AXICIsif. 1. Axmağa qabil olan; duru. Axıcı cisimlər.
məc. Səlis, rəvan. Bütün əsər boyu istər yazıçının təsvirlərində, istərsə surətlərin danışığında axıcı, ahəngdar, gözəl Azərbaycan dilinin musiqisi qulağımıza dəyir. M.İbrahimov. Bütün müdərrislərimiz ondakı [Həsəndəki] səlis, axıcı natiqlik məharətinə qibtə edirdilər. İ.Əfəndiyev. Paylaşın - Hamı bilsin
|