
ARXis. Tarlaya, bostana və s.-yə su axıtmaq üçün açılan yol. Arxlar axır çay olur. - Yolun iki yanı ilə axan balaca arxlar axşamdan donmuşdu. M.Hüseyn.
Arxa bir də su gələr - “ümidini kəsmə” mənasında məsəl. Sirişki-çeşm töküb ağla yar üçün, Seyyid; Bu arxa su gəlib, ümmid var bir də gələ. S.Ə.Şirvani. Paylaşın - Hamı bilsin
|