İzahlı lüğət

ALÇI

is. Aşıq-aşıq oyununda: aşığın bir üzü, toxan üzün arxa tərəfi. İkinci aşıq isə başqalarının əli ilə oynadılır, gah alçı durar, gah toxan. Belələrinə maça da deyilir.
Oynayanların birisi aşığın alçı durduğunu sübut etdikdə, o birisi aşığın alçı durmayıb, ancaq palazın qırışığına söykənib alçıya bənzədiyini söyləyir. Ə.Haqverdiyev.
Aşıgı (maçası) alçı durmaq - 1) aşığın, udmaq əlaməti olaraq yanı üstə durması. [Toyda] kimin qabağında maça alçı dursaydı, onu “xan” seçərdilər. H.Sarabski; 2) məc. Hər cəhətdən bəxti gətirmək, işi düz gətirmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed