AĞLAMSI(N)MA (ID - 551)“Ağlamsı(n)maq”dan
|
AĞLAMSI(N)MAQ (ID - 552)f Ağlayan kimi olmaq, gözləri yaşla dolmaq, doluxsunmaq. Kiçikbəyim ağlamsınaraq başmağı onun [Məmməd bəyin] əlindən alıb, hasarın üstündə oturdu. Çəmənzəminli. //Yalandan ağlamaq, özünü ağlayan kimi göstərmək. Mən Mahrunun...
|
AĞLAR (ID - 553)sif. Ağlayan, gözüyaşlı, gözü yaşla dolu. Kişi ağlar gözilə qıldı fəğan; Söylədi oğlu: - Ağlama, babacan! M.Ə.Sabir. Seyid ağlar gözü ilə başladı: - Mən Kirmanşahda ikən gecə röyada cəddimi gördüm. Ə.Haqverdiyev. Ağlar...
|
AĞLARCASINA (ID - 554)zərf Özünü ağlayan kimi göstərərək, ağlamsma-ağlamsma.
|
AĞLASIĞ(IŞ)AN (ID - 555)sif. B a x ağlabatan. [Heydər bəy:] Ağlasığışan iş deyil. S.S.Axundov. Hikmət İsfahaniyə məhbəsdə rast gəlmək ağlasığan şey deyildisə də, həqiqət idi. M.İbrahimov.
|
AĞLASIĞMAZ (ID - 556)b a x ağlabatmaz. İranı doldurmuş və arasıkəsilmədən axıb gəlməkdə olan alman casusları, İranın hakim dairələri və mürtəce təbəqələr Hitlerin qalib gələcəyini sadə bir həqiqət kimi irəli sürür, öz təbliğatlarında...
|
AĞLASIĞMAZLIQ (ID - 557)b a x ağlabatmazlıq.
|
AĞLAŞMA (ID - 558)1. “Ağlaşmaq”dan f.is.
2. is. Yas, matəm. [Əbdürrəhman bəy:] Arvad, bilirsən nə var; mən sənə çox məsləhət görürəm durub gedəsən bir ağlaşmaya. N.Vəzirov. Köhnə məzarlıqda bir ağlaşma var; Qazılır ortada bir dərin... |
AĞLAŞMAQ (ID - 559)qarş. Birlikdə ağlamaq, ağız-ağıza verib ağlamaq, bir-birinə qoşulub ağlamaq. Bir kənddə camaat ağlaşa-ağlaşa (z.) yüzbaşının ayağına yıxılıb:
“Bəs toxumluğu aparırsınız, biz başıdaşlı nə əkək?” deyirdi. Çəmənzəminli.... |
AĞLATMA (ID - 560)“Ağlatmaq”dan f.is.
|
AĞLATMAQ (ID - 561)f 1. Ağlamağa məcbur etmək, birinin ağlamasına səbəb olmaq. Uşağı ağlatmaq. - [Laçın] iki-üç yaş özündən böyük oğlanları təklikdə döyüb ağlatmağı da bacarırdı. M.Hüseyn.
2. məc. Çox təsir etmək, son dərəcə mütəəssir... |
AĞLAYAN (ID - 562)f.sif. b a x ağlağan. Ağabala çox ağlayan uşaq idi. Ağlayanda da üzünü elə turşudardı ki, elə bil mərsiyə deyəcəkdi. Çəmənzəminli.
|
AĞLAYICI (ID - 563)sif. Ağlayan.
|
AĞLAYIŞ (ID - 564)is. Ağlama. Kişilərdə yersiz gülüşlər nə qədər çoxsa, qadın və qızlarda da yersiz ağlayış və qısqanışlar da həddindən artıqdır. M.S.Ordubadi. Bu ağlayış və inilti səslərindən çəkilən sədlər onları [yolçuları] saxlamağa...
|
AĞLI (ID - 565)ağlı-bozlu, ağlı-qaralı və s. - hər rəngli, bütün rənglərdə olan. Köç yolu ilə gedən ağlı-bozlu sürülərin sayı-hesabı yox idi. Ə.Vəliyev. Dizlərini yerə qoyub irtməklərini oynada-oynada, analarının döşünü dümsükləyə-dümsükləyə...
|
AĞLIKƏSMƏZ (ID - 566)sif. Hələ ağlı bir şey kəsməyən. Ağlıkəsməz uşaq.
|
AĞLIQ (ID - 567)is. Ağ şeyin halı, bir şeyin ağ rəngi. Qarın ağlığı. Dərinin ağlığı. - Əvvəl gözəllərdə gərəkdir çağlıq; Ondan sonra ola sadəlik, ağlıq. M.P.Vaqif.
□□ Üz ağlığı - düzlük, doğruluq, təmizlik, namus. |
AĞMALA (ID - 568)is. məh. 1. Divara çəkilən birinci mala (suvaq).
Çəltik şumunda sürülən ilk mala. |
AĞMATAN (ID - 569)sif. dan. Dərisi ağ, kök və göyçək (qız).
|
AĞMAYA (ID - 570)sif. dan. Ağ və kök (uşaq və ya qadın). Məcid kişi köynəyinin ətəyilə alnının tərini silə-silə dedi: - Bunun bir ağmaya vaxtı vardı ki... Dünya gözəli idi Minnət. İ.Məlikzadə.
|
AĞNAĞAZ (ID - 571)is. məh. Ehtiyacı ödəmək üçün üyüdülən azacıq dən.
□□ Ağnağaz üyütmək məc. - boş yerə danışmaq, boşboğazlıq etmək. Deyəsən, məsələmiz qurtarıbdır. İndi də keçmişik ağnağaz üyütməyə. Ə.Vəliyev. |
AĞNAQ (ID - 572)is. məh. 1. Heyvanın ağnadığı yer.
Dağlarda torpağı sürüşmüş və ya su yuyub aparmış yer. Bir yerə yığılıb iylənən palçıqlı su, lehməli gölməçə, çuxur, oyuq. |
AĞNAMA (ID - 573)“Ağnamaq”dan f.is.
|
AĞNAMAQ (ID - 574)f 1. Dalı üstə uzanıb ayaqlarını yuxarı qaldıraraq, o üz-bu üzə çevrilmək (bəzi heyvanlar haqqında). Eşşək ağnayır.
// məc. dan. Yerə sərilərək üst-başmı toza-torpağa sürtüb batırmaq. Uşaqlar tozun içində ağnayırlar.... |
AĞNAŞMA (ID - 575)“Ağnaşmaq”dan f.is.
|
AĞNAŞMAQ (ID - 576)qarş. Bir yerdə ağnamaq, birgə ağnamaq.
|
AĞNATMAQ (ID - 577)f Aşağı sürmək, endirmək. Qayadan sürüsün ağnadır çoban; Qoyunlar, quzular mələr yanbayan. M.S.Ordubadi.
|
AĞNAVAZ (ID - 578)sif. Ağarmış, solğun. ..Bu işıqdan Lidyanın ağnavaz çöhrəsi daha da solğun görünürdü. Ə.Əbülhəsən.
|
AĞRI (ID - 579)is. 1. Duyğu sinirlərinin qıcıqlanması nəticəsində bədənin hər hansı bir yerində hiss edilən əziyyət, əzab; sancı, sızı; acı. Diş ağrısı. Baş ağrısı. - Birdən Sabir doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək...
|
AĞRI-ACI (ID - 580)is. 1. Çox işləmək, yol getmək və s. nəticəsində bədəndə duyulan ağrı və ya yorğunluq hissi. Bədənimizin ağrı-acısı çıxdı. - Taxtabənddə adam nə rahat yatırmış. Adam yuxudan ayılanda da heç yerində ağrı-acı duymurmuş....
|
AĞRI-ACISIZ (ID - 581)zərf Əziyyətsiz, əzabsız, asanlıqla. Nina İraida məsələsinin ağrı-acısız həll olunduğu üçün əlimi sıxıb təşəkkür etdi. M.S.Ordubadi.
|
AĞRIKƏSƏN, AĞRIKƏSİCİ (ID - 582)sifi tib. Sakitləşdirən, ağrını azaldan. Ağrıkəsən dərmanlar.
|
AĞRILI (ID - 583)sif. Ağrısı və acısı olan, ağrıyan.
|
AĞRIMA (ID - 584)“Ağrımaq”dan f.is.
|
AĞRIMAQ (ID - 585)f. 1. Bədənin bir yerində ağrı hiss etmək. Dişi ağrımaq. - [Gülüş:] Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır? C.Cabbarlı.
dan. Kefsizləmək, naxoşlamaq. Neçə gündür ki, ağrıyıram. məc. Kədərlənmək,... |
AĞRISIZ (ID - 586)sif. və zərf 1. Ağrımayan, ağrısı olmayan, incitməyən; əziyyətsiz. Ağrısız əməliyyat. Dişi ağrısız çəkmək.
2. məc. Zərərə və ya ağır nəticələrə səbəb olmayan. |
AĞRISIZLAŞDIRICI (ID - 587)sif. tib. Ağrıya qarşı hissizləşdirici. Ağrısızlaşdırıcı dərmanlar.
|
AĞRISIZLAŞDIRILMAQ (ID - 588)məch. tib. Ağrıya qarşı hissizləşdirilmək, keyləşdirilmək.
|
AĞRISIZLAŞDIRILMIŞ (ID - 589)f.sif. tib. Ağrıya qarşı hissizləşdirilmiş, keyləşdirilmiş.
|
AĞRISIZLAŞDIRMA (ID - 590)“Ağrısızlaşdırmaq”dan f.is.
|
AĞRISIZLAŞDIRMAQ (ID - 591)f. tib. Ağrıya qarşı hissizləşdirmək. Doğumu ağrısızlaşdırmaq.
|
AĞRISIZLIQ (ID - 592)is. 1. Ağrıya qarşı hissizlik, ağrı olmaması.
2. məc. Əziyyətsizlik, zərərsizlik, asanlıq, zəhmətsizlik. |
AĞRITMA (ID - 593)“Ağrıtmaq”dan f.is.
|
AĞRITMAQ (ID - 594)f. 1. Əziyyət vermək, ağrı vermək, incitmək, ağrıya səbəb olmaq. Yara bərk ağrıdır. Çiban ağrıdır. - Çarpanaq yaralarının yeri.. ağrıtmırdı. Ə.Əbülhəsən.
2. məc. Könlünü sındırmaq, ürəyini incitmək, toxunmaq.... |
AĞRIYAN (ID - 595)f.sif. Əziyyət verən, incidən, narahat edən. Ağrıyan dişi çəkdirmək.
|
AĞSAÇ(LI) (ID - 596)sif. Saçı ağarmış; qoca. Ağsaçlı qoca.
|
AĞSAQQAL (ID - 597)sif. və is. 1. Saqqalı ağarmış, qoca. [Bayraməli:] Belə tərbiyət sahibləridirlər ki, ağsaqqal ataları gəlir otağa, .. heç biri yerindən tərpənmək istəmir. N.Vəzirov. Baqqal dükanı qarşısında toplanıb söhbət edən ağsaqqallar,...
|
AĞSAQQALLIQ (ID - 598)is. 1. Qocalıq.
2. məc. dan. Başçılıq, böyüklük, rəhbərlik. Bir qədərdən isə o [Aslan], uşaqların rəğbətini qazanmaqla onların ağsaqqallığını öz əlinə götürə bildi. S.Rəhimov. Ağsaqqallıq etmək - 1) başçılıq... |
AĞSİFƏT (ID - 599)sif. Sifətinin rəngi ağ olan.
|
AĞSOL (ID - 600)is. məh. Kiçik çay balığı növlərindən birinin adı.
|
Bu səhifə dəfə baxılıb