
AXİRƏTis. [ər.] Dini etiqadlara görə, öləndən sonra insanların düşəcəyi ikinci və əbədi dünya. Ey xoş ol sərməst kim könlündə şövqü sövqdən; Axirət əndişəsi, dünya xəyalı qalmadı. Füzuli. Axirət sözünü salma yadına; Dürüst deyil mütləq etiqadına.. M.V.Vidadi. Bizim həmməzhəbimiz olan elm və savad sahibləri indiyə qədər ancaq xalqın axirət mənafeyinə dair yazılar yazmışlar. M.F.Axundzadə.
Paylaşın - Hamı bilsin
|