AH-VAY, AHÜ VAYis. Dərd, kədər, qüssə, qəm. Çox etdi mənçün ah-vayı; Gözündən axıtdı dürlü çayı. Xətayi.
// Fəryad, fəğan. ..Getdikcə şəhərin hər tərəfini saran fəryad və ah-vay səslərini eşidirdik. M.S.Ordubadi. Mən az görməmişəm bu sarayları; Burda göyə çıxan ahü vayları. S.Vurğun. □ Ah-vay etmək - kədərlənmək, dərdlənmək, dərd və qüssədən şikayətlənmək. // Fəryad etmək. Yeni məhbus uzun müddət ah-vay etmiş, .. düşdüyü yerdə yatıb qalmışdı. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|