ARAYİŞ (ID - 1551)is. [fars.] klas. Bəzək, zinət. Olub arayişi-baği-səadət cəhlpərvərlər; Neçin arif yaşar dünyada bədbəxtanə, bilməm ki? M.Hadi.
|
ARAZBARI (ID - 1552)is. Azərbaycan musiqisində təbiət və insan gözəlliyini vəsf edən lirik xarakterli, gümrah və nikbin təsirli vokalinstrumental pyes. Aşıq Cəfər və balabançı .. məclisin ortasında dayanırlar və keçirlər arazbarı çalğısına....
|
ARBITR (ID - 1553)[lat.] b a x münsif.
|
ARBİTRAJ (ID - 1554)[fr.] Münsiflər məhkəməsi; idarələr, müəssisələr, təşkilatlar arasındakı mübahisəni həll edən idarənin adı.
□ Beynəlxalq Arbitraj - dövlətlər arasındakı mübahisəli məsələləri sülh yolu ilə həll etmək üçün... |
ARÇAN (ID - 1555)sif bot. Ardıc (ağac). Arçan ağacı daşa dönmüş, fəqət torpaq olmamışdır. S.Vurğun. Buxarıda alışır; Quru arçan odunu. R.Rza.
|
ARD (ID - 1556)is. 1. Arxa, dal. Yükü ardına almaq.
Ardına (ardınca) düşmək - dalınca düşmək, izləmək. Pul ardına düşmək. Ovçu tülkünün ardına düşdü. İş ardına düşmək. Bir şeyin arxa, dal tərəfi, gerisi, geri tərəfdə olan... |
ARDIC (ID - 1557)is. bot. Sərv ağacı fəsiləsindən olub, çox zaman qayalıqlarda bitən iynəyarpaqlı, həmişəyaşıl kol, ya ağac. Ardıc növləri dekorativdir.
|
ARDICIL (ID - 1558)1. sif. Müəyyən bir fikri, məsləki təqib edərək, dönmədən onun ardınca gedən. Ardıcıl inqilabçılar. Ardıcıl materialistlər. Ardıcıl inqilabi xətt yeritmək.
// İs. mənasında. Nəiminin ardıcılları. zərf Arası kəsilmədən,... |
ARDICILLIQ (ID - 1559)is. 1. Müəyyən bir fikri, məsləki dönmədən təqib etmə, axıra qədər onun ardınca getmə. Fikirdə ardıcıllıq.
Bir-birinin ardınca gəlmə, arası kəsilmədən davam etmə. Hadisələrin ardıcıllığı. Səhər gimnastikasında... |
ARDINCA (ID - 1560)zərf Dalınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Ardınca getmək. Bir-birinin ardınca gəlmək. Günlər, həftələr, aylar bir-birinin ardınca gəlib keçir.
Hər qandə şam olursə, ardıncə sübhdəmdir. Nəsimi. Xurşidi-mey... |
AREAL (ID - 1561)is. [lat.] Müxtəlif qəbildən olan şeylərin (dil, xalq, heyvan, bitki və s.) yayıldığı ərazi. Arealın müqayisəli öyrənilməsi.
|
ARENA (ID - 1562)is. [lat.] 1. Sirk səhnəsi. Müasir sirkdə arena manej adlanır.
Fəaliyyət göstərilən yer. biol. Orqanizmin mövcud olduğu bütün yerlərin məcmusu. Həyat arenası. |
ARƏSTƏ (ID - 1563) |
ARƏSTƏLƏŞDİRMƏK (ID - 1564) f. köhn. Bəzəyərək hazır etmək, düzəldib hazırlamaq.
|
ARFA (ID - 1565)[alm.] mus. Üzərinə simlər çəkilmiş böyük üçbucaq çərçivə şəkilli barmaqla (mizrabsız) çalınan musiqi aləti; cəng. [İnsanlar] kamanların altına çanaqlar qayırıb, kirişlərin də sayını artırmaq yolu ilə nəticədə arfa...
|
ARFAÇALAN, ARFAÇI (ID - 1566)is. Arfa çalan çalğıçı.
|
ARĞAC (ID - 1567)is. toxuc. Xalçada, gəbədə və ümumiyyətlə toxunan şeylərdə eninə gedən ip (əriş müqabili). Arğac sapı sarıyan maşın quruldu. - Xoşqədəm diz üstə oturub, sağ əlinin baş və şəhadət barmağı ilə fərşin köhnəlmiş arğaclarını...
|
ARĞACLAMA (ID - 1568)“Arğaclamaq”dan f.is.
|
ARĞACLAMAQ (ID - 1569)f toxuc. Xananın arğacını keçirmək.
|
ARĞACLANMA (ID - 1570)“Arğaclanmaq”dan f.is.
|
ARĞACLANMAQ (ID - 1571)məch. toxuc. Xanaya arğac keçirilmək.
|
ARĞACLIQ (ID - 1572)is. toxuc. Arğac üçün yararlı. Arğaclıq ip.
|
ARĞALI (ID - 1573)is. məh. Vəhşi qoç.
|
ARĞAZ (ID - 1574)sif məh. Nə kök, nə arıq. Bu dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallıydı. A.Divanbəyoğlu. Bu danışığa qulaq asan hündürboylu arğaz kişi [Alo ilə Qəmərin] söhbətinə qarışdı. S.Rəhimov.
|
ARĞIN (ID - 1575)yorğun-arğın - b a x yorğunarğın.
|
ARX (ID - 1576)is. Tarlaya, bostana və s.-yə su axıtmaq üçün açılan yol. Arxlar axır çay olur. - Yolun iki yanı ilə axan balaca arxlar axşamdan donmuşdu. M.Hüseyn.
Arxa bir də su gələr - “ümidini kəsmə” mənasında məsəl. Sirişki-çeşm... |
ARXA (ID - 1577)is. 1. İnsanın, heyvanın dalı, kürəyi, beli. Arxasına yükləmək. Arxasını çevirmək. Arxası üstə yerə gəlmək. - Qız arxası üstə uzanıb kitab oxuyurdu. N.Nərimanov. Tutulanların ikisinin arxasında iri şələ vardı. Ə.Vəliyev.
... |
ARXABAARXA (ID - 1578)zərf 1. Dal-dala.
2. məc. Bütün nəsillik. Su gəlsə arxa bəsdi; Dolansa çarxa bəsdi; Bir kərə üzün görsəm; Arxabaarxa bəsdi. (Bayatı). |
ARXAC (ID - 1579)is. məh. Qoyun, mal yatağı; ilin isti aylarında sürü və naxırların çöldə istirahət etdiyi yer. Arxac suvat yerindən 0,7-1 kilometr məsafədə seçilir. - Nəbinin qoyun sürüsü arxacın üst tərəfindəki yastanaya toplanmışdı. “Qaçaq...
|
ARXACLAMAQ (ID - 1580)f. məh. Sürünü, qoyunu arxaca yığmaq.
|
ARXACLANMAQ (ID - 1581)məch. Arxaca yığılmaq (sürü).
|
ARXADAN (ID - 1582)zərf Daldan, dal tərəfdən. Arxadan gəlmək. Arxadan vurmaq. - Topçular alayı gəlir arxadan.. S.Vurğun. Gəzərkən buludlar hey alay-alay; Arxadan boylanar sarı saçlı ay. R.Rza.
|
ARXADAŞ (ID - 1583)is. Kömək, köməkçi. [Miss Hannaya] arxadaş və yoldaş lazımdır. M.S.Ordubadi.
// Yoldaş, dost. Arxadaşlar! Sevinin, oldu rəva hacətimiz. M.Ə.Sabir. Bəzi tutmuş iki əlilə başın; Fikrə dalmış, unutmuş arxadaşın. A.Səhhət.... |
ARXADAŞLIQ (ID - 1584)is. Dostluq, yoldaşlıq. Biriki gün mənim arxadaşlığımı qəbul etsəniz, qalınız, yenə də xidmətinizdə bulunaram, -dedim. M.S.Ordubadi.
|
ARXAİK (ID - 1585)sif. dilç. Köhnəlmiş, qədim, köhnə. Arxaik sözlər.
|
ARXAİZM (ID - 1586)is. [yun.] dilç. 1. Köhnəlmiş, yaxud istifadədən çıxmış söz, ifadə, qrammatik forma. Arxaizmlər xalq dilində indi də işlənir.
Qədim zamanların qalığı. |
ARXALANMA (ID - 1587)“Arxalanmaq”dan f is.
|
ARXALANMAQ (ID - 1588)f. Güvənmək, istinad etmək, bel bağlamaq. Geniş kütlələrin, bizə rəğbət bəsləyən və bizi hiss edən .. kütlələrin istiqbalına arxalana bilərik. M.S.Ordubadi. Bu böyük günlərə arxalanaraq; Göstər bu meydanda yeni bir hünər!...
|
ARXALI (ID - 1589)sif. Köməyi, himayəçisi, müdafiəçisi, tərəfdarı, qohum-əqrəbası olan. Atalar yaxşı deyib ki, “arxalı köpək qurd basar”. S.Rəhimov.
|
ARXALIQ (ID - 1590)is. köhn. Yaxası düyməli, beli büzməli, ya büzməsiz üst paltar. [Tubu:] Bilmirəm, bu bir arxalıq nə olubdur ki, budur, beş gündür onu tikib qurtara bilmirsən. Ə.Haqverdiyev. Kişi arxalıq, çuxanı atıb, kostyum, qalstuk geymişdi,...
|
ARXALIQLI (ID - 1591)sif. köhn. Əynində arxalıq olan, arxalıq geymiş. Arxalıqlı kişi. - Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Ə.Haqverdiyev. Sərbaz...
|
ARXASINCA (ID - 1592)zərf Bilavasitə dalınca, ardınca. Ayı Dursunu görüncə arxasınca düşür. Dursun qaçır, ayı qovur. A.Şaiq. Qoşun keçib getdi. Arxasınca da bir sürü uşaq və gözüyaşlı qadınlar toz qopararaq yüyürdü. Çəmənzəminli. Uşaqların...
|
ARXASIZ (ID - 1593)sif Köməyi, arxası, havadarı, himayəçisi olmayan; köməksiz. Arxalıya arxa olma - yamaq sayarlar; Arxasıza arxa ol - dayaq sayarlar. (Ata. sözü). Zöhhakı məhv edən Gavə yoxsul, arxasız bir dəmirçi idi. H.Cavid. Bu gün Hüseyn artıq...
|
ARXASIZLIQ (ID - 1594)is. Arxasız adamın vəziyyəti.
|
ARXAYIN (ID - 1595)zərf 1. Xatircəm, rahat, sakit, dinc, qayğısız. Arxayın oturmaq. Arxayın oturub işləmək. Arxayın gedə bilərsən.
□ Arxayın olmaq - xatircəm olmaq, əmin olmaq, nigarançılıqdan qurtarmaq. Mahmud arxayın ola biləcəyini yəqin etdi.... |
ARXAYINCA (ID - 1596)bax arxayın 1 və 2-ci mənalarda. Otuz-qırx addımlıqda iki atlı arxayınca söhbət edərək gəlirdi. Çəmənzəminli.
|
ARXAYINÇILIQ (ID - 1597)is. dan. 1. İşlərin yaxşı gedəcəyinə əsassız olaraq inanmaq nəticəsində hasilə gələn xatircəmlik, əminlik. Arxayınçılığa tezliklə son qoyulmalıdır.
[Yolçular] öz xorultuları ilə çayçının ürəyindəki arxayınçılığı... |
ARXAYINLAMA (ID - 1598)“Arxaymlamaq”dan f.is.
|
ARXAYINLAMAQ (ID - 1599)b a x arxayınlaşmaq.
|
ARXAYINLAŞDIRMA (ID - 1600)“Arxaymlaşdırmaq”dan f.is.
|
Bu səhifə dəfə baxılıb