ALIŞMAQ2f 1. Öyrəşmək, vərdiş etmək, adət etmək. Soyuğa alışmaq. Papirosa alışmaq. Zəhmətə alışmaq. - Ata hər gün gedər işə, çalışar; Nə qədər zəhmət olsa da alışar. M.Ə.Sabir. [Əzim dayının] daima qapalı və incə dodaqları ancaq ən mühüm fikirlərini anlatmaq üçün açılmağa alışmışdı. A.Şaiq. [İsfəndiyar] əlini alnına dayadı və bir neçə saniyə dayanıb qaranlığa alışmaq istədi. M.Hüseyn.
// məc. Ünsiyyət bağlamaq, isinişmək, öyrəşmək. Dadanmaq, öyrəşmək. Çaqqal toyuq damına alışıb, hər gecə bir toyuq aparır. İt qonşu həyətə alışıbdır. Əhliləşmək, ələ öyrənmək, isinişmək. Nə qədər əlləşdilərsə də, tülkünün balası evə alışmadı. Paylaşın - Hamı bilsin
|