AĞUŞis. [fars.] Qucaq. [Tapdıq:] Bəs eylə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı. Biz onun [vətənin] ağuşunda göz açmışıq, - o bizim hamımızın əziz anamızdır. Ə.Məmmədxanlı.
// Məc. mənada. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. □ Ağuşuna almaq 1) qucaqlamaq; 2) məc. qaplamaq, əhatə etmək. Silah səslərinin gurultusu, patıltısı, pulemyot atəşinin şaqqıltısı kəndi öz ağuşuna alıb əridirdi. M.Hüseyn. Ağuşuna çəkmək b a x ağuşuna almaq 1-ci mənada. Hər gül öz yarını çəkib ağuşə; ..Yatma, yatma, ayıl, sən də gəl huşə. Nəbati. Ağuşə çəkib arizi-ziybanı şəbü ruz; Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz. S.Ə.Şirvani. Sakit dəniz dalğalanıb o vaxtda gəldi cuşə; Qucaqlayıb məhəbbətlə çəkdi onu ağuşə. A.Səhhət. Paylaşın - Hamı bilsin
|