
ARALAMAQf 1. Bitişik, yaxud yan-yana duran şeyləri kənara çəkib bir-birindən ayırmaq, ayrı qoymaq. Pəncərənin pərdəsini aralamaq. Kolları aralayıb yol açmaq.
Açmaq. Kitabı aralayıb baxmaq. Ağzını aralayıb bir söz demir. Zorla başqa-başqa tərəflərə çəkmək, kənara çəkmək, aralaşdırmaq. Dalaşanları aralamaq. - Biz bir-birimizlə savaşardıq, .. yol adamları bizi gəlib aralardılar. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|