ALİŞAN, ALİŞƏNsif. [ər.] klas. 1. Yüksək şan və şərəf sahibi olan. Çox alişan nazəninlər görmüşəm; Sənin kimi şahzadə tapılmaz. Q.Zakir. Könül istər ki, olsun dəhr sülhabad ünsiyyət; Məni sövq eləyən bu fikrə fikri-alişanımdır. M.Hadi.
2. Çox zəngin, dəbdəbəli, təmtəraqlı, cəlallı, bəzəkli. [Şah:] ..Dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi ziynət və zivərdə və alişan otaqlarda saxlayım. M.F.Axundzadə. Paylaşın - Hamı bilsin
|