ALEBASTR (ID - 1051)[yun.] Divara suvaq çəkmək üçün, yaxud heykəltəraşlıq işlərində və cərrahlıqda işlədilən ağ gips; kəc.
|
ALEUT (ID - 1052)is. Aleut və Komandor adalarının əsas əhalisinin adı və bu əhaliyə mənsub adam.
|
AL-ƏLVAN (ID - 1053)sif. Rəngbərəng, ala-bəzək. Dağlar başı al-əlvan; Halım olubdur yaman; Gedirəm halal eylə; Gəlməyimə yox güman. (Bayatı). Gördüm ki, bir rəna çəmənlikdəyəm; Dörd yanımda var al-əlvan çiçəklər. A.Səhhət.
|
ALƏM (ID - 1054)is. [ər.] 1. Kainat, dünya, yer üzü. Qış günü qurtarmaqda idi, üfüqlərdən qatı bir qaranlıq aləmə yayılırdı. M.İbrahimov.
// Məc. mənada. Ey Füzuli, aləmin gördüm qamu nemətlərin; Hiç nemət görmədim didari-dilbər tək... |
ALƏMARA(Y) (ID - 1055) sif. [ər. aləm və fars. ara] klas. Dünyanı bəzəyən, dünyanın bəzəyi olan, gözəl, parlaq. Şəmi-ruyin afitabi-aləmaradır sənin. Füzuli.
|
ALƏM-AŞKAR (ID - 1056)sif. və zərf [ər. aləm və fars. aşkar] Apaydın, açıqdan-açığa, hamıya məlum olan; hamının gözü qabağında olan. Nə olur danmaqdan, daldalanmaqdan; Düşkününəm aləm-aşikar sənin. Q.Zakir.
|
ALƏMƏFRUZ (ID - 1057)sif. [ər. aləm və fars. əfruz] klas. Dünyanı işıqlandıran; aləmi bəzəyən, gözəlləşdirən. Bir gün ki, baharialəməfruz; Vermişdi cahana feyzi-novruz. Füzuli.
|
ALƏMGİR (ID - 1058)sif. [ər. aləm və fars. gir] klas.
Aləmə yayılan, dünyanı tutan (səs, şöhrət, şayiə və s.). Dünyanı tutan, istila edən; cahangir. |
ALƏMŞÜMUL (ID - 1059)sif. [ər] Bütün dünyaya şamil olan, bütün dünyaya aid olan, bütün dünya üçün əhəmiyyəti olan. Aləmşümul əhəmiyyəti olan hadisələr. Aləmşümul tarixi qələbələr.
// Aləmə yayılmış. O məmləkətlərin heç birində... |
ALƏMTAB (ID - 1060)sif. [ər. aləm və fars. tab] klas. Dünyanı işıqlandıran, cahanı parladan. Şeyx Sənan, o şəmsi-aləmtab; Oldu kafər, xaç asdı, içdi şərab. H.Cavid.
|
ALƏT (ID - 1061)is. [ər.] 1. Bir iş görmək, yaxud şey qayırmaq üçün işlədilən texniki vasitə, karastı və s. İstehsal alətləri. Kənd təsərrüfatı alətləri. Dülgərlik alətləri. Əmək alətləri.
[Həyat:] Kolxozlardan təmir üçün gələn... |
ALƏTÇİ (ID - 1062)is. xüs. Alət qayıran usta.
|
ALFA (ID - 1063)[yun.] Yunan əlifbasının birinci hərfinin adı (a).
|
ALĞI (ID - 1064)is. Satın alma işi.
|
ALĞI-SATQI (ID - 1065)is. Alıb-satma işi, alver.
|
ALI (ID - 1066)is. Albuxara, qurudulmuş Buxara gavalısı.
|
ALIB-ALACAQ (ID - 1067)dan. b a x alacaq.
|
ALIB-ALDATMAQ (ID - 1068)dan. b a x aldatmaq
1 və 2-ci mənalarda. |
ALIB-SATMA (ID - 1069)is. Alış-veriş, alğı-satqı.
|
ALIB-SATMAQ (ID - 1070)f Alış-verişlə məşğul olmaq. Adamlar .. yenə də öz işlərinə, alıbsatmağa, bir-birini itələyib yol açmağa başladılar. M.İbrahimov.
|
ALIB-VERƏCƏK (ID - 1071)is. dan. Əlaqə, iş. ..Mən müsəlmanam və bir də Mustafa bəynən mənim nə alıb-verəcəyim var.. C.Məmmədquluzadə.
|
ALICI1 (ID - 1072)1. is. Müştəri, mal alan, şey alan. Bu malın alıcısı yoxdur. Alıcılara mədəni xidmət. Alıcıların tələbatını nəzərdə tutmaq.
Satıcılar tərifləyir, alıcılar müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisləyirdilər.... |
ALICI2 (ID - 1073)sif. 1. Yırtıcı, ovçu (quşlar haqqında). Yolun ortasına bir nal qırığı düşmüşdü. Kiçikbəyim uzaqdan bunu gördü, çapa-çapa yaxınlaşdıqda, alıcı quş sürəti ilə enib, nalı qaldırdı. Çəmənzəminli. Onun baxışları alıcı...
|
ALICILIQ (ID - 1074)is. iqt. Satınalma imkanı, qabiliyyəti. Əhalinin alıcılıq qabiliyyəti. Manatın alıcılıq qüvvəsi.
|
ALIQ (ID - 1075)is. köhn. Öküz, kəl və başqa yük heyvanlarının belinə palan əvəzinə qoyulan çul, keçə və s. yumşaq şey. Sən ki alığa da möhtac olursan; Əbəs yerə neçin zəhmət elərsən. M.V.Vidadi. Sahibləri çulun, alığın soydu. Q.Zakir.
... |
ALIQ-ALIQ (ID - 1076)zərf dan. Heyran-heyran, mat-mat, təəccüblə. [Veys] birdən-birə kar olmuş kimi alıq-alıq tanımadığı adama baxdı. Ə.Əbülhəsən.
|
ALIQLAMA (ID - 1077)“Alıqlamaq”dan f.is.
|
ALIQLAMAQ (ID - 1078)f Heyvanın belinə alıq qoymaq, çullamaq.
|
ALIM (ID - 1079)is. köhn. 1. Alacaq, tələb. Altıda alımı yox, beşdə verimi. (Məsəl).
2. Bir götürüm, bir tutum. |
ALIM-SATIM (ID - 1080)dan. b a x algı-satqı. Bəndalının zamanında alım-satım hər şeyin hakimi idi. Mir Cəlal.
|
ALIN (ID - 1081)is. 1. Üzün saç ilə qaş arasında olan ön hissəsi. Geniş alın. Dar alın. - Süleyman bəy əyləşir yerdə, papağını çıxarıb qoyur yanına və dəsmalı ilə alnının tərini silir. Ə.Haqverdiyev. [Gülbadam] ağ kisəyi köynəyinin...
|
ALINLIQ (ID - 1082)is. köhn. Keçmişdə qadınların alınlarına bağladıqları qızıl, gümüş və s. bəzək.
|
ALINMA (ID - 1083)1. “Almmaq”dan f.is.
is. Satın alınmış şey. sif. Başqa dillərdən alınmış. Dilin lüğət tərkibindəki alınma sözlər. |
ALINMAQ1 (ID - 1084)“Almaq”dan məch. Əmr alındı ki, hamı yola hazır olsun. Kitabxana üçün çoxlu kitab alınmışdır. Yeni məlumat alınmışdır. Mövzu xalq əfsanələrindən alınmışdır. Düşməndən çoxlu əsir alınmışdır. Daş kömürdən maye...
|
ALINMAQ2 (ID - 1085)f məh. Söylənilən bir sözü öz hesabına götürüb tez pərt olmaq, incimək, sınınaq, mütəəssir olmaq. Alı kişi əhvalatı oğlanlarına xəbər verdi. Bu xəbərdən Nəbinin qardaşları çox alındı. “Qaçaq Nəbi”. Mahmudov xeyli...
|
ALINMAZ (ID - 1086)sif. Alınması, ələ keçirilməsi mümkün olmayan; yenilməz. Alınmaz qala.
// Məc. mənada. Dağlarda laləm sənsən; Alınmaz qalam sənsən; Kimim yox, kimsənəm yox; Bir şirin balam sənsən. (Bayatı). Sənin ulduzlu alnında müzəffər,... |
ALINMAZLIQ (ID - 1087)is. Alınması, ələ keçirilməsi mümkün olmama; yenilməzlik.
|
ALIŞ (ID - 1088)f.is. Almaq işi, alma, qəbul etmə, qəbul.
|
ALIŞDIMYANDIM (ID - 1089)is. köhn. dan. Zərlə ipəkdən toxunmuş parlaq parça; xara. Səttar kişinin arvadı alışdımyandımdan özünə libas tikib. N.Vəzirov. Salon. Qabaq sırada əyləşib bir nazənin; Əynindəki paltarı alışdımyandımdandı. R.Rza.
|
ALIŞDIRILMA (ID - 1090)“Alışdırılmaq”dan f.is.
|
ALIŞDIRILMAQ1 (ID - 1091)məch. Yandırılmaq. Mağazanın içindəki lampalar alışdırıldıqdan sonra çəkilib hamı qapı içində dayandı. Ə.Əbülhəsən.
// Alovlandırılmaq. |
ALIŞDIRILMAQ2 (ID - 1092)məch. 1. Öyrədilmək, öyrəndirilmək, vərdiş olmasına səbəb olmaq.
// Dadandırılmaq. Əhliləşdirilmək, ələ öyrədilmək. |
ALIŞDIRMA1 (ID - 1093)“Alışdırmaq!”dan f.is.
|
ALIŞDIRMA2 (ID - 1094)“Alışdırmaq2”dan f.is.
|
ALIŞDIRMAQ1 (ID - 1095)f 1. Yandırmaq, yaxud yanan şeyi daha da qızışdırmaq, alovlandırmaq. Ocağı alışdırmaq. Tonqalı alışdırmaq. Külək yanğını daha da alışdırıb gücləndirdi.
[İlyas:] İşdən qayıtdımmı, beş dəqiqənin içində görürsən,... |
ALIŞDIRMAQ2 (ID - 1096)f 1. Öyrətmək, öyrəşdirmək, vərdiş etməsinə səbəb olmaq. Zəhmətə alışdırmaq. Özünü soyuğa alışdırmaq. Uşaqları kiçik yaşlarından başlayaraq sağlamlıq qaydalarına alışdırmaq lazımdır.
Mən Şümşad xanımın... |
ALIŞIB-VERİŞMƏK (ID - 1097)f. dan. Öz aralarında kəsdirmək, qət etmək, qərara almaq, sözləşmək. [Anam:] Zəhmət çəkib qız böyütmüşük. Sənin nə haqqın var alışıb-verişəsən, ay ərkansız! Mir Cəlal.
|
ALIŞIQ1 (ID - 1098)is. Ocağı alışdırmaq üçün gözünə, yaxud samovarın odluğuna qoyulan yonqu və s. A mollalar, niyə məni döyürsünüz? ..Olmaya qorxursunuz ki, məcmuənin vərəqələrini nökərlər samovar alışığı edə-edə və şəkillərini uşaqlar...
|
ALIŞIQ2 (ID - 1099)sif. Alışmış, vərdiş olmuş, öyrəşmiş.
|
ALIŞQAN1 (ID - 1100)1. sif. Tez alışan, tez yanan, tez alovlanan. Alışqan maddələr. Efir alışqan maddədir.
is. dan. Kibrit. // Papiros yandırmaq üçün alət. Xəlil.. əlini cibinə salıb papiros çıxartdı. Tüfəng patronundan qayrılmış alışqanla... |
Bu səhifə dəfə baxılıb