İzahlı lüğət

ALÇALMAQ

f. 1. Aşağı düşmək, gödəlmək, boyu qısalmaq. Çayın kənarı seldən alçalmışdır.
// Enmək, aşağı salınmaq. Əziz qonaq pilləkənlərdən qalxdıqca onun intizarında duran başlar da alçalırdı. M.S.Ordubadi.
Azalmaq, zəifləmək, düşmək. Səsi alçalmaq. Motorun səsi gah alçalır, gah güclənir. Çayda suyun səviyyəsi alçalmışdır.
Burada, öz-özü ilə danışırmış kimi, qadının səsi alçaldı. Ə.Əbülhəsən.
məc. Rütbədə, vəzifədə kiçilmək, hörmətdən, nüfuzdan düşmək.
Özünü alçaltmaq, yaltaqlanmaq, izzətinəfsini itirmək. Alçala-alçala yüksələnlər;
Yüksələ-yüksələ alçalanlar gördüm. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed