ATLAS[yun.] 1. Müəyyən sistem üzrə toplanmış xəritələr toplusu. Coğrafiya atlası. Müasir atlasların banisi qədim yunan alimi Klavdi Ptolemey sayılır.
2. Astronomik xəritə və cədvəllərdən, bədii şəkillərdən, texniki cizgilərdən, heyvan, bitki və s. şəkillərindən ibarət toplu. Bitki atlası. Heyvanlar atlası. Anatomiya atlası. Azərbaycan dilinin dialektoloji atlası. Paylaşın - Hamı bilsin
|