İzahlı lüğət

AĞRI

is. 1. Duyğu sinirlərinin qıcıqlanması nəticəsində bədənin hər hansı bir yerində hiss edilən əziyyət, əzab; sancı, sızı; acı. Diş ağrısı. Baş ağrısı. - Birdən Sabir doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək üz-gözünü turşutdu. M.Hüseyn. Məsum kişinin .. başına bərk bir ağrı sıçradı, qaşları düyüldü.. Mir Cəlal.
məc. Kədər, qəm, qüssə, dərd, ələm, iztirab hissi. Səni balam kimi bağrıma basdım; Sənin hər ağrına mən qulaq asdım. S.Vurğun.
məc. İnciklik, narazılıq.
□□ Ağrı çəkmək - hamilə qadınlarda: doğmağa yaxın bərk sancı və əziyyət çəkmək. Torpağa ona görə “ana torpaq” deyirlər ki, o da ana kimi hamilə olur, ağrı çəkir, doğur, o da ana məhəbbətlidir, ana səxavətlidir, övladcanlıdır. İ.Məlikzadə.
// Məc. mənada. Gecə boylu bir qadındır... ağrı çəkərək; Xoşüzlü bir uşaq kimi doğur səhəri. S.Vurğun. Xərabəlik anası ağrı çəkib, şər doğur; Xeyir oyanmır hələ, bu da bir inqilabdır. Şəhriyar. Ağrı tutmaq - 1) ağrı başlamaq; 2) hamilə qadınlarda və ya heyvanlarda: doğmağa yaxın bərk ağrı və sancı başlamaq. Ağrım ürəyinə - qarğış və nifrin bildirən ifadə. [Bədircahan:] Ağrım xanın ürəyinə, xan gələndə dünya qopmayacaqdır ki.. N.Vəzirov. Ağrın mənə gəlsin
b a x ağrın(ı) alım (ağrın ürəyimə). Ağrın(ı) alım (ağrın ürəyimə) - birinə mehribançılıqla xitab, müraciət və ya oxşayıb əzizləmə zamanı işlənən ifadədir. Ağrın alım, mənim bağrım çatdadı; Arzum bu dağdaşı qatıb qatdadı.. Şəhriyar. [Qızyetər:] Sizciyəz sağ olun, ay ağrın alım; Bircə Xanlarımdır dövlətim, malım. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AN

AT2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed