ARAQÇINLI (ID - 1501)sif. Başında araqçın olan, başına araqçın qoymuş. ..'Başı araqçınlı, uzun arxalıqlı Vaqif nə isə sayır, həm də gözünün ucu ilə ona [Qızxanıma] baxırdı. Çəmənzəminli. Göy döşəkcə üstündə oturan ağ araqçınlı...
|
ARAQ-VARAQ (ID - 1502)araq-varaq eləmək hərtərəfli axtarmaq, axtarılmayan yer qoymamaq. [Dostum] bütün hökumət dairələrini bir-birinə çaxnaşdırmış, bütün şəhəri araq-varaq eləmişdi. Qantəmir. Əlində zənbil bazardan qayıdan Xanım Balacayevə içəriyə...
|
ARALAMA (ID - 1503)“Aralamaq”dan f.is.
|
ARALAMAQ (ID - 1504)f 1. Bitişik, yaxud yan-yana duran şeyləri kənara çəkib bir-birindən ayırmaq, ayrı qoymaq. Pəncərənin pərdəsini aralamaq. Kolları aralayıb yol açmaq.
Açmaq. Kitabı aralayıb baxmaq. Ağzını aralayıb bir söz demir. Zorla başqa-başqa... |
ARALANDIRMA (ID - 1505)“Aralandırmaq”dan f.is.
|
ARALANDIRMAQ (ID - 1506)b a x aralamaq.
|
ARALANMA (ID - 1507)“Aralanmaq”dan f.is.
|
ARALANMAQ (ID - 1508)f 1. Bir-birindən ayrılmaq, uzaqlaşmaq. Atlılar aralanaraq hərə bir tərəfə getdi. - Aralanır buludlar, təravətlənir otlar. A.Səhhət. Sədrəddin bəydən aralanandan sonra, indi iki gün idi ki, muzdur Məşədi Əsgər öz arvad və uşağı...
|
ARALAŞDIRILMA (ID - 1509)“Aralaşdırılmaq”dan fis.
|
ARALAŞDIRILMAQ (ID - 1510)məch. Bir-birindən ayrılmaq, uzaqlaşdırılmaq, kənara çəkilmək.
|
ARALAŞDIRMA (ID - 1511)“Aralaşdırmaq”dan f.is.
|
ARALAŞDIRMAQ (ID - 1512)f Dalaşanları birbirindən ayırmaq, uzaqlaşdırmaq, kənara çəkmək. Molla aralaşdırır, ona da bir-iki yumruq dəyir. S.S.Axundov. Qoca qarılar harayçılıq edib bunları [dalaşanları] aralaşdırardılar. H.Sarabski.
|
ARALAŞMA (ID - 1513)“Aralaşmaq”dan f.is.
|
ARALAŞMAQ (ID - 1514)f. 1. Ayrılmaq, ayrı düşmək, aralı düşmək, uzaqlaşmaq, əlaqəni kəsmək.
2. Seyrəkləşmək. |
ARALATDIRMAQ (ID - 1515)icb. Üçüncü şəxs vasitəsi ilə aralatmaq. [Xan:] Mən onun başını bədənindən aralatdıraram, onda bilər ki, nökər bayatı deyib, xanı yuxudan oyatmaz. Çəmənzəminli.
|
ARALATMAQ (ID - 1516)icb. Aralamağa məcbur etmək.
|
ARALI (ID - 1517)zərf 1. Bir-birindən bir qədər uzaq, arada bir qədər məsafə qoyaraq. Xasay atlıların bir-birindən aralı getməsini məsləhət gördü. M.Hüseyn. Kəhər kövşənin ortasında, yoldan xeyli aralı uçuq bir xarabalığın səmtinə çatırdı....
|
ARALIQ (ID - 1518)is. 1. İki şey arasındakı boşluq,
boş yer; iki yerin arası; ortalıq, orta, ara. Aralıqda qalan şeyləri götürün. Aralıqda gəzib işə mane olma. // Bir neçə otaq və sairə arasındakı açıq yer. Samovarı aralıqda qoy. Kömür... |
ARAM (ID - 1519)is. [fars.] Sakitlik, qərar, rahatlıq, dinclik, sükut; səbir, dözüm. Hənuz vəsldir, ey mah, yoxdur aramın; Nə növ bəs keçəcək mən fəqirə hicranın? S.Ə.Şirvani. Xudayar bəyin bu fikrə düşəndən bir dəqiqə aramı yoxdu. C.Məmmədquluzadə....
|
ARAMA (ID - 1520)“Aramaq”dan fis.
|
ARAMAQ (ID - 1521)/ Axtarmaq. Sən mükafatım insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. A.Səhhət. Mühəndis yenə də öz dəftərçəsinin neft ilə yağlanmış vərəqlərini aramağa başladı. B.Talıblı.
Arayıb axtarmaq -... |
ARAMCA (ID - 1522)zərf Aramla, aram surətdə, ağır-ağır, yavaş-yavaş, yavaşca. [Bülənd] aramca atın cilovunu çəkir, at da ehtiyatla rahat addımlayırdı. Ə.Əbülhəsən.
|
ARAMGAH (ID - 1523)is. [fars.] tənt. 1. İstirahət yeri, dayanılan yer; məskən, mənzil. Bu, bəzmixasi-ünsdür, aramgahi qüdsdür. Nəbati.
2. məc. Qəbir mənasında. Bura hündür, qübbəli divarları və qübbəsi başdan-başa kaşılarla örtülmüş bir... |
ARAMLI (ID - 1524)sif. 1. Səbirli, dözümlü.
Ağır, yavaş. |
ARAMSIZ (ID - 1525)1. sif. Aramı olmayan, qərar tapmayan, qərarsız, narahat; səbirsiz, dözümsüz. Həsən tramvay duracağında .. aramsız bir ürək çırpıntısı ilə Dilaranı gözləyirdi. M.İbrahimov.
zərf Səbirsizliklə. Havva qonağı aramsız gözləyirdi.... |
ARAMSIZLIQ (ID - 1526)is. Qərarsızlıq, rahatsızlıq; səbirsizlik.
|
ARAN (ID - 1527)is. Azərbaycanda: yaylaq yerlərə nisbətən alçaq və iqlimcə isti olan yerlər. Azərbaycanın əsas aran yerləri Muğan, Qarabağ, Şirvan və Mil düzləri hesab olunur. Yayda aran çox isti olur. - Əziziyəm bağ ilən; Bağça ilən, bağ...
|
ARANÇI (ID - 1528)is. məh. köhn. 1. Yayda yaylağa köçməyib, öz təsərrüfatında qalıb işləyən kəndli.
// Aran yerlərdə yaşayan adam. Arançılar damların üstündə, talvarlarda özlərinə yer salmışdılar. Qazma daxmalarda oturmaq mümkün... |
ARANÇILIQ (ID - 1529)is. köhn. Arançının işi, peşəsi.
|
ARANJİMAN (ID - 1530)is. mus. 1. Bəstələnmə, tərtib etmə.
2. Uyğunlaşdırma. |
ARANLI (ID - 1531)is. dan. Həmişə aranda yaşayan adam.
|
ARANLIQ (ID - 1532)is. Aran yerlər.
|
ARANMA (ID - 1533)“Aranmaq”dan fis.
|
ARANMAQ (ID - 1534)məch. Axtarılmaq. Orda hər şey alın təri və zəhmətdən yaranardı; Yaşamaqçın ən müqəddəs, təmiz yollar aranardı. M.Dilbazi.
|
ARASIKƏSİLMƏZ (ID - 1535)sif. Arası kəsilməyən, bir an belə dayanmayan, sürəkli, fasiləsiz. Arasıkəsilməz həmlə. Arasıkəsilməz yağış.
Çöldə çaqqalların ulaşması və cırcıramanın arasıkəsilməz nəğməsindən başqa, heç bir şey çayxananın... |
ARA-SIRA (ID - 1536)zərf Arabir, bəzən, hərdənbir, bəzi vaxt, bəzi hallarda, vaxtdan-vaxta. Səhərlərə məxsus olan nəsimdən ara-sıra yarpaqlar qımıldanır.. Yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü.
Şaiq. Kənddə... |
ARAŞDIRICI (ID - 1537)is. Axtarıcı, yoxlayıcı.
// Tədqiqatçı. Araşdırıcı məsələyə sistemli yanaşmalıdır. |
ARAŞDIRILMA (ID - 1538)“Araşdırılmaq”dan f.is.
|
ARAŞDIRILMAQ (ID - 1539)məch. Axtarılmaq, yoxlanılmaq.
// Tədqiq edilmək. |
ARAŞDIRMA (ID - 1540)1. “Araşdırmaq”dan f.is.
is. Tədqiqat. Elmi araşdırmalar. Azərbaycan şifahi xalq ədəbiyyatına dair son araşdırmalar. |
ARAŞDIRMAQ (ID - 1541)f. Axtarmaq, yoxlamaq. [Xəfiyyələr] küçədə gedən arvadların bağlamalarını belə açıb araşdırırlar. M.S.Ordubadi. Kərim bəy əlini cibinə salıb araşdırdı. Mir Cəlal.
// Tədqiq etmək, təhlil etmək. [Qəhrəman] uşaqda olan... |
ARAŞQIN (ID - 1542)b a x araqçın. Araşqını dəstə qoy; Endirib göz üstə qoy; Gətir bütün dərdləri; Dərdimin düz üstə qoy. (Bayatı).
|
ARAŞMAQ (ID - 1543)f. məh. Axtarmaq, aramaq; soraqlaşmaq, xəbər almaq. Kimin kim eşq bağlar əl-ayağın, dəxi açılmaz; Bu müşkül mənini çox kimsədən Qövsi araşıbdır. Qövsi.
|
ARAT (ID - 1544)is. k.t. Şumlanıb sulanmış, toxum səpilmiş yer.
// Toxum səpmədən əvvəl şumun sulanması. Arat torpağın fiziki xassəsini yaxşılaşdırır. - Arat olunmuş torpaq yaxşı qurumayıb, havalar mane olur. M.Hüseyn. □ Arat(a) qoymaq,... |
ARATLAMA (ID - 1545)“Aratlamaq”dan f.is.
|
ARATLAMAQ (ID - 1546)f məh. Arata qoymaq (b a x arat).
|
ARAVURAN, ARAVURUŞDURAN (ID - 1547)bax araqarışdıran.
|
ARAYATI (ID - 1548)zərf məh. Arada bir gecə yatmaqla (bir günlükdən uzaq olan yol haqqında).
|
ARAYICI (ID - 1549)sif. və is. Axtaran, arayan.
|
ARAYIŞ (ID - 1550)is. 1. Arama, axtarma işi.
Bir şey haqqında şifahi və ya yazılı məlumat. Arayış almaq. Arayış vermək. Arayış üçün müraciət etmək. Arayışa möhür vurdurmaq. Arayış kitabçası (məlumat kitabçası). - [Dəmirov] telefona yaxınlaşıb... |
Bu səhifə dəfə baxılıb