
ATIŞMAis. 1. İki tərəfın, ya iki adamın qarşı-qarşıya durub bir-birinə güllə atması, atəş açması. Tətillər, atışmalar, üsyanlar, axırda isə işçilər hakimliyi, zəhmət ağalığı Məhərrəmin gözləri önündə canlandı. H.Nəzərli.
// Vuruşma (odlu silahla). Bir atışma başlandı, Əsəd bəyə güllə dəydi, yaralandı, vəssəlam! C.Cabbarlı. Məscid qarşısında böyük bir atışma davam edirdi. S.Hüseyn. [Səlma:] Göydə mütləq qanlı atışma var; Yoxsa yenə çarpışırmı qaçaqlar? H.Cavid. Çox çəkmir ki, kənddə böyük atışma qopur. Ə.Vəliyev. 2. məc. Sözləşmə, bir-birinə ağır sözlər demə; söyüşmə, dava-dalaş. Paylaşın - Hamı bilsin
|