
AĞNAMAQf 1. Dalı üstə uzanıb ayaqlarını yuxarı qaldıraraq, o üz-bu üzə çevrilmək (bəzi heyvanlar haqqında). Eşşək ağnayır.
// məc. dan. Yerə sərilərək üst-başmı toza-torpağa sürtüb batırmaq. Uşaqlar tozun içində ağnayırlar. - Günah çamırında ağnayana bax; Onun da baxtına günəş doğulur. M.Araz. Comalaşıb qarışqatək qaynardıq; Yavaş-yavaş bağçalarda ağnardıq... Şəhriyar. məh. Uçmaq, yıxılmaq, dağılmaq, tökülmək. Birinin divarının kərpicləri ağnayıb tökülmüşdü biz durduğumuz yerə tərəf. C.Məmmədquluzadə. Elə bil Qədim dayının üstünə bir dağ ağnayıb töküldü. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|