
ALİCƏNABsif. [ər.] 1. Başqalarının xatirinə öz şəxsi mənafeyindən keçən; namuslu, səxavətli, nəcib, nəcabətli. Alicənab adam. Alicənab hərəkət. Alicənab xasiyyət. - [İbrahim xan] özünü alicənab (z.) göstərmək üçün, bu fürsətdən istifadə edərək, arvadların buraxılmasını tapşırdı. Çəmənzəminli.
2. köhn. Keçmişdə böyük mənsəb və rütbə sahiblərinə verilən ünvan. [Cəfər:] Alicənab xan həzrətlərinin xidmətində and içirəm əzizlərimin canına ki, Moskvadakı uşağınızdan yana mən bir söz eşitməmişəm. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|