
AĞSAQQALLIQis. 1. Qocalıq.
2. məc. dan. Başçılıq, böyüklük, rəhbərlik. Bir qədərdən isə o [Aslan], uşaqların rəğbətini qazanmaqla onların ağsaqqallığını öz əlinə götürə bildi. S.Rəhimov. Ağsaqqallıq etmək - 1) başçılıq etmək, böyüklük etmək, rəhbərlik etmək, idarə etmək; Nurcabbar düz deyir, Dədə palıd bundan sonra hələ min il ömür sürəcək, bu meşəyə böyüklük, ağsaqqallıq eləyəcək. İ.Məlikzadə; 2) nəsihət etmək, öyüd vermək, yol göstərmək. Paylaşın - Hamı bilsin
|