ATIŞMAQqarş. 1. Qarşı-qarşıya durub, bir-birinə güllə atmaq. [Mahmud:] Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır. Ə.Haqverdiyev. Adamlar həmişə qorxurdular ki, bu saat [qoçular] atışacaq və arada yoldan keçən təqsirsiz adamlara güllə dəyəcək. H.Sarabski.
// Vuruşmaq (odlu silahla). Midhət.. nəinki yaxşı və məharətlə uçmağı, bəlkə düşmən təyyarələri ilə sərrast atışmağı da bacarır. Ə.Vəliyev. Atışda, nişançılıqda yarışmaq. məc. dan. Bir-birinə ağır sözlər demək, söyüşmək, dalaşmaq. Onlar bir-biri ilə bərk atışdılar. Qonşulardı - atışırlar. Paylaşın - Hamı bilsin
|