ALA-YARIM(ÇIQ) sif. və zərf Yarımçıq, natamam, ala-babat, qeyri-kamil. Qabı alayarımçıq doldurmaq. - Vanyuşa onları dinləyə-dinləyə Azərbaycan dilini alayarımçıq öyrənmişdi. A.Şaiq. Qaraca qız özünə gəlib, yol uzunu başına gələn əhvalatı ala-yarımçıq nağıl etdi. S.S.Axundov.
// Başdansovma. Ala-yarımçıq iş. - Sübhanverdizadə üzünü kəsə-kəsə, dəryazla ot biçən kimi, tüklərini bir növ ala-yarımçıq biçib qurtardı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|