AŞILAMAQf 1. tib. Bir xəstəliyin qabağını almaq, ya başlanmış xəstəliyi sağaltmaq üçün bədənə aşı maddəsi yeritmək, aşı vurmaq, peyvənd etmək. Uşaqları çiçəyə qarşı aşılamaq. Mal-qaranı aşılamaq.
k.t. Cır ağacı peyvənd etmək, qələm etmək, calamaq. // məc. Birləşdirmək, uyuşdurmaq, calamaq. İki gözdən tökülən yaş sanki iki qəlbdən göyərməyə başlamış duyğuları bir-birinə aşıladı. M.S.Ordubadi. xüs. Dərini, gönü aşıya qoymaq. məc. Bir adəti, xasiyyəti, fikri, əqidəni, üsulu və s.-ni müxtəlif vasitələrlə başqalarına mənimsətmək, keçirtmək, öyrətmək, tərbiyə etmək. Musiqi ona [Bəyimə] bəzən böyüklük, qüvvət və mətanət hissi aşılayırdı. Çəmənzəminli. İndi onun [Ulduzun] ürəyindəki sonsuz şəfqət hissi əllərinə, barmaqlarına elə bir .. qüvvə aşılayırdı ki, bu əllərin sarıdığı yaralar sanki daha tez şəfa tapırdı. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|