.....i_l_by_id_with_comments AĞRIMAQ sözünün izahı / AĞRIMAQ sözünün mənası

İzahlı lüğət

AĞRIMAQ

f. 1. Bədənin bir yerində ağrı hiss etmək. Dişi ağrımaq. - [Gülüş:] Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır? C.Cabbarlı.
dan. Kefsizləmək, naxoşlamaq. Neçə gündür ki, ağrıyıram.
məc. Kədərlənmək, ürəyi sınmaq, incimək.
□□ Ağrımaz başı(m) - sakitlik, qayğısızlıq; cəncəl işə qarışmama, özünə aid olmayan bir işə qarışmamaq mənasında. Azacıq aşım, ağrımaz başım. (Məsəl). [Molla Qasım:] Bu fikirdən daşının, ağrımaz başınızı bəlaya salmayın. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....