ALIŞQAN2 (ID - 1101)sif. Bir şeyə vərdiş etmiş; adətkərdə, vərdişli.
|
ALIŞQANLIQ (ID - 1102)is. Tez alışan, tez yanan, tez alovlanan şeyin xassəsi.
|
ALIŞMA1 (ID - 1103)“Alışmaq!”dan f.is.
|
ALIŞMA2 (ID - 1104)“Alışmaq2”dan f.is.
|
ALIŞMA3 (ID - 1105)is. məh. Bir neçə adamın şərikli qoyun və ya mal kəsməsi. [Bəxti:] Ay balam, mənim öz ətim ola-ola, niyə qoca inəyə alışma olum. S.Rəhimov.
|
ALIŞMAQ1 (ID - 1106)f Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Ocaq alışdı. Benzin qabı birdən alışdı. Taya ildırımdan alışdı.
// məc. mənada. Alışıb, şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-suzan dedilər, gerçək imiş. S.Ə.Şirvani.... |
ALIŞMAQ2 (ID - 1107)f 1. Öyrəşmək, vərdiş etmək, adət etmək. Soyuğa alışmaq. Papirosa alışmaq. Zəhmətə alışmaq. - Ata hər gün gedər işə, çalışar; Nə qədər zəhmət olsa da alışar. M.Ə.Sabir. [Əzim dayının] daima qapalı və incə dodaqları...
|
ALIŞMALIQ (ID - 1108)sif. məh. Alışma üçün qoyulan, ayrılan (b a x alışma3#). Alışmalıq qoyun.
|
ALIŞ-VERİŞ (ID - 1109)is. 1. Alver, ticarət, alğısatqı. Alış-verişlə məşğul olmaq. - Hər bazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Ə.Haqverdiyev. [Hacı Saleh:] Alış-veriş belədir ki, beşinə sən borclu olursan, beşi də sənə....
|
ALIŞ-VERİŞÇİ (ID - 1110) |
ALİ (ID - 1111)sif. [ər.] 1. Ən yüksək, ən baş, ən yuxarı. Ali məhkəmə. Ali baş komandan. Ali idarələr. Ali məktəb. Ali təhsil. - [Nizami:] Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər....
|
ALİCAH (ID - 1112)is. [ər.] klas. Yüksək rütbəli, uca mənsəbli adam.
|
ALİCƏNAB (ID - 1113)sif. [ər.] 1. Başqalarının xatirinə öz şəxsi mənafeyindən keçən; namuslu, səxavətli, nəcib, nəcabətli. Alicənab adam. Alicənab hərəkət. Alicənab xasiyyət. - [İbrahim xan] özünü alicənab (z.) göstərmək üçün, bu fürsətdən...
|
ALİCƏNABLIQ (ID - 1114)is. Nəciblik, nəcabət, mərdlik, safqəlblilik, səxavət; alicənab hərəkət. Alicənablıq göstərmək. - Nazimənin qarşısında minnətdarlıqla göz yaşları tökən ana, indi alicənablıqla (z.) oğlunu ilk dəfə ona təqdim edir.. Mir...
|
ALİGÖVHƏR (ID - 1115)sif. [ər. ali və fars. gühər] klas. Yüksək nəsildən olan, əsilli, əsilnəsəbli, əsilzadə.
|
ALİM (ID - 1116)[ər.] 1. is. Hər hansı bir elm sahəsində mütəxəssis olan adam. Azərbaycan alimləri. Dünyada tanınmış alim. Alimin adını fikir tarixində ölməzləşdirən onun elə bir az da şairliyidir.
2. sif. Elmli, bilikli, məlumatlı, çox... |
ALİMANƏ (ID - 1117)[ər. alim və fars. ...anə] b a x alimcəsinə.
|
ALİMCƏSİNƏ (ID - 1118)zərf Alimə yaraşan bir tərzdə, bir alim kimi.
|
ALİMENT (ID - 1119)is. [lat.] hüq. Övlad və ya qohumluq əlaqəsinə görə verilməli olan məbləğ, dolanışıq haqqı, xərci (məs.: uşaqlarına, ata-anasına, arvadına və i.a.). Alimentlər haqqında qanun. Aliment vermək.
[Mindilli:] Qəmər burdadır!... |
ALİMƏKAN (ID - 1120)sif [ər.] klas. b ax aliməqam.
|
ALİMƏQAM (ID - 1121)sif. [ər.] klas. Yüksək rütbəli, yüksək vəzifəli, yüksək mövqe tutmuş.
|
ALİMƏNSƏB (ID - 1122)sif [ər.] klas. Yüksək mənsəb (vəzifə) sahibi olan.
|
ALİMLİK (ID - 1123) |
ALİMNÜMA (ID - 1124)is. [ər. alim və fars. nüma] isteh. Alim olmadığı halda özünü alim kimi göstərən, özünü alimə oxşadan adam, alim qiyafəsinə girən adam; yalançı alim.
|
ALİMNÜMALIQ (ID - 1125)is. köhn. Alim olmadığı halda özünü alim kimi göstərmə, özünü alimə bənzətmə, alim qiyafəsinə girmə; yalançı alimlik.
|
ALİNƏSƏB (ID - 1126)sif [ər.] klas. Yüksək rütbəli, yüksək mənsəb sahibi olan.
|
ALİŞAN, ALİŞƏN (ID - 1127)sif. [ər.] klas. 1. Yüksək şan və şərəf sahibi olan. Çox alişan nazəninlər görmüşəm; Sənin kimi şahzadə tapılmaz. Q.Zakir. Könül istər ki, olsun dəhr sülhabad ünsiyyət; Məni sövq eləyən bu fikrə fikri-alişanımdır. M.Hadi.
2.... |
ALİTƏHSİLLİ (ID - 1128)sif. Ali məktəb bitirmiş. Alitəhsilli mütəxəssis. Alitəhsilli müəllim.
|
ALİYƏ (ID - 1129)sif. [ər.] klas. Uca, yüksək.
|
ALİZARİN (ID - 1130)[fr. əsli ər.] tex. kim. Boyaq deyilən bitki kökündən alman, yaxud süni (sintetik) surətdə hazırlanan boyaq maddəsi. Alizarin mürəkkəb. Alizarin boya.
|
ALKALOİD (ID - 1131)[əsli ər.] kim. Tərkibində azot və güclü fizioloji təsiri olan qələvi xassəli üzvi maddə. Alkaloidlərin çoxu qiymətli dərman maddəsidir.
|
ALKOQOL (ID - 1132)is. [ər. “əlkühl” sözündən]
Spirt. Sərxoşedici içkilərin hamısında başlıca təsir edən maddə.. alkoqoldur. R.Əliyev. 2. Araq, ümumiyyətlə spirtli içkilər. Alkoqol düşkünlüyü. |
ALKOQOLİZM (ID - 1133)Həddindən artıq spirtli içkilər içmə; spirtli içkilərə aludə olma; içki düşkünlüyü; əyyaşlıq. Alkoqolizm ilə mübarizə. Alkoqolizmə mübtəla olma. Alkoqolizm psixi və fiziki pozğunluqlar törədir.
|
ALKOQOLLU (ID - 1134) |
ALKOQOLSUZ (ID - 1135)sif. Tərkibində alkoqol (spirt) olmayan; spirtsiz. Alkoqolsuz içkilər.
AL-QIRMIZI sif. Tünd-qırmızı. |
ALQIŞ (ID - 1136)is. 1. Birini təbrik üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalma. Sürəkli alqışlar. Gurultulu alqışlar. Alqış səsləri. -Xanəndə zilə çəkdiyindən, hamının gözü onda idi. Birdən alqışlar qopdu. M.Hüseyn. Alqış...
|
ALQIŞLAMA (ID - 1137)“Alqışlamaq”dan f.is.
|
ALQIŞLAMAQ (ID - 1138)f Birini təbrik etmək üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalmaq. Artisti alqışladılar. Natiqi çox alqışladılar. - Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onları alqışladılar. S.S.Axundov.
// Təbrik... |
ALQIŞLANMA (ID - 1139)“Alqışlanmaq”dan f.is.
|
ALQIŞLANMAQ (ID - 1140)məch. Əl çalınmaqla təbrik və təhsin olunmaq. Əslinə baxsan, [Gülnisə xala] oğlunun ilk müvəffəqiyyət və alqışlandığını gördükdən sonra, bircə şeyi başa düşmüşdü. Mir Cəlal.
// Bəyənilmək. |
ALLAF (ID - 1141)is. [ər.] köhn. Taxıl, un, yaxud yem, ot və s. alverçisi. Allaf dükanı.
|
ALLAFBAZAR (ID - 1142)is. [ər. əllaf və fars. bazar] köhn. Keçmişdə: allaf dükanları olan bazar, ya küçə.
|
ALLAFLIQ (ID - 1143)is. köhn. Allaf peşəsi.
|
ALLAH (ID - 1144)is. [ər.] 1. Bütün kainatın yeganə yaradıcısı və idarə edəni; Yaradan, Tanrı, Rəbb. Lap qabaqlar Allahdan başqa heç kim yox imiş.. (Əsatir). Allahın qəzəbi tutur, Adəmlə Həvvanı cənnətdən qovur.. (Əfsanə). Qorqmazam bu dünyada...
|
ALLAHAXTARAN (ID - 1145)b a x allahaxtarıcı.
|
ALLAHAXTARICI (ID - 1146)is. tar. Allahaxtarıcılıq tərəfdarı.
|
ALLAHAXTARICILIQ (ID - 1147)is. tar. 1905-ci il inqilabından sonra rus liberal ziyalıları arasında yayılmış dini-fəlsəfi cərəyan. Allahaxtarıcılığın nümayəndələri.
|
ALLAHARAYICI (ID - 1148)b a x allahaxtarıcı.
|
ALLAHARAYICILIQ (ID - 1149)b a x allahaxtarıcılıq.
|
ALLAHQURUCU (ID - 1150)is. tar. Allahquruculuq tərəfdarı. Allahqurucuların məqsədi.
|
Bu səhifə dəfə baxılıb