ARXAYINLAŞDIRMAQ (ID - 1601)bax arxayınlatmaq. Bizi arxayınlaşdırmasınlar.
|
ARXAYINLAŞMA (ID - 1602)“Arxaymlaşmaq”dan fis
|
ARXAYINLAŞMAQ (ID - 1603)f. 1. Əldə edilən müvəffəqiyyətlərdən sonra rahat olmaq, daha fəaliyyət göstərməmək. Əldə edilmiş müvəffəqiyyətlərlə arxayınlaşmaq olmaz. Arxayınlaşmaq üçün heç bir əsas yoxdur.
Arxayın olmaq, xatircəm olmaq, əmin... |
ARXAYINLATMAQ (ID - 1604)f Arxayın etmək, arxayın salmaq, xatircəm etmək, əmin etmək, rahat etmək.
|
ARXAYINLIQ (ID - 1605)is. Sakitlik, dinclik, salamatlıq, xatircəmlik, əmin-amanlıq, rahatlıq, asudəlik. Lakin arxayınlıq şəraitində nə qədər alışıb ehtiyat qazanmış olsa belə, ən xırda şey .. əsgəri narahat edir. Ə.Əbülhəsən.
Arxayınlığa... |
ARXAYINLIQLA (ID - 1606)zərf Arxayın bir halda, rahat bir halda, tələsmədən. Əyyub yorğun halda işdən qayıdaraq əl-üzünü yuyur, soyunur və arxayınlıqla krovata uzananda Pakizə xalanın çiçəyi çatlayır. Mir Cəlal.
|
ARXEOQRAF (ID - 1607)[yun.] Arxeoqrafiya mütəxəssisi, arxeoqrafiya ilə məşğul olan adam.
|
ARXEOQRAFİYA (ID - 1608)[yun.] filol. Qədim yazı abidələrini toplamaq, tədqiq, şərh və nəşr etməklə məşğul olan elm sahəsi. Arxeoqrafiya sahəsində ilk işlər.
|
ARXEOLOGİYA (ID - 1609)[yun.] Qazıntı yolu ilə tapılan maddi mədəniyyət abidələrinə əsasən qədim xalqların yaşayış və mədəniyyətini tədqiq edən elm. Azıx mağarasının tədqiqi Azərbaycan arxeologiyasının mühüm hadisələrindəndir.
|
ARXEOLOJİ (ID - 1610)sif. Arxeologiyaya aid olan. Arxeoloji qazıntı. Arxeoloji tədqiqat. Arxeoloji ekspedisiya. Arxeoloji tapıntılar. - 0agirdlər [Teymurdan] arxeoloji qazıntılar .. haqqında çox maraqlı və yeni şeylər eşidərdilər. Ə.Sadıq.
|
ARXEOLOQ (ID - 1611)[yun.] Arxeologiya mütəxəssisi, arxeologiya ilə məşğul olan adam.
|
ARXİPELAQ (ID - 1612)[ital.] Bir-birinə yaxın adalar qrupu. Abşeron arxipelaqı. Bakı arxipelaqı.
|
ARXİTEKTOR (ID - 1613)[yun.] b a x memar.
|
ARXİTEKTURA (ID - 1614)[yun.] 1. Bax memarlıq.
2. Hər hansı bir binanın üslubu, bədii xüsusiyyətləri. Azərbaycan arxitekturası. |
ARXİV (ID - 1615)[lat.] 1. Qədim sənədlərin və yazılı abidələrin saxlandığı müəssisə. Arxiv sənədləri. Arxiv binası. Arxiv idarəsi.
// Bir idarənin köhnə kağızları, kitabları, sənədləri saxlanılan şöbəsi. □ Arxivə vermək -... |
ARXİVÇİ (ID - 1616)is. 1. Arxivdə işləyən, arxivə baxan işçi. Cəfər əmi 1901-ci ildən qəza naçalniki divanxanasının arxivçisi olub(dur). H.Nəzərli.
2. Arxiv işi mütəxəssisi, arxivdə elmi iş aparan mütəxəssis. |
ARXİVŞÜNAS (ID - 1617)is. [lat. arxiv və fars. ...şünas] Arxiv işləri mütəxəssisi.
|
ARXİVŞÜNASLIQ (ID - 1618)is. Arxiv işinin metodologiya və üsullarını tədqiq etməklə məşğul olan elm.
|
ARXİYEPİSKOP (ID - 1619)[yun.] din. Baş yepiskop (keşiş)
|
ARXQAZAN (ID - 1620)sif. Arx qazmaq üçün olan. Arxqazan maşın.
|
ARXLAMA (ID - 1621)“Arxlamaq”dan f.is.
|
ARXLAMAQ (ID - 1622)f. k.t. Şitil və s. əkmək üçün kiçik arxlar, dayaz çuxurlar qazmaq. Aprelin axırına kimi qızlar sahələri arxlayaraq bütün şitilləri basdırdılar.
|
ARI1 (ID - 1623)is. 1. Zərqanadlılar fəsiləsindən olub bal hasil edən cücü. Arı beçəsi (cavan arı). Arı pətəyi, səbəti, təknəsi (arıları saxlamaq üçün xüsusi qutu). Arı şanı (arıların təknədə mumdan hördükləri göz-göz yuvacıqlar)....
|
ARI2 (ID - 1624)sif. köhn. Təmiz, saf, xalis, duru, parlaq, pak. Qazan bəg .. arı sudan abdəst aldı. “Dədə Qorqud”. Aydan arı, sudan duru. (Məsəl).
|
ARIÇI (ID - 1625)is. Arı saxlayan, arıçılıqla məşğul olan adam. Qəhrəman arıçının əməyini təqdir edir, balaca Sabirə arıların yaşayış qaydalarından nağıl edirdi. S.Rəhimov.
|
ARIÇILIQ (ID - 1626)is. Bal hasil etmək üçün arı saxlama, arı yetişdirmə. Arıçılıqla məşğul olmaq. Arıçılıq kənd təsərrüfatının çox gəlirli sahələrindən biridir. Arıçılıq hələ eramızdan əvvəl məlum idi.
|
ARIDILMA (ID - 1627)“Arıdılmaq”dan f.is.
|
ARIDILMAQ (ID - 1628) |
ARIXANA (ID - 1629)is. Arı pətəkləri yerləşən yer, arıçılıq təsərrüfatı. Arıxanada arı pətəkləri şahmat üsulu ilə düzülür. - Qəhrəman balaca Sabiri arıxanadan uzaqlaşdırırdı. S.Rəhimov.
|
ARIQ (ID - 1630)sif. Cılız, sısqa, zəif, cansız, ətsizyağsız (kök ziddi). Arıq adam. Arıq quzu.
Uzunboylu, arıq sifətli, açıq, mavi gözləri ilə sakit-sakit baxan bu qoca usta, tövrünü pozmadan, yavaş-yavaş yerindən qalxdı. M.Hüseyn. |
ARIQCA (ID - 1631)sif. Çox arıq. Arıqca bir uşaq.
// Bir qədər arıq, arıqtəhər. İdarə başçısı orta yaşlı, qarayağız, arıqca bir adam idi. Mir Cəlal. |
ARIQLAMA (ID - 1632)“Arıqlamaq”dan f.is.
|
ARIQLAMAQ (ID - 1633)f Zəifləmək, ətini tökmək, cansızlaşmaq. Xəstəlikdən sonra arıqlamaq. İstidən arıqlamaq.
|
ARIQLAŞMA (ID - 1634)“Arıqlaşmaq”dan f.is.
|
ARIQLAŞMAQ (ID - 1635)f Yavaş-yavaş, getdikcə arıqlamaq, sısqalaşmaq, zəifləşmək, cansızlaşmaq, əti-yağı tökülmək.
|
ARIQLATMA (ID - 1636)“Arıqlatmaq”dan f.is.
|
ARIQLATMAQ (ID - 1637)f Birinin arıqlamasına, cansızlaşmasına, ətini tökməsinə səbəb olmaq. İsti məni arıqlatdı. Atı çox sürməkdən arıqlatmaq.
|
ARIQLIQ (ID - 1638)is. Arıq adamın, ya heyvanın halı; sısqalıq, cılızlıq, zəiflik, ətsizlik, cansızlıq (köklük ziddi). Uşağın arıqlığı. Atın arıqlığına baxma, çox güclüdür.
|
ARIQ-URUQ (ID - 1639)b a x arıq.
|
ARIQUŞU (ID - 1640)is. zool. Yaşımtıl rəngli, sərçədən bir az böyük meşə quşu.
|
ARINMAQ (ID - 1641)f 1. B a x arıdılmaq.
2. qəd. Yuyunmaq, təmizlənmək, saflanmaq. |
ARINMIŞ (ID - 1642)fsif Arıdılmış, təmizlənmiş. [Sənəm xala] sol əli ilə arınmış çiyid kisəsinə söykənərək, mənə tərəf əyilir. Mir Cəlal.
|
ARIOT(U) (ID - 1643) is. İriyarpaqlı, ətirli ot (alaq otu). Arıotu, limonotu və ya bədrəng.. Azərbaycanın meşəli yerlərində bitir. Tərkibində limon iyi verən yağ vardır. Qasımov.
|
ARITDIRMA (ID - 1644)“Arıtdırmaq”dan f.is.
|
ARITDIRMAQ (ID - 1645)icb. Təmizlətmək, safçürüyünü ayırtmaq.
|
ARITLAMA (ID - 1646)“Arıtlamaq”dan f.is.
|
ARITLAMAQ (ID - 1647)f Təmizləmək, yaxşısını pisindən, irisini xırdasından ayırmaq; dənləmək. Buğda arıtlamaq. Düyü arıtlamaq.
[Tubu:] Bir az düyü arıtla, atana bir dövrə sulu yayma bişir. Ə.Haqverdiyev. Arvad baxıb-baxıb ayağa durdu, düyü... |
ARITLANMA (ID - 1648)“Arıtlanmaq”dan f.is.
|
ARITLANMAQ (ID - 1649)məch. Təmizlənmək, yaxşısı pisindən, irisi xırdasından ayrılmaq, dənlənmək.
|
ARITMAQ (ID - 1650)f 1. köhn. Yumaq, yuyub təmizləmək.
// Təmizləmək, saflaşdırmaq. Bu arxı kim arıdıb; Su belə duru gəlir? Sarı Aşıq. B a x arıtlamaq. |
Bu səhifə dəfə baxılıb