İzahlı lüğət

ALAKÖLGƏ (ID - 951)

is. Həm kölgə, həm işıq, həm kölgəli, həm işıq olan yer.

ALAKÜLÜNG (ID - 952)

is. bot. Əkin yerlərində və çöllərdə bitən çiçəkli bitki. Alakülüng cinsi .. üzəri sadə və ya vəzili tüklərlə örtülü birillik və ya çoxillik bitkilərdəndir. M.Qədirov.

ALAQ (ID - 953)

is. Tarlada, bostanda və s.-də bitən və becərilən bitkilərin inkişafına mane olan yabanı bitki. Alaq otları. Alaq basmaq. Alaq vurmaq. Alaq etmək. - Yasəmən ancaq alaq otlarının boynunu vururdu, kökü isə yenə torpaqda qalırdı. Ə.Vəliyev....

ALAQANAD (ID - 954)

is. zool. Ağaclıqlarda yaşayan ala-bəzək quş.

ALAQANQAL (ID - 955)

is. bot. Ağ ləkəli yarpaqları olan tikanlı alaq otu.

ALAQAPI (ID - 956)

is. 1. Evlərin böyük küçə qapısı; darvaza.
2. Tarixi bir hadisəni qeyd etmək üçün şəhərin və s.-nin girəcəyində tikilən qapı, tağ. Alaqapısında “Mingəçevir” yazılmış şəhərə girəndə Umud maşının pəncərəsindən...

ALAQARANLIQ (ID - 957)

sif. 1. Bir az qaranlıq, yarıişıq, yarıqaranlıq. Onu [Tanyanı] həbsxananın qalın divarları, alaqaranlıq koridorları sıxır, [o] qaçıb qurtulmağa çarələr düşünürdü. A.Şaiq. Qəza icraiyyə komitəsi dəftərxanasında ən dibdəki...

ALAQARĞA (ID - 958)

is. zool. Döşü boz rəngli qarğa.

ALAQARIN (ID - 959)

sif. və zərf Yarıtox; nə ac, nə tox.

ALA-QARSAQ (ID - 960)

sif. dan. Yaxşı bişməmiş (çörək, ət və s.).

ALAQÇI (ID - 961)

is. Alaq vuran, alaq edən. Alaqçılar briqadası. Alaqçılar tezdən işə çıxdılar.

ALAQÇILIQ (ID - 962)

is. Alaqçının işi, alaq vurma

ALAQÇİN (ID - 963)

is. Alaq vurmaq üçün alət.

ALAQDƏRƏN (ID - 964)

b a x alakeş1.

ALAQLAMA (ID - 965)

“Alaqlamaq”dan f.is.

ALAQLAMAQ (ID - 966)

f Alağını vurmaq, alağını təmizləmək.

ALAQLANMA (ID - 967)

“Alaqlanmaq”dan f.is.

ALAQLANMAQ (ID - 968)

məch. Alağı vurulmaq, alağı təmizlənmək.

ALAQLI (ID - 969)

sif. Alaq basmış, alaq qarışmış (ot və s.). Alaqlı əkin. Alaqlı ot.

ALAQLIQ (ID - 970)

is. Alağı çox olan, alaq basmış yer.

ALA-QOLAY (ID - 971)

zərf Ala-babat, yüngülvari, azca. Bu ala öküzə bir tay tapsaydıq, .. işimiz bir ala-qolay babatlaşardı. S.Rəhimov.

ALA-QOLAYLIQ (ID - 972)

is. Ala-babatlıq.

ALA-QORA (ID - 973)

sif. Ala-dəymiş, ala-yetişmiş: lazımınca dəyməmiş, şirinləşməmiş. Ala-qora üzüm. - Üzümlər gülünü tökərtökməz, [onları] ala-qora vaxtında yoluşdurub aparırdılar. Mir Cəlal.

ALALANMA (ID - 974)

“Alalanmaq”dan f.is.

ALALANMAQ (ID - 975)

f 1. İri açılmaq (gözlər haqqında). Yenə can almağa xəyalınmı var? Məstana gözlərin alalanıbdır. M.P.Vaqif.
2. Dən düşmək. Feyzullanın da saqqalı alalanıbdır. Q.Zakir.

ALALI (ID - 976)

sif. Alası olan, ala-bula xalları olan.

ALAM (ID - 977)

ALAMAN (ID - 978)

is. məh. köhn. Çapqın, soyğun, talan.

ALAMANÇI (ID - 979)

is. məh. köhn. Quldur, qaçaq, yolkəsən, soyğunçu, talançı.

ALAMANÇILIQ (ID - 980)

is. məh. Quldurluq, qaçaqlıq, yolkəsmə, soyğunçuluq, talançılıq.

ALAMƏZHƏB (ID - 981)

sif. dan. Əqidə və məsləkində sabit olmayan və ya müəyyən məsləki, əqidəsi, məfkurəsi olmayan. Alaməzhəb adam.

ALANA (ID - 982)

is. İçərisi şəkərli qozla doldurulmuş meyvə qurusu (armud, qaysı, şaftalı). Məni boşlayıb, Məşədi Rəhim cəld qaçdı dükanın mətaından əvvəl bir neçə alana gətirdi. C.Məmmədquluzadə.

ALA-NƏM (ID - 983)

sif. və zərf Bir qədər nəm, lazımınca qurumamış. Dəriləri yuyub qurutduqdan sonra, [onları] ala-nəm yığdıq, tay bir az da ağırlaşdı. H.Sarabski.

ALANI (ID - 984)

b a x alana.

ALANQU (ID - 985)

is. məh. Balaca alovlu ocaq, balaca tonqal.

ALAPAÇA (ID - 986)

is. Paçasının arası ağ olan kəhər və ya kürən at. Bir atı var alapaça; Mənzil vermir, Qırat qaça. “Koroğlu”.

ALAPARS (ID - 987)

is. zool. Mışovul növündən olub, ağacda yuva tikib yaşayan bir heyvan.

ALAPƏLƏNG(İ) (ID - 988)

sif. Xallı, butalı, güllü, üzərində iri butalar olan çit, yaylıq, dəsmal və s.
// Rəngləri bir-birinə uymayan, alabəzək. Bir də görürsən geyib alapələngi köynək. R.Rza.

ALAPISRAQ (ID - 989)

is. Ot içində bitən göbələk.

ALA-PÖRTÜ (ID - 990)

b a x ala-çiy.

ALA-SEYRƏK (ID - 991)

sif. və zərf Seyrək, dağınıq, orada-burada. Meşə kimi görünən mədənlərdə ala-seyrək işıqlar yanır. S.Rəhimov. Dəniz buruqları hələ tək-təkdir; Gecələr işıq da ala-seyrəkdir. S.Vurğun.

ALA-SÜTÜL (ID - 992)

sif. 1. Lazımınca yetişməmiş, dəyməmiş; bir qədər kal. Buğdanı alasütül (z.) biçmək.
2. B a x ala-bişmiş.

ALAŞ (ID - 993)

is. b a x ala1 1 -ci mənada.

ALAŞA (ID - 994)

is. Arıq at; yabı. [Qardaşı:] [Sadıq kişi], hazırlaş, alaşan haradadır? Uşaqlara de ki, tutub gətirsinlər. M.Hüseyn.

ALAŞIQ-DOLAŞIQ (ID - 995)

sif. Aydın görünməyən, yaxşı seçilməyən.

ALA-TALA (ID - 996)

sif. Tala-tala, adda-budda, orada-burada. Üfüqlərə yatmış ala-tala buludlar pul kimi qızarmış ocaq daşlarını xatırladırdı. M.İbrahimov. May ayı idi! Havalar bir az qızmışdısa da, ancaq hələ dərələrdə, dağların döşündə...

ALA-TORAN (ID - 997)

b a x ala-qaranlıq. Sabahın ala-toranı yerə çökmüş, yasavulun pəncərəsinin qabağını pərdə kimi örtmüşdü. S.Rəhimov. Ala-torandan qalxıb hara gedəsən? - deyə [Əlyarov] gözlərini ovuşdurdu. M.Hüseyn. Bir az da yadırğadığı...

ALA-TORANLIQ (ID - 998)

b a x ala-qaranlıq. İshaq kişinin arvadı səhər tezdən ala-toranlıq qayğanaq bişirib gətirdi. M.Hüseyn. Saat yeddini vurur, göylər ala-toranlıq. M.Seyidzadə.

ALAY (ID - 999)

is. 1. Camaat, kütlə, böyük dəstə, izdiham, çoxlu miqdarda adam. Çinardan tökülən sarı yarpaqlar, yavaş-yavaş irəliləyən bir cənazə alayının ayaqları altında .. xışıltı ilə səslənirdi. H.Nəzərli. Zeynal matəm alayını...

ALA-YARIM(ÇIQ) (ID - 1000)

sif. və zərf Yarımçıq, natamam, ala-babat, qeyri-kamil. Qabı alayarımçıq doldurmaq. - Vanyuşa onları dinləyə-dinləyə Azərbaycan dilini alayarımçıq öyrənmişdi. A.Şaiq. Qaraca qız özünə gəlib, yol uzunu başına gələn əhvalatı...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed