AĞSU (ID - 601)is. 1. Dağ və hündür təpələrdən axıb gələn qar və yağış suları.
2. dan. Yüngül su, mədəyə xeyirli su. |
AĞŞIN (ID - 602)b a x ağbəniz.
|
AĞTİKAN (ID - 603)is. bot. Dəvələrə yem olan tikanlı ot.
|
AĞTİKANLIQ (ID - 604)is. Ağtikan bitən yer, ağtikan çox olan yer.
|
AĞTORPAQ(LI) (ID - 605)sif. Torpağı kirəcli, tərkibində kirəc olan. Ağtorpaq yer.
|
AĞTÜK(LÜ) (ID - 606) sif. Tükləri ağ olan. Ağtük(lü) it. Ağtük(lü) toyuq. - Ağtüklü Həştərxan pişiyi üsulluca qapını açıb kandarda dayanır. H.Sarabski.
|
AĞU (ID - 607)b a x ağı1. Hicrin şərabı acıdır, müştaqə içirmə anı; Neçün ki, yar ol ağuyi içirməz, ey can, yarına. Nəsimi. Mən deməm ki, içmədim mey sənsiz, ey namehriban; İçdim, amma ləblərindən ayrı, bir ağu kimi. S.Ə.Şirvani.
|
AĞULAMA (ID - 608)“Ağulamaq”dan f.is.
|
AĞULAMAQ (ID - 609)b a x ağılamaq.
|
AĞULANMA (ID - 610)“Ağulanmaq”dan f.is.
|
AĞULANMAQ (ID - 611)b a x ağılanmaq. Ver şəfa ləbindən, yazığam mənə; Zəhri-fərağınla ağulanmışam. Q.Zakir.
|
AĞULU (ID - 612)b a x ağılı. Bağrımın qanın ki gördün, ağulu aşımdır ol. Xətayi. Təlx göftarsız olmaz ləbi-yar, ey aşiq; Çox həvəs eyləmə ol şərbətə kim ağuludur. Füzuli.
|
AĞUŞ (ID - 613)is. [fars.] Qucaq. [Tapdıq:] Bəs eylə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı. Biz onun [vətənin] ağuşunda göz açmışıq, - o bizim hamımızın əziz anamızdır. Ə.Məmmədxanlı.
// Məc. mənada. Madərləriniz etdi sizə mehrü... |
AĞUZ (ID - 614)is. Sağmal heyvanlar doğduqda məmələrindən çıxan ilk süd. [Səba] camışı oxşaya-oxşaya sərnic dolusu ağuz sağdı. S.Rəhimov.
|
AĞÜRƏK (ID - 615)b a x ağciyər.
|
AĞÜZLÜ (ID - 616)sif. Üzünün dərisi ağ olan. Olya hündürboylu, uzunsaçlı, ağüzlü, xumargözlü və dolu bədənli bir qız idi. İ.Musabəyov.
|
AĞVALİDEYN (ID - 617)[ər.] köhn. Ata-ana üzünə durma, qabarma; ata-ananın itaətindən çıxma. Biz övrətə heç bir söz demərik, halbuki ağvalideyn, yəni ata və ananın üzünə durmaq böyük günahlardan hesab olunur. “Mol. Nəsr”.
|
AĞYAĞIZ (ID - 618)sif. Üzü ağ, ağbəniz, ağsifət. Ağyağız uşaq. Ağyağız oğlan.
|
AĞYAL (ID - 619)sif. 1. Ağ yallı, ağ yalı olan. Ağyal at.
2. məc. dan. Ağsaç, ağbirçək. Ağyal mamaça .. üzərlik və qara şəvəni səkinin divarlarından asırdı. S.Rəhimov. |
AĞYANIZ (ID - 620)b a x ağyağız.
|
AĞYARPAQ (ID - 621)is. bot. Dəniz sahili qumlarında bitən çoxillik ot bitkisi.
|
AĞYARPAQLI (ID - 622)sif. bot. Yarpaqlarının rəngi ağ olan.
|
AĞYOL (ID - 623)is. astr. Aydınlıq gecələrdə göy qübbəsində işıq zolağı kimi görünən ulduzlar yığını; Südyolu, Kəhkəşan.
|
AĞYONCA (ID - 624)is. bot. Çoxillik paxlalara aid yem bitkisi.
|
AĞZIAÇIQ (ID - 625)sif. Maymaq, huşsuz, diqqətsiz.
□ Ağzıaçıq qalmaq - heyrət içində qalmaq, təəccüb etmək. ..Müəllim Əsədi qarşısına alıb yola düşdü və uşaqlar da ağzıaçıq qalıb, onlarla bərabər gedə bilməmələrinə təəssüf... |
AĞZIAÇIQLIQ (ID - 626)is. Maymaqlıq, huşsuzluq, diqqətsizlik.
|
AĞZIBİR1 (ID - 627)zərf dan. Sözübir, dilbir, müttəfiq.
|
AĞZIBİR2 (ID - 628)is. dan. Tək bir çıxacağı olan yer, darısqal yer, möhkəm yer, çıxılmaz yer.
// Dam, həbsxana. Saldın axır öz əlinlə özünü ağzıbirə; Vec bitirməz sənə, dönmə dəxi daşa, dəmirə. M.Ə.Sabir. [İskəndər:] Doğru deyir,... |
AĞZIBİRLİK (ID - 629)is. dan. Söz birliyi, ittifaq, sözü bir olma.
|
AĞZIBOŞ (ID - 630)sif. 1. Söz saxlaya bilməyən, sirr saxlaya bilməyən; sözünün üstündə durmayan, etibarsız, dəyanətsiz.
// Zabitəsiz, zəif iradəli, qeyri-ciddi, sözü keçməyən. Ağzıboş adam. 2. Naqqal, boşboğaz |
AĞZIBOŞLUQ (ID - 631)is. 1. Sözünün üstündə durmama, etibarsızlıq.
// Zabitəsizlik, ciddiyyətsizlik, zəiflik, sözü keçməməzlik. 2. Naqqallıq, boşboğazlıq. |
AĞZIBÜTÖV, AĞZIBÜTÜN (ID - 632)sif. Ciddi, sözünün üstündə duran, dayanıqlı, sirr saxlayan. Min, kefin istədiyi səmtə çap, bir az ağzıbütün ol, çünki burada iş var. S.Rəhimov.
|
AĞZIBÜTÖVLÜK, AĞZIBÜTÜNLÜK (ID - 633)is.Ciddilik, zabitəlilik, sözünün üstündə durma, sözü keçmə; sirr saxlama.
|
AĞZICIRIQ (ID - 634)sif. dan. 1. Ağzının bir tərəfi cırıq olan.
2. B a x ağzıboş 1-ci mənada. |
AĞZIDAĞINIQ (ID - 635)is. və sif. dan. Söz saxlamayan, sirr saxlamayan; xəbərçi. [Heydər bəy:] A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir. M.F.Axundzadə.
|
AĞZIDAĞINIQLIQ (ID - 636)is. dan. Ağzıdağınıq adamın xasiyyəti.
|
AĞZIDUALI (ID - 637)sif. köhn. Daima dua oxumaqla, ibadətlə məşğul olan adam; dindar, mömin. Nitqi həqiqətli, sözü fal kişi; Ağzıdualı qoca baqqal kişi. M.Ə.Sabir. [Münəvvər] həmişə dəstəmazlı, ağzıdualı (z.), pak niyyətlə getsə də, nəticə...
|
AĞZIƏYRİ (ID - 638)sif. 1. Ağzının quruluşu əyri olan.
2. məc. İncik, küskün, narazı. |
AĞZIGEN (ID - 639)sif. Ağzı enli, enli ağızlı. Ağzıgen şüşə.
|
AĞZIGÖYÇƏK, AĞZIGÖVÇƏK (ID - 640)is. dan. Ağzına gələni danışan adam, məsuliyyətsiz danışan adam; boşboğaz. [Məmməd:] Bir nəfər ağzıgöyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxanada idi, onda mən yaxamı onların əlindən qurtara bilmərəm. M.S.Ordubadi....
|
AĞZIGÖYÇƏKLİ, AĞZIGÖVÇƏKLİK (ID - 641)is. dan. Boşboğazlıq, ağzıboşluq, ağzına gələni danışma. [Gövhərtacın anası:] Sənin haqqında arvadlar iki min söz danışıb ağzıgöyçəklik eləyəcəklər. Ə.Haqverdiyev.
|
AĞZIHEYVƏRƏ (ID - 642)b a x ağzıpərtöv.
|
AĞZIHƏDƏLİ (ID - 643)b a x ağzıyelli.
|
AĞZIKƏSƏRLİ (ID - 644)sif. dan. Sözüötən, sözükeçən, nüfuzlu; sözündə möhkəm.
|
AĞZIKÖPÜKLÜ (ID - 645)sif. dan. Qudurğan, azğın. Dağlarda qar əriyəndə və yaz yağışları başlayanda bu dayaz çay ağzıköpüklü bir əjdahaya dönürdü. Çəmənzəminli. ..Dağətəyi kəndi .. ağzıköpüklü ağalarına qarşı baş qaldırmamış deyildi....
|
AĞZIQARA (ID - 646) |
AĞZIQƏŞƏNG (ID - 647)b a x ağzıgöyçək. ..Bir para ağzıqəşənglər başlayıblar qəzetlərində yazmağa ki, gərək övrətlər oxusunlar, tərbiyə tapsınlar, .. cəmiyyət tərtib eləsinlər. C.Məmmədquluzadə.
|
AĞZIMVAY (ID - 648)sif. dan. Aciz, ölüvay, cəsarətsiz, key.
|
AĞZIMVAYLIQ (ID - 649)is. dan. Acizlik, ölüvaylıq, cəsarətsizlik, keylik.
|
AĞZIODLU (ID - 650)sif. dan. Çox hirsli, acıqlı, tünd danışan. Ağzıodlu (z.) danışmaq.
|
Bu səhifə dəfə baxılıb