İzahlı lüğət

ATƏŞİNLİK (ID - 2051)

is. Qızğınlıq, hərarətlilik, ehtiraslılıq.

ATƏŞKEŞ (ID - 2052)

is. [fars.] Ocaqdan od çəkmək üçün dəmir alət.

ATƏŞKƏS (ID - 2053)

is. Müharibə aparan tərəflər arasında atəşin müvəqqəti dayandırılması. Atəşkəs rejiminin pozulması.

ATƏŞQURDU (ID - 2054)

b a x atəşböcəyi. İsti tərəflərin dəryalarında çox kiçik, şəfəqli heyvanlar - atəşqurdları olur. H.Zərdabi.

ATƏŞLƏNDİRİLMƏK (ID - 2055)

məch. Odlandırılmaq, alovlandırılmaq, alışdırılmaq.

ATƏŞLƏNDİRMƏ (ID - 2056)

“Atəşləndirmək”dən f.is.

ATƏŞLƏNDİRMƏK (ID - 2057)

f. Odlandırmaq, alovlandırmaq, alışdırmaq.

ATƏŞLİ (ID - 2058)

sif. 1. Hərarətli, odlu, qızğın, alovlu.
// məc. Çox təsirli.
2. məc. Coşqun, ehtiraslı, dəliqanlı. [Şeyda:] [Gavə] atəşli bir qəlblə inqilab başladı, öylə xunxar məğrur bir hökmdarın [Zöhhakın] taxtını başına çevirdi....

ATƏŞLİK (ID - 2059)

is. Od yanan yer, od qoyulmağa məxsus yer; odluq, külxan.

ATƏŞLİLİK (ID - 2060)

is. 1. Odluluq, alovluluq, hərarətlilik.
2. məc. Coşqunluq, qızğınlıq, dəliqanlılıq, ehtiraslılıq.

ATƏŞNAK (ID - 2061)

sif. [fars.] 1. Odlu, atəşin, hərarətli, qızğın.
2. məc. Çox təsirli.

ATƏŞPARƏ (ID - 2062)

is. [fars.] Od parçası, qığılcım, şərarə.

ATƏŞPƏRƏST (ID - 2063)

is. [fars.] İbtidai cəmiyyətdə: oda ibadət edən, odu ilahi qüvvə sayıb ona sitayiş edən adam. Atəşpərəstlərin öz kitablarından alınan tarixi xəbərlər oxucular üçün həm yeni və həm də maraqlı ola bilər. M.F.Axundzadə.

ATƏŞPƏRƏSTLİK (ID - 2064)

is. Oda sitayiş etmə, atəşpərəstlərin dini. Hələ tarixi miladidən çox-çox əvvəl, atəşpərəstlik meydana çıxdığı zaman bizim qədim babalarımız bir sıra atəşgahlar qurub, oda sitayiş edərlərmiş. M.Hüseyn.

ATƏŞRƏNG (ID - 2065)

sif. [fars.] Od rəngli, od rəngində olan; qırmızı. Atəşrəng şərab.

ATƏŞZAR (ID - 2066)

is. [fars.] Odluq, od olan yer.

ATƏŞZƏBAN (ID - 2067)

sif. [fars.] Odlu danışan, ağzından od tökülən, son dərəcə təsirli söz və ya nitq söyləmək qabiliyyəti olan; sözükəsərli, yaxşı natiq.

ATƏVƏLİYİ (ID - 2068)

is. bot. Çoxillik bir bitki. Atəvəliyi çoxillik bitki olub yerüstü gövdəsinin uzunluğu 1,5 m-ə çatır. Kökyanı yerüstü gövdəsinin aşağı hissələrindəki yarpaqları çox böyük olur. R.Əliyev

ATIB-TUTMAQ (ID - 2069)

f. 1. Bir şeyi əlləri ilə yuxarıya atmaq və yerə düşərkən tutmaq. Paltarlarımızı tamam çıxarıb adama bir fitə tutardıq və sonra on-on beş girvənkə gələn ağac milləri atıb-tutardıq, oynadardıq. Günümüz elə zorxanada keçərdi....

ATICI (ID - 2070)

1. sif. Yaxşı tüfəng atan, yaxşı nişan vuran; mahir nişançı.
// tar. Nişançı. Fəhlələrdən təşkil edilmiş atıcı dəstələri birinci gün lazımi kömək göstərə bilmədilər.. A.Şaiq.
// İs. mənasında. Cavanşir elinə...

ATICILIQ (ID - 2071)

ATIL-BATIL (ID - 2072)

is. bot. Cənub rayonlarında yayılmış quraqlıqsevən çoxillik bitki.

ATILMA (ID - 2073)

“Atılmaq”dan f.is.

ATILMAQ (ID - 2074)

1. “Atmaq”dan məch.
t-siz. Bir şeyin üstündən hoppanmaq, hoppanıb tullanmaq. Xəndəkdən atılıb keçmək.
// Hündür yerdən aşağıya tullanmaq, tullanıb düşmək. Barıdan atılmaq. Barıdan atılmaq. Dənizə atılmaq. Pəncərədən...

ATIM (ID - 2075)

is. 1. Atmaq işi.
Yalnız bir, iki və s. sözü ilə: bir atım
bir dəfə atmağa, işlədilməyə, bir dəfəliyə kifayət edəcək miqdar. Bir atım çay. Bir atım barıt.

ATIM-ATIM (ID - 2076)

zərf Dağılmış, tökülmüş, səpələnmiş halda. [Leyla] pambıq kimi atım-atım edilmiş evdə, əli qoynunda oturub Qulamı gözlədi. Mir Cəlal.

ATIŞ (ID - 2077)

is. Tüfəng, tapança və s. atmaq işi və üsulu. Atış meydanı.

ATIŞMA (ID - 2078)

is. 1. İki tərəfın, ya iki adamın qarşı-qarşıya durub bir-birinə güllə atması, atəş açması. Tətillər, atışmalar, üsyanlar, axırda isə işçilər hakimliyi, zəhmət ağalığı Məhərrəmin gözləri önündə canlandı. H.Nəzərli.
...

ATIŞMAQ (ID - 2079)

qarş. 1. Qarşı-qarşıya durub, bir-birinə güllə atmaq. [Mahmud:] Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır. Ə.Haqverdiyev. Adamlar həmişə qorxurdular ki, bu saat [qoçular] atışacaq və arada yoldan keçən təqsirsiz...

ATİ (ID - 2080)

is. [ər.] köhn. şair. 1. Gələcək. Onda guya gülümsəyir ati. C.Cabbarlı.
2. Yer. halında: atidə - aşağıda, altda. Nuxa şairlərindən məşhur İsmayıl bəy “Nakam ” təxəllüs Füzulinin atidə zikr olunan müsəddəsinə yazdığı...

ATİL (ID - 2081)

sif. [ər.] Tənbəl, ətalətli, fəaliyyətsiz. Atil adam. - Xatirindən sil o mövhumatı; Ki, edibdir səni tənbəl, atil. A.Səhhət.

ATİLLİK (ID - 2082)

is. Fəaliyyətsizlik, hərəkətsizlik, işsizlik, təşəbbüssüzlük; boş durma, tənbəllik, ətalət. Atillik etmək.

ATQAYTARAN (ID - 2083)

is. məh. İri tikanlı ot, qanqal.

ATQI (ID - 2084)

is. 1. Bir şeyin üzərindən atılan tir və s.
Toxuculuqda: ərişin üstünə gələn və məkiklə atılan arğac ipi.
Qadınlarda başa salınan şey, örpək və s.
məh. Taxılın yeməyə yaramayan hissəsi; tullantı.
məh. Şana,...

ATQULAĞI (ID - 2085)

zərf məh. Qoşa, bir təndə, bərabər. Əkinlər bir təndə, atqulağı qalxmışdı. - Anamın dediyinə görə biz atqulağı yaşıdıq. Ə.Vəliyev.

ATQULANCARI (ID - 2086)

is. bot. Bozumtul iri qulancar.

ATLAMA (ID - 2087)

is. Su qatılaraq duru hala salınmış qatıq; ayran. Yayın atlaması, qışın umacı. (Ata. sözü).

ATLAMAQ (ID - 2088)

f. 1. Aşmaq, aşıb keçmək, üstündən keçmək, keçmək. Arxı adlamamış özünü öymə. N.Vəzirov. [Şeyx Hadi:] ..Gəzdik az-çox Yəmən diyarində; Azacıq sonra atladıq Hində. H.Cavid.
Buraxmaq, buraxıb keçmək. Kitabı oxuyarkən...

ATLANBAC (ID - 2089)

is. Uşaqların bellərini əyərək bir-birinin dalından atılmaqla oynadıqları oyun.

ATLANDIRMA (ID - 2090)

1. “Atlandırmaq”dan f.is.
2. is. etnoqr. Kənd toylarında gəlini bəy evinə aparmaq üçün ata mindirdikdə və atlılar ata mindikdə zurna ilə çalınan havanın adı.

ATLANDIRMAQ (ID - 2091)

f. 1. Ata mindirmək.
2. Atlı göndərmək.

ATLANIŞ (ID - 2092)

is. Atlanmaq işi, atlanmaq üsulu.

ATLANMAQ1 (ID - 2093)

f. Ata minmək. [Mehtər:]
Mən bu dəqiqə gəlmişdim Heydərdən soruşam ki, cənabınız bu gün atlanacaqsınızmı? M.F.Axundzadə. Novruz cəld tüfəngini salır çiyninə, cilovu ağacın budağından çəkib, qaçır atlansın. C.Məmmədquluzadə....

ATLANMAQ2 (ID - 2094)

f. 1. Tullanmaq, sıçramaq, hoppanmaq. Arxdan atlanmaq. Xəndəkdən atlanmaq. -Sənə elə bir meymun havası çalım ki, sıçrayıb dik atlanasan. S.S.Axundov.
// Bir şeyin üstündən atlanıb keçmək, aşmaq. Bir ay yarım növbahardan keçəndə;...

ATLAS (ID - 2095)

[yun.] 1. Müəyyən sistem üzrə toplanmış xəritələr toplusu. Coğrafiya atlası. Müasir atlasların banisi qədim yunan alimi Klavdi Ptolemey sayılır.
2. Astronomik xəritə və cədvəllərdən, bədii şəkillərdən, texniki cizgilərdən,...

ATLAZ (ID - 2096)

is. [ər.] 1. Üzü hamar, parlaq ipək parça növü. Get atlazın yaxşısından; Yaşılından da al gətir! Aşıq Hüseyn.
// Atlazdan tikilmiş. Mən aşıq gül əndama; Çıxıbdır gülən dama; Olam bir atlaz köynək; Yaraşam gül əndama....

ATLET (ID - 2097)

[yun.] idm. Atletika ilə məşğul olan idmançı.

ATLETİK (ID - 2098)

sif. Atletikaya aid olan. Atletik məşq. Atletik yarış.

ATLETİKA (ID - 2099)

is. [yun.] idm. Qüvvət və çeviklik tələb edən gimnastik hərəkətlər. Yüngül atletika (qaçış, hoppanma). Ağır atletika (güləşmə, boks, ağırlıq qaldırma). Yüngül atletika yerimək, qaçmaq, tullanmaq və şey atmaq kimi hərəkətlərdən...

ATLETİKAÇI (ID - 2100)

bax atlet. Yarışlarda ölkəmizin ən güclü yüngül atletikaçıları iştirak edirdilər.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed