
AĞZIGÖYÇƏK, AĞZIGÖVÇƏKis. dan. Ağzına gələni danışan adam, məsuliyyətsiz danışan adam; boşboğaz. [Məmməd:] Bir nəfər ağzıgöyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxanada idi, onda mən yaxamı onların əlindən qurtara bilmərəm. M.S.Ordubadi. Kənardan baxan ağzıgöyçəklər Qüdrətin ailə münasibətindəki zahiri soyuqluğu onların [Qüdrət və Lalənin] birbirini sevmədiyində görürdülər. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|