
ALÇAis. Cır və peyvənd cinsləri olan çəyirdəkli turş və ya şirin yumru bir meyvə. Cır alça. Alça qurusu. Turş alça. Alça mürəbbəsi. - Alça çiçəyini töküb bir balaca böyüyən kimi, göy olmağına baxmayaraq duz ilə yeyərdik. S.S.Axundov.
// Bu meyvənin ağacı. Vaxt olmuşdu ki, .. meşədə cır alça çiçək açmışdı, .. qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. İ.Məlikzadə. Paylaşın - Hamı bilsin
|