, ya gündüz.
məh. At çulunun içinə astar kimi tikilən keçə. |
AYBAAY (ID - 2290)zərf Müntəzəm surətdə hər ay, aydan-aya. Aybaay hesabat vermək. Üzvlük haqqını aybaay toplamaq. Aybaay geri gedir.
|
AY-BALIQ (ID - 2291)is. zool. Tropik dənizlərdə yaşayan girdəsifət balıq. Ay-balıq ən çox kürü tökən balıqdır.
|
AYBAŞI (ID - 2292)is. 1. Həddi-büluğa çatmış qızlarda, həmçinin qadınlarda vaxtaşırı (hər ay) uşaqlıqdan qan ifrazı; adət, heyz. Aybaşı orta beyindəki cinsiyyət mərkəzləri ilə tənzim olunur.
Ürəkkeçmə. |
AYBƏNİZ (ID - 2293)sif. şair. Sifəti ağ, gözəl, göyçək.
|
AYDIN (ID - 2294)sif. 1. İşıqlı, aylı, mahtab. Aydın gecə. - Azər daha çox zövq alır aydın gecələrdən. H.Cavid. Aydın bir gecədir, ulduzlar həsrətləyerə baxır. S.Rüstəm.
İşıqlı, nurlu, işıqsaçan. // Parlaq. Buludsuz, açıq, təmiz.... |
AYDINCA(SINA) (ID - 2295) zərf Aydın surətdə, açıq-aydın, lap aydın. Səs aydınca eşidilir.
Uzaqda qurulmuş çadırlar da aydınca görünürdü. Çəmənzəminli. |
AYDINLANMA (ID - 2296)“Aydmlanmaq”dan fis.
|
AYDINLANMAQ (ID - 2297)b a x aydınlaşmaq.
|
AYDINLAŞDIRILMA (ID - 2298)“Aydınlaşdırılmaq”dan f.is.
|
AYDINLAŞDIRILMAQ (ID - 2299)məch. Aydın edilmək, aşkar edilmək, müəyyən edilmək, izah edilmək.
|
AYDINLAŞDIRMA (ID - 2300)“Aydmlaşdırmaq”dan f.is.
|
Bu səhifə dəfə baxılıb