AHUYERİŞLİ (ID - 701)sif. şair. Gözəl yerişli (klassik ədəbiyyatda gözəlin epitetlərindən biri).
|
AH-VAY, AHÜ VAY (ID - 702)is. Dərd, kədər, qüssə, qəm. Çox etdi mənçün ah-vayı; Gözündən axıtdı dürlü çayı. Xətayi.
// Fəryad, fəğan. ..Getdikcə şəhərin hər tərəfini saran fəryad və ah-vay səslərini eşidirdik. M.S.Ordubadi. Mən az görməmişəm... |
AH-VAYÇI (ID - 703)sif. Ah-vay edən, şikayətlənən, daim inildəyən, sızlayan. Görünür, bu cür ah-vayçı nitqlər yığıncaqdakıların zəhləsini tökmüşdü.
|
AH-ZAR, AHÜ ZAR (ID - 704)is. Ah çəkmə, sızlama, zarıldama; fəryad, inilti. Ey yüzi gülşən, sana bu ah-zarım xoşmudur? Nəsimi. Nə vaxtadək ğəmi-hicrində ahü zar çəkim? X.Natəvan. Çəməndə bülbül oxur, ya fəğani-Seyyiddir? Gənə bu nəğmə onun ahü...
|
AX (ID - 705)nida. 1. Təəccüb, təəssüf, arzu, həsrət və başqa hissləri bildirir (bəzən təkrar şəklində işlənir). Ax, az qala yadımdan çıxmışdı. Ax, nə gözəldir! - Ax, necə kef çəkməli əyyam idi! M.Ə.Sabir. [Əvvəlinci azarlı:] Ax!...
|
AXAN (ID - 706)f.sif. 1. Bax axar 1-ci mənada. [Salam] lal axan kəhriz suyundan ovuc dolusu içdi. Mir Cəlal.
2. məc. Süzgün, xumar. Yuxusuz maraltək hərdən süzülüb; Axan gözlərinin sədəqəsi canım. Q.Zakir. □□ Axan ulduz - fəzalardan çox... |
AXAR (ID - 707)1. sif. Daim axan (axmaz əksi). Axar su. Axar çay. Axar bulaq. - Sevgili bir çoban, on bir yaşında; Düdük çalır axar sular başında. H.Cavid. Yenə axar çaylar üstdə dəmir körpü qurulacaq. S.Vurğun. Səltənət axar su axtarırdı. Mir...
|
AXAR-BAXAR (ID - 708)is. 1. Hər tərəfi açıq və xoş mənzərəli yer, göz işlədikcə görünən yer; mənzərə. Əlli beş evdən ibarət olan bu kəndin çox gözəl və qəşəng axar-baxarı vardı. Ə.Vəliyev.
2. Suayırıcı; iki çay və ya su hövzəsini... |
AXAR-BAXARLI (ID - 709)sif. Hər tərəfi açıq və xoş mənzərəli. Alaçığımız obadan bir az uzaq, atamın bəyəndiyi axar-baxarlı gözəl bir yerdə quruldu. A.Şaiq.
|
AXARLI (ID - 710)sif. 1. xüs. Hərəkət zamanı havanın müqavimətinə daha az məruz qalmaq üçün müvafiq bir formada düzəldilmiş (avtomobil, təyyarə haqqında). Təyyarənin qanadı hava üçün xüsusilə axarlı (z.) qayrılmışdı.
2. Bir tərəfdən... |
AXARLIQ (ID - 711)is. 1. Qərarsızlıq, səbatsızlıq, tez-tez dəyişmə. İşçi qüvvəsinin axarlığı.
2. məc. Səlislik, ahəngdarlıq, rəvanlıq. Şerin axarlığı. Musiqinin axarlığı. |
AXÇA (ID - 712)b a x ağça.
|
AXÇASIZ (ID - 713)b a x ağçasız.
|
AXDIRMAQ (ID - 714)“Axmaq”dan icb.
|
AXI (ID - 715)əd. Əvvəlki fikri əsaslandırmaq, yaxud bir şeyi sübut etmək, ifadəni gücləndirmək üçün söylənir, bəzən etiraz, narazılıq, məzəmmət, bəzən də xahiş, təkid bildirir. Niyə belə yubanırsan, axı işə gecikirsən. Axı bu bir...
|
AXICI (ID - 716)sif. 1. Axmağa qabil olan; duru. Axıcı cisimlər.
məc. Səlis, rəvan. Bütün əsər boyu istər yazıçının təsvirlərində, istərsə surətlərin danışığında axıcı, ahəngdar, gözəl Azərbaycan dilinin musiqisi qulağımıza dəyir.... |
AXICILIQ (ID - 717)b a x axarlıq.
|
AXIDILMA (ID - 718)“Axıdılmaq”dan f.is.
|
AXIDILMAQ (ID - 719)“Axıtmaq”dan məch.
|
AXIM (ID - 720)is. Axma, axıntı.
|
AXIN (ID - 721)is. 1. Sürətlə axan su; sel; iti cərəyan, güclü axan su, selab. Yağışdan əmələ gələn axın yolları xarab etdi.
// Cərəyan, suyun axıb getdiyi tərəf. Çayın axını ilə üzmək. - Sən ki son nəfəsinlə vətəni andın; Çayların... |
AXINÖLÇƏN (ID - 722)is. xüs. Axının gücünü, istiqamətini və s. xüsusiyyətlərini müəyyən etmək üçün cihaz. Avtomatik dalğaölçən və axınölçən cihazları ekspedisiya üzvləri ixtira etmişlər. Qəzetlərdən.
|
AXINTI (ID - 723)is. 1. Bir tərəfə doğru hərəkət edən su, hava, yaxud elektrik kütləsi cərəyanı.
Su ilə axıb bir yerə yığılan şeylər, suyun özü ilə gətirdiyi şeylər. |
AXINTILI (ID - 724)sif. Axar, axıntısı olan, suyun axar yeri olan. Axıntılı göl. Axıntılı hovuz.
|
AXIR (ID - 725)is. 1. Son, nəhayət; bir şeyin son nöqtəsi, qurtaracağı. Yolun axırı. İşin axırı. Qışın axırı. İclasın axırı. Mahnının axırı. İlin axırına az qalır. Şəhərin axırında yaşayıram. - [Mirzə Fətəli:] Hər bir qaranlığın...
|
AXIRDA (ID - 726)zərf 1. Hamıdan sonra, qurtaracaqda. Axırda duran kimdir?
Nəticədə, ən nəhayətdə, bir şeyin nəticəsində, nəhayət. Axırda dilə gəlib cavab verdi. O, axırda özü avara qalacaqdır. Axırda bildiyi yadından çıxacaq. - Ey xuda,... |
AXIR-ƏZƏL (ID - 727)zərf [ər.] Tez-gec, mütləq, nəhayətdə. Heç nə istəmərəm iki dünyada; Sənsən mənim axır-əzəl, sevdiyim. M.P.Vaqif.
|
AXIRI (ID - 728)b a x axırda 2-ci mənada. Axırı bir gün atası rəhmətlik hesabdar Gəldiyevi ayıltdı. Mir Cəlal.
|
AXIR(I) Kİ (ID - 729)- gözlənilən bir hadisə baş verdikdə deyilir; nəhayət. Axırı ki, duman seyrəkləşdi. Elə bil, üfüqdən-üfüqə uzanan boz bir pərdəni yuxarı qaldırıb çadır kimi başımızın üstündən asdılar. R.Rza.
|
AXIRINCI (ID - 730)sif. 1. Bir şeyin sırasında sonuncu, ən axırdakı; ən axırda olan (gələn). Axırıncı tamaşa. Axırıncı dərs. Küçədə axırıncı bina. Axırıncı qurtum. Axırıncı dəfə. Axırıncı iclas. Axırıncı aşırım. Həftənin axırıncı...
|
AXIRSIZ (ID - 731)sif. 1. Sonsuz, nəhayətsiz; sonu, həddi olmayan.
Son dərəcə uzun, sürəkli, bitməyən. Nəticəsiz, aqibətsiz. |
AXIRSIZLIQ (ID - 732)is. 1. Sonsuzluq, nəhayətsizlik; sonu, nəhayəti olmama.
Nəticəsizlik, aqibətsizlik. |
AXIR-UXUR (ID - 733)sif. və is. dan. Son, axır. Münəvvər xanım süfrə açanda əri, sanki kiminləsə savaşmasının axır-uxurunu danışırdı. Mir Cəlal.
// Son qalıq. |
AXIRZAMAN (ID - 734)is. din. Dünyanın axırı, qiyamət. Axırzamandı, bir qulaq as, ərşi titrədir; Millətlərin haray-mədədi, əl-aman səsi. Şəhriyar.
|
AXIŞ (ID - 735)is. Axma, axma tərzi. Dağların yağışından; Rəngindən, axışından; Bu gediş ömürlükdür; Duymuşam baxışından. (Bayatı). Gümüş xəncərə bənzər dağ döşündən axan çay; O çayların axışı şerimə olarını tay? S.Rüstəm....
|
AXIŞMA (ID - 736)“Axışmaq”dan f.is.
|
AXIŞMAQ (ID - 737)f 1. Axıb bir yerə yığılmaq, hər tərəfdən axıb gəlmək, axıb tökülmək; axmaq. Çöl suları axışıb dərəyə tökülür.
Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq. 2. məc. Axın halına gəlmək,... |
AXITDIRMA (ID - 738)“Axıtdırmaq”dan f.is.
|
AXITDIRMAQ (ID - 739)b a x axdırmaq.
|
AXITMA (ID - 740)“Axıtmaq”dan f.is.
|
AXITMAQ (ID - 741)f 1. Axmasına səbəb olmaq. Suyu axıtmaq. Südü axıtmaq. Qan axıtmaq (adam öldürmək, ya yaralamaq). - Göztək bulaqlardan, buztək suları; Axıdıb çaylara qatar o dağlar. H.K.Sanılı.
Tökmək. Ey Füzuli, axıdıb seyli-sirişk ağlıyalı;... |
AXIZDIRILMAQ (ID - 742)məch. Azca-azca axıdılma, tökülmək.
|
AXIZDIRMAQ (ID - 743)f Azca-azca axıtmaq, tökmək.
|
AXIZMAQ (ID - 744)b a x axızdırmaq.
|
AXİRƏT (ID - 745)is. [ər.] Dini etiqadlara görə, öləndən sonra insanların düşəcəyi ikinci və əbədi dünya. Ey xoş ol sərməst kim könlündə şövqü sövqdən; Axirət əndişəsi, dünya xəyalı qalmadı. Füzuli. Axirət sözünü salma yadına; Dürüst...
|
AXİRƏTLİK (ID - 746)is. 1. Axirətə mənsub olan.
2. Dinə sadiq qalmaqla və öz əməllərilə axirəti qazanmış adam. |
AXİRƏTSİZ (ID - 747)sif. din. Dinsiz, imansız, günahkar. [Şirin:] Paho, paho! Nurcahan qarı, axirətsiz, nə tez xam yerə şikarə çıxmısan? N.Vəzirov.
|
AXİRÜLƏMR (ID - 748)ara söz [ər.] Axırda, nəticədə, işin axırında, ən nəhayət. Axirüləmr, məsələ anlaşıldı. C.Məmmədquluzadə. [Məşədi Əsgər] axirüləmr naümidliklə yenə öz evi tərəfə üz döndərib Qanlı təpə üstünə qayıtdı. S.M.Qənizadə....
|
AXMA (ID - 749)“Axmaq1dan f.is.
|
AXMAQ1 (ID - 750)f 1. Bir istiqamətdə getmək, cərəyan etmək (mayelər və hava haqqında). Çay axır. Su axır. Damarlarda qan axır.
Ərir dağın, çölün qarı; Axır dərələrə sarı. A.Səhhət. [Tahir] pəncərədən içəri axan təmiz havada xumarlana-xumarlana... |
Bu səhifə dəfə baxılıb