ALA-YARIMÇIQLIQ (ID - 1001)is. Natamamlıq, atüstülük, ala-yarımçıq görülmüş iş.
|
ALA-YARIMÇILIQ (ID - 1002)b a x ala-yarım(çıq).
[Cəmil:] Bu saat ala-yarımçılıq biliklə nə eləmək olar. M.Hüseyn. |
ALA-YETİŞMİŞ (ID - 1003)b a x ala-dəymiş.
|
ALAYONCA (ID - 1004)is. Yarı yonca, yarı əkin.
|
ALAZLAMAQ (ID - 1005)f məh. Alışdırmaq, qızartmaq (kömürü).
|
ALAZLANMAQ (ID - 1006)f məh. Alışmaq, qızarmaq, alışıb-yanmaq (kömür).
|
ALBALI (ID - 1007)is. Tündqırmızı rəngli, tumlu, şirəli giləmeyvə; gilənar. Albalı mürəbbəsi. Albalı ağacı. - Albalı ağacı meyvəli bitkilərdən olub, ən çox Zaqafqaziyada və Orta Asiyada becərilir. R.Əliyev
□ Albalı rəngli-qıpqırmızı.... |
ALBALILIQ (ID - 1008)is. Albalı bağı; albalı ağacları əkilmiş yer.
|
ALBAN (ID - 1009)is. 1. Albaniya Xalq Respublikasının əsas əhalisinin adı və bu xalqa mənsub adam; amaud.
tar. Azərbaycanın şimal hissəsində yaşamış qədim xalqın adı. ..Albanlar qırx min nəfərlə gözlənmədən Pompey ilə müharibəyə gəldilər.... |
ALBANCA (ID - 1010)sif və zərf Alban dilində.
|
ALBİNIZM (ID - 1011)[lat.] biol. Piqment azlığı nəticəsində dəri və saçların qeyri-normal ağlığı və gözlərin qırmızılığı.
|
ALBİNOS (ID - 1012)[lat.] biol. Albinizmi olan adam, ya heyvan.
|
ALBOM (ID - 1013)[fr.] 1. Şeir və s. yazmaq, şəkil çəkmək, marka yapışdırmaq və s. üçün təmiz səhifələri olan kitab, ya dəftər. Şəkil albomu. Şeir albomu. - Yenə də ruhumu kəsdi bu duyğu; Götür albomunu, mən deyim sən yaz! S.Vurğun.
Ayrıca... |
ALBUXARA (ID - 1014)is. Qurudulmuş Buxara gavalısı. [Şagird] yerdə əyləşib ət doğramağa, məğzibadam, badımcan, albuxara təmizləməyə məşğul idi. Ə.Haqverdiyev.
|
ALÇA (ID - 1015)is. Cır və peyvənd cinsləri olan çəyirdəkli turş və ya şirin yumru bir meyvə. Cır alça. Alça qurusu. Turş alça. Alça mürəbbəsi. - Alça çiçəyini töküb bir balaca böyüyən kimi, göy olmağına baxmayaraq duz ilə yeyərdik....
|
ALÇACIQ (ID - 1016)b a x alçaqca.
|
ALÇAQ (ID - 1017)sif 1. Hündürlüyü, ucalığı az olan, yerdən, hər hansı bir səviyyədən azacıq hündür olan. Alçaq dağ. Alçaq ev. Alçaq boy. Alçaq divar. - Alçaq yerdə təpəcik özün dağ sanar. (Ata. sözü). Bura darısqal, alçaq, yarıqaranlıq...
|
ALÇAQBOY(LU) (ID - 1018)sif. Boyu alçaq, bəstəboy. Kərbəlayı Qulu alçaqboylu bir kişi idi. Onun qızarmış burnu nazik bığlarının ortasına dik uzanmışdı.. Çəmənzəminli.
|
ALÇAQCA (ID - 1019)sif. Bir az alçaq. Alçaqca divar. Alçaqca kişi.
|
ALÇAQCASINA (ID - 1020)zərf və sif. Xaincəsinə, rəzilcəsinə, şərəfsizcəsinə. Alçaqcasına hərəkət etmək. Alçaqcasına böhtan.
|
ALÇAQDAN (ID - 1021)zərf 1. Aşağıdan, yer səthinə yaxın. Təyyarələr alçaqdan uçur. Volqa, Don çayından 44 metr alçaqdan axır.
Pəstdən, yavaşdan. Alçaqdan oxumaq. |
ALÇAQLANDIRMAQ (ID - 1022)b a x alçaltmaq.
|
ALÇAQLANMAQ (ID - 1023)b a x alçalmaq.
|
ALÇAQLAŞDIRMAQ (ID - 1024)f Pisləşdirmək, alçaq etmək. Uşaqların tərbiyəsində çubuq və sillə vurmaq onların əxlaqını pozur və təbiətlərini alçaqlaşdırır. M.F.Axundzadə.
|
ALÇAQLATMAQ (ID - 1025)f dan. Alçaq etmək, alçaq hala salmaq, yüksəkliyini azaltmaq, endirmək.
|
ALÇAQLIQ (ID - 1026)is. 1. Alçaq şeyin halı. Damın alçaqlığı. Ağacın alçaqlığı. Divarın alçaqlığı.
Boy qısalığı. məc. Pislik, xarablıq, keyfiyyətsizlik. Malın alçaqlığı. İş keyfiyyətinin alçaqlığı. məc. Rəzillik, şərəfsizlik,... |
ALÇAQTƏPƏLİ (ID - 1027)sif. Alçaq təpələr olan. Alçaqtəpəli yer.
|
ALÇALDILMA (ID - 1028)“Alçaldılmaq”dan fis.
|
ALÇALDILMAQ (ID - 1029)məch. 1. Alçaq edilmək, gödəldilmək, boyu qısaldılmaq.
məc. Təhqir edilmək, nüfuzdan salınmaq, hörmətdən salınmaq. [Şəmsiyyə:] .. Lakin alçaldılmış, təhqir olunmuş bir qadın qəlbində siz bütün ömrünüzü çürüdəcək... |
ALÇALIQ (ID - 1030)is. Alça bağı, alça ağacları əkilmiş yer.
|
ALÇALMA (ID - 1031)“Alçalmaq”dan f.is.
|
ALÇALMAQ (ID - 1032)f. 1. Aşağı düşmək, gödəlmək, boyu qısalmaq. Çayın kənarı seldən alçalmışdır.
// Enmək, aşağı salınmaq. Əziz qonaq pilləkənlərdən qalxdıqca onun intizarında duran başlar da alçalırdı. M.S.Ordubadi. Azalmaq, zəifləmək,... |
ALÇALTMA (ID - 1033)“Alçaltmaq”dan fis.
|
ALÇALTMAQ (ID - 1034)f. 1. Alçaq etmək, boyunu qısaltmaq, hündürlüyünü azaltmaq; gödəltmək. Hasarı alçaltmaq. Pəncərə yerini alçaltmaq. Stolun qıçlarını alçaltmaq. Damı alçaltmaq.
məc. Birinin vəzifəsini, rütbəsini aşağı salmaq, daha aşağı... |
ALÇI (ID - 1035)is. Aşıq-aşıq oyununda: aşığın bir üzü, toxan üzün arxa tərəfi. İkinci aşıq isə başqalarının əli ilə oynadılır, gah alçı durar, gah toxan. Belələrinə maça da deyilir.
Oynayanların birisi aşığın alçı durduğunu... |
ALÇIDAŞI (ID - 1036)is. İnşaatda işlənilən daş növü.
|
ALDADICI (ID - 1037)sif. 1. Tovlayan, yoldan çıxaran, başdan çıxaran, hiyləgər; yalan. Aldadıcı sözlər. Aldadıcı hərəkət.
Asanlıqla aldada bilən, zahiri görünüşü ilə adamın etimadmı qazana bilən; yalançı. Zahiri görünüş aldadıcıdır.... |
ALDADICILIQ (ID - 1038)is. Aldatma işi, yoldan çıxarma, başdan çıxarma; yalançılıq. [Qətibə Toğrula:] Xüsusən sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin taxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. M.S.Ordubadi.
|
ALDADILMA (ID - 1039)“Aldadılmaq”dan f.is.
|
ALDADILMAQ (ID - 1040)məch. Tovlanmaq, yoldan çıxarılmaq, başdan çıxarılmaq.
|
ALDANIŞ (ID - 1041)is. Aldanma.
|
ALDANMA (ID - 1042)“Aldanmaq”dan f.is.
|
ALDANMAQ (ID - 1043) |
ALDATMA (ID - 1044)“Aldatmaq”dan fis.
|
ALDATMAQ (ID - 1045)f. 1. Qəsdən yayındırmaq, başmı tovlamaq, yoldan çıxarmaq. Təcrübəsiz adamı aldatmaq asandır. - Aldada bilməmiş dünyanın varı; Bir məslək eşqiylə yaşayanları. S.Vurğun.
Yalan danışmaq, əsli olmayan bir şeyi doğru bir şey... |
ALDƏYİŞİK (ID - 1046)is. dan. 1. Bir şeyi verib, əvəzində başqa şey alma; mübadilə.
2. Eyni cinsdən olan şeyləri dəyişik salma. |
ALDI-QAÇDI (ID - 1047)zərf dan. 1. Kos oyunu, top-top oyununun bir növü.
2. Başlı-başmalıq, hərki-hərkilik, hərcmərclik. |
ALDIRMA (ID - 1048)“Aldırmaq”dan fiis.
|
ALDIRMAQ (ID - 1049)icb. 1. Almağa məcbur etmək, almasına səbəb olmaq. Bu kitabı ona mən aldırmışam.
Başqasının vasitəsilə almaq, almağa adam göndərmək. Gözəl bir şey aldırmışam. Bir adam olsaydı, bazardan göyərti aldırardıq. Çəkdirmək.... |
ALDIRMAMAQ (ID - 1050)f Əhəmiyyət verməmək, fikir verməmək, qulaq asmamaq, vecinə almamaq, saymamaq. Nə qədər söylədimsə, aldırmadı. - Nəhayət, Əmir özünü aldırmadan dedi: - Şairin dili öz xalqının iradəsidir. M.S.Ordubadi.
|
Bu səhifə dəfə baxılıb