ARI1is. 1. Zərqanadlılar fəsiləsindən olub bal hasil edən cücü. Arı beçəsi (cavan arı). Arı pətəyi, səbəti, təknəsi (arıları saxlamaq üçün xüsusi qutu). Arı şanı (arıların təknədə mumdan hördükləri göz-göz yuvacıqlar). Arı vızıltısı. Bal arısı.
2. Bəzən bütün arı pətəyi, arı dəstəsi mənasında işlənir; pətəkxana. Yayda arıları yaylağa köçürürlər. Arı qəhrin çəkməyən balın qədrini bilməz. (Ata. sözü). □□ Arı yuvası - çox qələbəlik haqqında. Arı yuvasına çöp soxmaq - birisini hirsləndirmək, acıqlandırmaq; hiddətə, narazılığa, etiraza səbəb olmaq. Paylaşın - Hamı bilsin
|