İzahlı lüğət

ASTRONAVTİKA (ID - 1901)

[yun.] Uçucu aparatların fəzalarda uçması haqqında elm.

ASTRONOM (ID - 1902)

[yun.] Astronomiya ilə məşğul olan ali^.

ASTRONOMIK (ID - 1903)

ASTRONOMİYA (ID - 1904)

[yun.] Göy cisimlərini öyrənən elm. Astronomiya rəsədxanaları. Astronomiya ən qədim elmlərdəndir.

ASTRONOMLUQ (ID - 1905)

is. Astronomun işi, sənəti.

ASTROSPEKTROQRAF (ID - 1906)

is. [yun.] Göy cisimləri spektrlərinin fotoşəklini çəkmək üçün cihaz. Prizmalı kamera, yarıqlı və yarıqsız spektroqraflar astrospektroqrafın əsas növləridir.

ASTROTURF (ID - 1907)

is. İdman meydançalarında süni ot.

ASUDƏ (ID - 1908)

sif və zərf [fars.] 1. Rahat, dinc, qayğısız, arxayın. Asudə həyat. Asudə yaşamaq. - Olduz hərəniz bir evin oğlanı, uşaqlar! Asudə gəzin indi bu dünyanı, uşaqlar. M.Ə.Sabir. Buna bax, gör necə yatmış burada asudə; Yazmayır,...

ASUDƏÇİLİK (ID - 1909)

dan. b a x asudəlik.

ASUDƏLƏNMƏK (ID - 1910)

b a x asudələşmək.

ASUDƏLƏŞMƏ (ID - 1911)

“Asudələşmək”dən f.is.

ASUDƏLƏŞMƏK (ID - 1912)

f. Asudə olmaq, rahatlanmaq, arxayınlaşmaq, azad olmaq. Şəhərin (havasının) qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudələşmək .. üçün kəndə rəvan oldum. Ə.Haqverdiyev.

ASUDƏLİK (ID - 1913)

is. Rahatlıq, dinclik, sakitlik, arxayınlıq, qayğısızlıq. Asudəliyə çıxmaq.

Asudəlik (ID - 1914)

istərsən, dünyadan uzaqlaş sən; Keçmişlərə et tövbə, təqsirinə peşman ol. Heyran xanım. Əmisi Ağayar haqqında eşitdiklərini asudəliklə (z.) fikirləşməyə indi onun [İkramın] çox böyük ehtiyacı vardı. Ə.Əbülhəsən.

AŞ1 (ID - 1915)

is. 1. Xörək, yemək, bişmiş. Aşın sıyıqlığı dənin azlığındandır. (Ata. sözü). Bəzi yerlərdə təsadüf olunur aşa, ətə. M.Ə.Sabir.
Plov. Südlü aş. Çığırtmalı aş. Lobyalı aş. Qiyməli aş.
Un, düyü, yarma və...

AŞ2 (ID - 1916)

is. b a x aşı.

AŞAFATMA (ID - 1917)

is. məh. Qövsi-qüzeh, göy qurşağı, qarınənə örkəni.

AŞAĞA, AŞAĞI (ID - 1918)

1. is. Bir şeyin dibinə, yerə ən yaxın olan hissəsinə tərəf, alt (yuxarı ziddi). Dirəyin aşağısı çürümüşdür.
// Sif. mənasında. Aşağı mərtəbə. Dirəyin aşağı tərəfi.
// is. Altlıq. Heykəlin aşağısı.
zərf...

AŞAĞI-YUXARI (ID - 1919)

zərf dan. Artıq-əskik, az-çox, təqribən. Aşağı-yuxarı danışmağına əhəmiyyət verən olmadı.

AŞAĞILATMA (ID - 1920)

“Aşağılatmaq”dan f.is.

AŞAĞILATMAQ (ID - 1921)

f. 1. Aşağı salmaq, endirmək, azaltmaq, salmaq, düşürmək.
məc. Alçaltmaq, kiçiltmək. Vəzifəsini aşağılatmaq. Gərək özünü aşağılatmayaydı.

AŞBAŞI (ID - 1922)

is. məh. Aşın (plovun) başına qoyulan xuruş (ət, toyuq, quş və s.).

AŞÇI (ID - 1923)

is. xüs. Dəri, gön aşılayan usta, dabbağ.

AŞDİBİ (ID - 1924)

is. Qazanın dibində qalan qazmaq qırıntıları qarışıq aş qalığı. Aşdibi yeyənin toyunda qar yağar, - deyirlər.

AŞXANA (ID - 1925)

is. Yeməkxana. Məktəbin aşxanası. - Şofer dəftərxanaya yapışıq tikilmiş birmərtəbəli aşxananın pəncərəsindən başını çıxardıb cavab verdi. M.Hüseyn.

AŞXANAÇI (ID - 1926)

is. köhn. Aşxana saxlayan adam, aşxanaçılıqla məşğul olan adam, aşxana sahibi.

AŞXANAÇILIQ (ID - 1927)

is. köhn. Aşxanaçının işi, peşəsi.

AŞI (ID - 1928)

is. 1. tib. Yoluxucu xəstəliyə qarşı qoruyucu maddə kimi tətbiq edilən maddə; peyvənd (yoluxucu xəstəliklərin zəiflədilmiş, yaxud öldürülmüş mikroblarından ibarət olan tibbi preparat). Çiçək aşısı. Difteritə qarşı aşı....

AŞIB-DAŞMA (ID - 1929)

“Aşıb-daşmaq”dan f.is.

AŞIB-DAŞMAQ (ID - 1930)

f Həddindən artıq olmaq, son dərəcə çox olmaq, bol olmaq; tükənməmək. Arzular aşıb-daşır. Vətənimizin sərvətləri aşıb-daşır. - Küçəni dolduran insan dənizinin kin və qəzəbi get-gedə aşıb-daşırdı. M.Hüseyn. Məhəbbət...

AŞIQ1 (ID - 1931)

is. Xalq xanəndəsi; həm oxuyan, həm çalan, həm də söz qoşan el sənətkarı. Xalq aşığı. Aşıq havaları. - Aşığın sözü qurtaranda “neylim-neylim ” deyər. (Məsəl). El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini...

AŞIQ2 (ID - 1932)

is. 1. anat. Diz qapaqlarından çıxan oynaq sümüyü.
// Uşaqların aşıq-aşıq oyununda işlətdikləri həmin (adətən qoyunların diz qapağından çıxarılan) sümük. [Tükəz:] Uşaq aşıq yığan kimi bu qədərpulu yığıb nə edəcəksən?...

AŞIQ-AŞIQ (ID - 1933)

is. Aşıqla oynanılan uşaq oyunu. Aşıq-aşıq oynamaq.

AŞIQBOYLU (ID - 1934)

sif. Çox xırda boylu adam. Birdən bu aşıqboylu kişi ilişdi, çinar kimi yerə gəldi, sonra? Onda gərək ölümü qoyub, dirimi ağlayam. S.Rəhimov.

AŞIQHƏNGİ (ID - 1935)

1. B a x aşıqsayağı.

AŞIQQOZ (ID - 1936)

is. köhn. Aşıq və qoz ilə oynanılan uşaq oyunu.

AŞIQLAMAQ (ID - 1937)

f məh. Aşiq etmək, bənd etmək, məftun etmək. [Camalm anası:] Xan sağ olsun, Cənnət qızın üstə atıb, qız da bizim bu uşağı .. aşıqlayıb. S.Rəhimov.

AŞIQLIQ1 (ID - 1938)

is. Aşıq sənəti, el xanəndəliyi, saz şairliyi. Aşıqlıq istedadı. - Bu meydana girib sərdən keçdinmi? Aşıqlıqda başqabaşqa hal olur. “Aşıq Qərib”. Çıxdım aşıqlığa, düşdüm ellərə; Aşıqlardan san almağa gəlmişəm....

AŞIQLIQ2 (ID - 1939)

is. Dizin aşıq sümüyü gizləndiyi yeri. Qoyunun aşıqlığı sınıb, axsayır.

AŞIQSAYAĞI (ID - 1940)

1. is. mus. Aşıq musiqisi səpkisində bəstələnmiş kiçik formalı musiqi pyesi. Üzeyir Hacıbəyovun aşıqsayağısı.
sif. Aşıq paltarma oxşayan, aşıqlara məxsus olan. ..Əmiraslan babanı, öz aşıqsayağı libasını geyən görüb...

AŞILAMA (ID - 1941)

“Aşılamaq”dan f.is.

AŞILAMAQ (ID - 1942)

f 1. tib. Bir xəstəliyin qabağını almaq, ya başlanmış xəstəliyi sağaltmaq üçün bədənə aşı maddəsi yeritmək, aşı vurmaq, peyvənd etmək. Uşaqları çiçəyə qarşı aşılamaq. Mal-qaranı aşılamaq.
k.t. Cır ağacı peyvənd...

AŞILANMA (ID - 1943)

“Aşılanmaq”dan f.is.

AŞILANMAQ (ID - 1944)

məch. 1. Bir xəstəliyin qarşısı alınmaq və ya başlanmış xəstəliyin sağaldılması üçün bədənə aşı vurulmaq, aşı maddəsi yeridilmək. Məktəbdə bütün uşaqlar çiçəyə qarşı aşılandılar. Mal-qara aşılandı. Qoyunlar...

AŞILANMIŞ (ID - 1945)

f.sif. 1. Aşı vurulmuş, aşı maddəsi yeridilmiş.
xüs. Aşıya qoyulmuş. Aşılanmış dəri.
k.t. Peyvənd edilmiş, calanmış.
məc. Beyninə yeridilmiş, öyrədilmiş, mənimsədilmiş.

AŞILAYICI (ID - 1946)

sif 1. Aşılama işi ilə məşğul olan adam, peyvənd edən. Aşılayıcı kursları. Aşılayıcı laborantlar.
Aşılayan, aşılamağa məxsus, aşı üçün olan. Aşılayıcı maddə.

AŞILMAZ (ID - 1947)

sif. Çox uca, üzərindən keçilməz. [Yasavul] özünü .. aşılmaz bir dağ, basılmaz bir qala sayır(dı).. S.Rəhimov.

AŞINDIRICI (ID - 1948)

sif. xüs. Aşmdırma xassəsinə malik olan. Aşındırıcı maddələr.

AŞINDIRILMA (ID - 1949)

“Aşmdırılmaq”dan f.is.

AŞINDIRILMAQ (ID - 1950)

məch. xüs. Kimyəvi üsulla və ya sürtülüb oyulmaq vasitəsilə çuxurladılmaq, naxış açılmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed