İzahlı lüğət

ARALIQ

is. 1. İki şey arasındakı boşluq,
boş yer; iki yerin arası; ortalıq, orta, ara. Aralıqda qalan şeyləri götürün. Aralıqda gəzib işə mane olma.
// Bir neçə otaq və sairə arasındakı açıq yer. Samovarı aralıqda qoy. Kömür yeşiyi aralıqdadır.
// sif. İki və ya bir neçə şeyin arasında, ortasında olan. Aralıq malı arada yeyilər. - Əhməd aralıq peçini yandırdı. Mir Cəlal.
Dar dalan, dar küçə. Dalandar aralığı süpürdü. Bizim ev aralıqdadır. Qapı aralığa çıxır.
// Sif. mənasında. Fayton aralıq küçələrdən keçib irəliləməyə başladı. S.Rəhman.
“Bu” sözü ilə bərabər: bu aralıq - bu zaman, bu vaxt, bu əsnada, bu dəmdə. Bu aralıq göy guruldamağa başladı. - Bu aralıq quşların civiltiləri hər şeydən əvvəl eşidilir. M.S.Ordubadi. Bu aralıq birdənbirə toyuğumu xatırlayıb, cəld hinin ağzına
yüyürdüm. A.Şaiq.
// “Bir” sözü ilə bərabər: bir aralıq - az zaman, bir müddət, bir anlığa, müvəqqəti olaraq. Bir aralıq sakitlik düşdü. Bir aralıq səsini kəsdi.
Yerl. halda: aralıqda - ortalıqda, ortada, arada. [Heydər bəy:] Ondan ötrü Səfər bəy məsləhət gördü ki, götürüm qaçım. Toy xərci aralıqda itsin. M.F.Axundzadə. ..Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş, geri çəkilib evdə qapandılar. Çəmənzəminli. [Səfər bəy:] Əgər siz başlasanız birbirinin ziddinə getməyə, aralıqda ziyan çəkən mən olaram. B.Talıblı.
□□ Aralıq adamı - 1) araçı, vasitəçi, aradüzəldən; 2) toyda, məclisdə qonaqlara xidmət edən adam; 3) avara, veyil. Aralığa almaq - b a x araya almaq (“ara”da). Salmanın bu hərəkətinə ciddi diqqət yetirən cavanlar onu aralığa aldılar. Ə.Vəliyev. Aralıga atmaq - b a x araya atmaq (“ara”da). Aralıga gəlmək - ortaya çıxmaq. ..Evlənmək məsələsinin nə qədər çətin olduğu yenə də aralığa gəldi. S.S.Axundov. Aralıga gətirmək - ortaya gətirmək, meydana atmaq. Bu inteligentlərin sözün gətirmə heç aralığa. M.Ə.Sabir. Aralıga söz qatmaq -kənar sözlərlə aldatmağa, fikri yayındırmağa çalışmaq. Aralıga tökmək - sirrin üstünü açmaq, ifşa etmək, açıb söyləmək. Aralıq qarışmaq - b a x ara qarışmaq (“ara”da). Aralıq get-gedə qarışırdı. Hər gün şəhərdən gələn bir-birinə zidd xəbərlər kənddə vəziyyəti dəyişirdi. Mir Cəlal. Aralıq sözü - b a x ara sözü (söhbəti) (“ara”da). Aralıq vurmaq - b a x ara vurmaq (“ara”da). Baxma firibinə hərzəguların; Aralıq vurmaqdı işi buların. Q.Zakir. Aralıqda qalmaq - b a x arada qalmaq (“ara”da).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed