İzahlı lüğət

ACINDIRICI (ID - 151)

b a x acınacaq(lı).

ACINDIRMAQ (ID - 152)

f. Təəssüf doğurmaq, şəfqət doğurmaq.

ACINMAQ (ID - 153)

b a x acımaq1

ACIŞDIRICI (ID - 154)

sif. Göynədici, gicişdirici. Mərmi və mina ilə dağım-dağım olan yerin bağrından barıt iyi verən boğaz və göz acışdırıcı tüstülər qalxırdı. Ə.Əbülhəsən.

ACIŞDIRMA (ID - 155)

“Acışdırmaq”dan f.is.

ACIŞDIRMAQ (ID - 156)

f. 1. Ağrıyan bir yeri, yaranı qaşımaqla, dərman qoymaqla qıcıqlandırmaq. Yaranı acışdırmaq. - Adamların burnunu və boğazını acışdıran kəsif çürüntü iyi ətrafı bürümüşdü. P.Makulu.
// Göynətmək, ağrıtmaq.
2....

ACIŞMA (ID - 157)

“Acışmaq”dan f.is.

ACIŞMAQ (ID - 158)

f. Göynəmək, ağrımaq, gicişmək, qıcıqlanmaq. İsmayılzadə dodaqları arasındakı papirosun tüstüsündən acışan gözünü qıyıb, o biri gözü ilə altdan yuxarı Fikrətə baxırdı. M.Hüseyn. Professor bu dəfə də dəsmalı ilə...

ACITƏHƏR (ID - 159)

sif. Bir az acı, bir qədər acı, acı dadan.

ACITMA (ID - 160)

is. Xəmir mayası, acıxəmrə. Xəmirə acıtma qatmaq.

ACITMAQ1 (ID - 161)

f. 1. Acı etmək, acılaşdırmaq. Çox saxlamaqdan yağı acıtmışlar.
2. Turşutmaq, qıcqırtmaq. Xəmiri acıtmaq.

ACITMAQ2 (ID - 162)

f. İncitmək, acığını tutdurmaq. Sözüm onu acıtdı. - Acıtdı məni acı sözün, tünd nigahın. Füzuli. Yalnız Mahmudu acıdan bu idi ki, .. arvadı üzünün dörddən biri və yaxud yarısını göstərməyi əvəzinə, çarşabı lap çiyninə...

ACITMALI (ID - 163)

sif. Acıtma vurulmuş, acıtma qatılmış, acıtması olan. Acıtmalı xəmir.

ACITMALIQ (ID - 164)

sif. Acıtma üçün olan, acıtmaya yarar. Acıtmalıq xəmir.

ACIYONCA (ID - 165)

is. bot. Çəmənlərdə, meşə kənarlarında bitən çoxillik bitki.

ACIYOVŞAN (ID - 166)

is. bot. Meşə kənarlarında otlu yamaclarda bitən dərman bitkisi.

ACİZ (ID - 167)

sif. [ər.] 1. Əlindən iş gəlməyən, bacarıqsız, zəif. Aciz uşaq. Aciz adam. O çox aciz adamdır. - Bizim söhbətimizə gəldikdə, tələbə Əbdülhəsənzadə Xəlil, necə ki axırda məlum oldu, heç də aciz deyilmiş. C.Məmmədquluzadə.
...

ACİZANƏ (ID - 168)

zərf [ər. aciz və fars. ...anə]
Acizcəsinə, aciz bir halda.
Nəzakət bildirən köhnəlmiş ifadə həqiranə. Acizanə boyun əyərək. Acizanə xahiş etmək. - [Güləsərin] ..baxışlarında acizanə yalvarışla bahəm dərin bir məzəmmət,...

ACİZLƏŞDİRMƏ (ID - 169)

“Acizləşdirmək”dən fis.

ACİZLƏŞDİRMƏK (ID - 170)

f Acizləşməsinə səbəb olmaq, aciz etmək.

ACİZLƏŞMƏ (ID - 171)

“Acizləşmək”dən fis.

ACİZLƏŞMƏK (ID - 172)

f Getdikcə aciz olmaq, bacarığını, iqtidarını itirmək, daha əlindən iş gəlməmək. Xəstələnəndən sonra lap acizləşmişdir.

ACİZLİK (ID - 173)

is. Bacarıqsızlıq, iqtidarsızlıq, zəiflik, cəsarətsizlik, qətiyyətsizlik. İşdə acizlik. Onun bütün müvəffəqiyyətsizliyi acizliyindən doğur. - [Nizami:] Ümidsiz olmaq acizlikdir, insan yer üzünə səadət üçün gəlir. M.Hüseyn.
...

ACQARINA (ID - 174)

zərf b a x ac-acına. Acqarına papiros çəkmək zərərdir. - Acqarına bir nəfər nəğmə oxurmu məgər? A.Səhhət.

ACLIQ (ID - 175)

is. 1. Yeməyə ehtiyac hissi. Səhərdən aclıq hiss edirəm.
// Uzun müddət doyunca yeməmə. Aclıqdan tələf olmaq.
[Şahbaz bəy:] Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanar. M.F.Axundzadə. Uşaqlar da aclıqdan...

ACMA (ID - 176)

“Acmaq”dan fis.

ACMAQ (ID - 177)

f Aclıq hiss etmək, yemək istəmək. Bu bulağın suyunu içən kimi adam acır.

AC-SUSUZ (ID - 178)

zərf Heç bir şey yemədən, acqarına, tamamilə ac halda. [Hacı Murad:] Ac-susuz altı saatdır o tacirin, bu tacirin dükanının qabağını kəsdirib borc yığıram. S.S.Axundov. Neçə gün meşədə ac-susuz qalan Xanməmməd təsadüfən...

AC-YALAVAC (ID - 179)

is. və sif. Ac, heç bir şeyi olmayan, yoxsul, dilənçi, səfil. [Azyaşlı uşaqlar] ac-yalavac, dilənçi günündə yaşayır, gecə-gündüz insan qüvvəsindən xaric işləyirdilər. H.Sarabski.
□ Ac-yalavac qoymaq - hər şeydən məhrum...

AÇAR (ID - 180)

is. 1. Qıfılı açmaq və ya bağlamaq aləti. Qapı açarı. Stolun açarı. Şkaf açarı.
Sən də açılmamış bir dəfinəsən; Açarı qeyb olan bir xəzinəsən. M.Müşflq.
// Məc. mənada. Beş dənizin açarı indi əlimizdədir....

AÇARÇI (ID - 181)

is. 1. Açar qayıran, qıfıl, açar ustası, çilingər.
Mədənlərdə və s.-də mexanizmləri bağlayan fəhlə. [Ramazan:] İndi elə vaxt deyil ki, buruq ustası olmaq üçün otuz-qırx il külüng çalasan, .. bu gün şagirdsən, sabah açarçı...

AÇARÇILIQ (ID - 182)

is. Açarçı sənəti, işi.

AÇARLI (ID - 183)

sif 1. Açarı olan. Açarlı saat. Açarlı qıfıl.
2. Canlı dildə bəzən “qıfıllı, qıfılla bağlı” mənasında işlənir. Qapı açarlıdır.

AÇDIRMA (ID - 184)

“Açdırmaq”dan fis.

AÇDIRMAQ (ID - 185)

icb. Açmağa məcbur etmək. Alınan məktubu anası güc ilə Rüxsarəyə açdırdı. S.Rəhimov.

AÇIQ (ID - 186)

sif 1. Qapalı olmayan, örtülü olmayan. Açıq pəncərə. Açıq qutu. Açıq kitab.
Səhər Sona yuxudan ayılıb medalyonu açıq (z.) gördü. N.Nərimanov.
// Qıfılsız, bağlı olmayan. Açıq şkaf Açıq qapı.
Örtüksüz, üstü...

AÇIQ-AÇIĞINA (ID - 187)

zərf Açıq bir surətdə, gizlətmədən, qorxmadan, çəkinmədən. Lakin Əhməd pəncərələrə tərəf nə üçün baxdığını açıq-açığına Cəmiləyə deyə bilmirdi. S.Rəhimov.

AÇIQ-AŞKAR (ID - 188)

b a x açıq-aydın. Ölümsüzdür açıq-aşkar açılan güllə; Qara həsəd gizli-gizli yeyir ürəyi. B.Vahabzadə.

AÇIQ-AYDIN (ID - 189)

zərf və sif. b a x açıq. Açıq-aydın məsələ. Fikrini açıq-aydın söyləmək. Açıq-aydın danışmaq. - Dostumuzun açıq-aydın baxışlarından; Mavi suya nur tökülür, mənalar yağır. S.Vurğun.

AÇIQCA (ID - 190)

1. zərf Açıq-aydın bir surətdə, gizlətmədən, qorxmadan, çəkinmədən. Fikrini açıqca söyləmək. Məqsədini açıqca anlatmaq. Səhvlərini açıqca boynuna almaq.
Əsgər və Əlyar Rüxsarə haqqında, öz aralarında açıq söhbət...

AÇIQCASINA (ID - 191)

b a x açıqca.

AÇIQDAN (ID - 192)

zərf Aydın surətdə, aşkar surətdə, gizlətmədən. Açıqdan ədavət bəsləmək. Fikrini açıqdan söyləmək.

AÇIQDAN-AÇIĞA (ID - 193)

b a x açıq-açığına. Eyiblərini açıqdan-açığa söyləmək. Açıqdanaçığa düşmənçilik etmək. Açıqdan-açığa yalan danışır. - [Məsmə] kimsəyə əl açmayacağını, kimsədən bir şey dilənməyəcəyini açıqdan-açığa...

AÇIQFİKİRLİ (ID - 194)

sif. Azad düşünən, düzgün düşünən, sağlam fikirli; dünyagörüşü mütərəqqi olan. Doktorun oğlu darülfünun son kursunda oxuyurdu. O, zəkalı, açıqfikirli və cəsarətli bir adam idi. M.İbrahimov. Mirzə Hüseyn də .. açıqfikirli...

AÇIQFİKİRLİLİK (ID - 195)

is. Açıqfikirli adamın xassəsi, sağlam fikirlilik, düzgün düşünən, görüşdə qabaqcıllıq, tərəqqipərvərlik.

AÇIQGƏZƏN (ID - 196)

sif. Çadrasız, çadra örtməyən. [Bəşir] ..dediyini yenə də deyir: mən oxumuş, açıqgəzən azərbaycanlı qızı alacağam. S.S.Axundov.

AÇIQGÖZ(LÜ) (ID - 197)

sif. Ayıq, sağlam düşünən, hər şeyi olduğu kimi görən, gözüaçıq. Açıqgözlü adam.

AÇIQGÖZLÜLÜK (ID - 198)

is. Sağlam düşünmə, hər şeyə açıq gözlə baxma xassəsi; gözüaçıqlıq, ayıqlıq.

AÇIQLIQ (ID - 199)

is. 1. Açıq yer, düzəngah, açıq sahə, meydan. Açıqlıqda çadır qurmaq. Uşaqlar açıqlıqda top-top oynayırlar.
[Maro] meşədə xeyli dolandıqdan sonra, meşənin dərinliyində alaçıq böyüklüyündə açıqlıq tapdı. S.Rəhimov.
...

AÇIQRAQ (ID - 200)

sif. köhn. Daha açıq.
// Bir qədər açıq, azacıq açıq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed